Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 96:
Avrasiya İttifaqı Moskvada keçmiş DTK rəsmiləri tərəfindən bizim üçün hazırlanmış yaxın keçmişimiz və gələcəyimizdir. Əks tərəfdə, bizim oyanmış ənənələrimiz və bizim qədim arzularımız bizi Avropa adlanan digər dünyaya tərəf aparır.
 
Avropa cəmiyyətləri mükəməllikdən uzaqdır və orada da qorxu, şübhə, qəzəb, hətta nifrət də tapmaq olar. Amma orada layiqlilik varislikdən üstün tutulur, dözümlülük ictimiictimai həyatın özülüdür, indiki rəqiblər gələcəyin nazirləridir, dustaqları və ölümcül düşmənləri yox.
 
Bu cür seçim Şərqi Avropa xalqları üçün o qədər təbiidir ki, bir sıra Kreml strateqləri (onlar özlərini siyasi texnoloq adlandırır) həqiqəti ləğv etməyi qərara alıb və Ukrayna, Gürcüstan, Moldova və bir çox digər ölkələrdə öz yalanlarını formalaşdırır. Onların bu ölkələrdəki carçıları Avropa İttifaqını ailə dəyərlərinin dağılması, milli adət-ənənələrin pozulması və eynicinslilərin təbliğatı ilə eyniləşdirir.