Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 127:
 
Son onilliklərin ən böyük siyasi uğuru olan Avropa İttifaqı üç sütun üzərində qurulub, bunlar üç imtina kimi də qəbul oluna bilər: Avropanı iki dünya müharibəsi və natsizm dəhşətləri ilə xarakterizə olunan kollektiv intihara aparan ekstremal millətçilikdən imtina, qitədə yayılmaq təhlükəsi yaradan kommunizmdən imtina və nəhayət, kolonializm və imperializmdən imtina.
 
Fransa və Britaniyanın bu, üçüncü imtinanı qəbul etməsi vaxt apardı, amma koloniyalardan imtina etmək onların iqtisadiyyatının müasirləşməsi və demokratiyanın inkişafı, eləcə də Avropanın birləşməsi ilə nəticələndi.
 
Sətir 135 ⟶ 136:
Digər tərəfdən, həqiqi İttifaqa daxil olmaq üçün böyük cəhdlər göstərmək və müəyyən kriteriyalara cavab verməyin başqa alternativi mövcud deyil. Çünki İttifaqı yaradan məhz bu cür prinsiplərdir. Beləliklə, şübhə edənlərə mən deyirəm ki, Avropa İttifaqı səy və xüsusi kriteriyalar tələb etdiyi üçün, məhz buna görə, Avropa İttifaqı bizi udmağa çalışmır (amma digərləri məhz bunu arzulayır) və bu səbəbdən seçim aydın olmalıdır.
 
Amma bundan əlavə seçimin aydın olduğunu bildirən daha yaxşı səbəblər var. Seçim aydındır, çünki Rusiya layihəsi uğursuzluğa məhkumdur.Bu gün heç bir İmperiya, Rusiya İmperiyası da davamlı ola bilməz.
 
Əgər tarixə nəzər salsaq görərik ki, Fransa və Böyük Britaniya öz koloniyalarını həmin koloniyaların müstəqillik uğrunda mübarizə apardığı üçün yox, Paris və Londonda yaşayan insanların artıq İmperiyaya inanmadıqları üçün itirdi.
Sətir 157 ⟶ 158:
Bu ədalətin olmaması və korrupsiya səbəbindən baş verəcək.
 
Bu baş verəcək, çünki bütöv regionlar ayrı-seçkilikayrıseçkilik və zorakılıq yolu ilə özgələşdirilib, çünki Çeçenistan, İnquşetiya, Dağıstan, Tatarıstan və digər ölkələrin xalqları o qədər təqib olunub ki, onlar özlərini Moskva ilə birgə layihələrin tərkib hissəsi hiss etmirlər.
 
Bu baş verəcək, çünki ümidsizlik, qəzəb, nifrət çox güclüdür və birləşdirmə idealı mövcud deyil.
Sətir 163 ⟶ 164:
Bu baş verəcək. Yaxın onilliklərdə yox, yaxın illərdə.
 
Bundan bir neçə il sonra Vladimir Putin Kremli tərk etmiş və Rusiya siyasi səhnəsindən silinmiş olacaq. Rusiya vətəndaşları onu köhnə vaxtlardan, İmperiya vaxtlarından – korrupsiya və təzyiq vaxtlarından bir ruh kimi xatırlayacaq. Heç kim bu prosesin dinc yoxsa zorakı keçəcəyini, onun sələfinin millətçi və ya liberal, ya da hər ikisindən olacağını bilmir, amma vacib olan başqa bir şeydir: Rusiya bir daha İmperiya olmayacaq, o nəhayət normal milli dövlət olacaq.
 
Bu, bizim hamımızın hazır olmalı olduğumuz bir üfüqdür.
 
Bizim regionumuz qarşıdurma bölgəsi olmağa davam etdiyi müddətdə, keçmişdə əsarət altında olan xalqlar fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, birliyi gücləndirməlidir. Bəzi liderlər, bəzi ölkələr keçmişdə anlayıblar ki, bir xalqın azadlığı bütün əsarət altında xalqların azadlığından asılıdır, Pilsudskinin Polşası kimi. O, bütün əsarətdə xalqları Polşa müstəqilliyinin bayrağı altınmda birləşməyə çağırırdı. Amma bizim əcdadlarımız heç zaman strateji maraqlarının hər xalqının suverenliyini qoruyub saxlamaq olduğunu anlayan nəhəng və yetərincə qüvvətli bir gücdən yararlana bilməyiblər. Bu gün, bu cür güc mövcuddur: bu, Avropa İttifaqıdır.
 
Vilnüs Şərqi Tərəfdaşlıq Sammiti yaxınlaşdıqca, son illərdə dəfələrlə etdiyim bir çağırışı təkrarlamaq istəyirəm. 2008-ci ildə Gürcüstanın işğalına cavab olaraq Şərq Tərəfdaşlığını irəli sürməklə, AB bizim xalqlara öz xoşməramlı çətiri altında əməkdaşlıq etmək üçün platforma təklif etdi. Biz buraya daha çox yatırım etməliyik. Ortaq layihələr hazırlamalıyıq, ən əsası da, birlikdə həyata keçirməli olduğumuz mühüm islahatlara diqqət yetirən layihələr hazırlamalıyıq. Çünki islahatlar bizim hamımız üçün dövlətçilik və müstəqillik deməkdir.