Vikimənbə:Günün mətni/yanvar 30: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni ''''Xalı'''<br /> ''Mikayıl Müşfiq'' <div style="text-align: left; font-size: 90%"> <poem>İşçi qız, toxuduğun o divar xalısında H...' ilə yarat
(Fərq yoxdur)

15:03, 30 yanvar 2013 versiyası

Xalı
Mikayıl Müşfiq

İşçi qız, toxuduğun o divar xalısında
Heyran oldum ürəkdən işlədiyin sənətə,
Bir gözəllik əsəri verdin bəşəriyyətə.
 
Böyüklüyün çoxuna məchul ikən əvvəllər,
Vurduğun naxışların, qız, ən bahalısında
Meydana çıxdı bu gün səndəki böyük hünər.
 
Qabarlanan o incə, o nazik barmaqların
Birinin təəssüflə cəlb etsə nəzərini,
Alqışlar tutacaqdır o baxışın yerini.