Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 118:
Onlar, həmçinin, mənim də xatırladığım kimi, 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsinin başlanğıcını xatırlaya bilər. O zaman Gürcüstan hərbçiləri silahları rus qoşunlarından alırdılar. O qoşunlardan ki, Şimali və Cənubi Qafqazda xalqlar arasında istənilən həmrəyliyi məhv etmək üçün abxaz silahlılarına rəhbərlik edir və çeçen quldurlarını ölkəyə gətirirdilər. Məhz eyni səbəbdən bir əsr əvvəl gürcü zabitlərini çeçenlərlə, inquşlarla və dağıstanlılarla mübarizənin ön cəbhəsinə çəkdikləri kimi.
 
Biz vaxtaşırı digər nöqtələrə də baxa bilərik. Biz Polşa və ya Ukrayanaya baxa bilərik, və biz eyni şəkli görəcəyik. Hər yerdə, İmperiya hər zaman əsarət altına alınan xalqlar arasında əlaqələri pozmağa çalışıb və onları fanatik antaqonizm divarı ilə ayırmağa çalışıb.
Təəssüf ki, bu üsul öz işini görüb. Amma ən təəssüf doğuranı isə odur ki, bu, günümüzdə də işini görməkdə davam edir.