Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 127:
Hörmətli nümayəndələr,
 
Son onilliklərin ən böyük siyasi uğuru olan Avropa İttifaqı üç sütun üzərində qurulub, bunlar üç imtina kimi də qəbul oluna bilər: Avropanı iki dünya müharibəsi və natsizmnasizm dəhşətləri ilə xarakterizə olunan kollektiv intihara aparan ekstremal millətçilikdən imtina, qitədə yayılmaq təhlükəsi yaradan kommunizmdən imtina və nəhayət, kolonializm və imperializmdən imtina.
 
Fransa və Britaniyanın bu, üçüncü imtinanı qəbul etməsi vaxt apardı, amma koloniyalardan imtina etmək onların iqtisadiyyatının müasirləşməsi və demokratiyanın inkişafı, eləcə də Avropanın birləşməsi ilə nəticələndi.
Sətir 137:
Digər tərəfdən, həqiqi İttifaqa daxil olmaq üçün böyük cəhdlər göstərmək və müəyyən kriteriyalara cavab verməyin başqa alternativi mövcud deyil. Çünki İttifaqı yaradan məhz bu cür prinsiplərdir. Beləliklə, şübhə edənlərə mən deyirəm ki, Avropa İttifaqı səy və xüsusi kriteriyalar tələb etdiyi üçün, məhz buna görə, Avropa İttifaqı bizi udmağa çalışmır (amma digərləri məhz bunu arzulayır) və bu səbəbdən seçim aydın olmalıdır.
 
Amma bundan əlavə, seçimin aydın olduğunu bildirən daha yaxşı səbəblər var. Seçim aydındır, çünki Rusiya layihəsi uğursuzluğa məhkumdur. Bu gün heç bir İmperiya, Rusiya İmperiyası da davamlı ola bilməz.
 
Əgər tarixə nəzər salsaq, görərik ki, Fransa və Böyük Britaniya öz koloniyalarını həmin koloniyaların müstəqillik uğrunda mübarizə apardığı üçün yox, Paris və Londonda yaşayan insanların artıq İmperiyaya inanmadıqları üçün itirdi.
 
Eyni ilə həmin şey bu gün Rusiyada baş verir. İmperiya arzuları ilk olaraq, gördüyümüz kimi, öz hüdudları daxilində boğulur. Amma ən əsası yəqin odur ki, İmperiya ideyası düz öz mərkəzində rədd edilir. Bu cür imtina özünü təkcə ictimai etirazlarda, ya da Rusiyanın əsas şəhərlərində müxalif səslərin yüksəlməsində büruzə vermir.
 
Bu, özünü Rusiya elitasının Putinin Avrasiya görüşünə qarşı ümumi etirazında göstərir.
Sətir 149:
Öz hüdudlarında imtina edilən, öz mərkəzində imtina edilən imperializm yolu dalana dirənəcək, Avrasiya İttifaqı uğursuzluğa düçar olacaq və Rusiya sonda hüdud əvəzinə sərhədləri olan milli dövlətə çevriləcək.
 
Sonra, o stabil qonşularla stabil əlaqələr qurmağa çalışacaq. Və əməkdaşlıq qarşıdurmanı əvəz edəcək. Bu baş verəcək, həm də insanların fikirləşdiyindən daha tez. Sərhədlərin xeyrinə, amma ən əsası Rusiya xalqının özünün xeyrinə.
 
Bu baş verəcək, çünki imperializm layihəsi dünyada İnternetinternet həvəskalarınınhəvəskarlarının çoxluq təşkil etdiyi müasir Rusiya vətəndaşları arasında absurd kimi dəyərləndirilir.
 
Bu baş verəcək, çünki neft və qaz gəlirlərindən gələn sonsuz resurslar artıq şist qazı və şist neftinin istismarı ilə təklif olunan perspektivlərlə üzləşir.
Sətir 165:
Bu baş verəcək. Yaxın onilliklərdə yox, yaxın illərdə.
 
Bundan bir neçə il sonra Vladimir Putin Kremli tərk etmiş və Rusiya siyasi səhnəsindən silinmiş olacaq. Rusiya vətəndaşları onu köhnə vaxtlardan, İmperiya vaxtlarından korrupsiya və təzyiq vaxtlarından bir ruh kimi xatırlayacaq. Heç kim bu prosesin dinc, yoxsa zorakı keçəcəyini, onun sələfinin millətçi və ya liberal, ya da hər ikisindən olacağını bilmir, amma vacib olan başqa bir şeydir: Rusiya bir daha İmperiya olmayacaq, o nəhayət normal milli dövlət olacaq.
 
Bu, bizim hamımızın hazır olmalı olduğumuz bir üfüqdür.
 
Bizim regionumuz qarşıdurma bölgəsi olmağa davam etdiyi müddətdə, keçmişdə əsarət altında olan xalqlar fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, birliyi gücləndirməlidir. Bəzi liderlər, bəzi ölkələr keçmişdə anlayıblar ki, bir xalqın azadlığı bütün əsarət altındaaltındakı xalqların azadlığından asılıdır, Pilsudskinin Polşası kimi. O, bütün əsarətdəəsarətdəki xalqları Polşa müstəqilliyinin bayrağı altınmdaaltında birləşməyə çağırırdı. Amma bizim əcdadlarımız heç zaman strateji maraqlarınınmaraqları hər xalqınınxalqın suverenliyini qoruyub saxlamaq olduğunu anlayan nəhəng və yetərincə qüvvətli bir gücdən yararlana bilməyiblər. Bu gün, bu cür güc mövcuddur: bu, Avropa İttifaqıdır.
 
Vilnüs Şərqi Tərəfdaşlıq Sammiti yaxınlaşdıqca, son illərdə dəfələrlə etdiyim bir çağırışı təkrarlamaq istəyirəm. 2008-ci ildə Gürcüstanın işğalına cavab olaraq Şərq Tərəfdaşlığını irəli sürməklə, AB bizim xalqlara öz xoşməramlı çətiri altında əməkdaşlıq etmək üçün platforma təklif etdi. Biz buraya daha çox yatırım etməliyik. Ortaq layihələr hazırlamalıyıq, ən əsası da, birlikdə həyata keçirməli olduğumuz mühüm islahatlara diqqət yetirən layihələr hazırlamalıyıq. Çünki islahatlar bizim hamımız üçün dövlətçilik və müstəqillik deməkdir.
 
II Yekaterina bunu yaxşı bilirdi və Polşa, Fransa və Britaniya maarifçiliyinin qaydalarına riayət edən iddialı islahatlar proqramını uğurla həyata keçirməyə başlayanda o, Böyük Fridrixə (Prussiya kralı) uzun və məxfi bir məktub yazdı. Bu məktub imperialist layihəsinin təbiətini və strategiyasını ən təsirli şəkildə ifadə edən məktublardan biri olub və bu gün də elə qalır.
 
Məktubda deyilir ki, icra edilməkdə olan islahatlar həm Rusiya, həm də Prussiya üçün təhlükəlidir, çünki onlar Polşanı həqiqi bir dövlətə çevirəcək, onlar buna son qoymalıdırlar, islahatlar tam həyata keçirilnədəkkeçirilənədək Polşaya hücum etmək və onu parçalamaq lazımdır.
 
Bu məktub Vladimir Putinin son onillikdə Gürcüstanın təcrübələrinə qarşı nə qədər nifrətlə yanaşdığını bilənlərə tanış gələcək. Çünki rusların çoxu sual edirdilər ki, əgər bir vaxt korrupsiyaya qurşanmış, kriminal içində olan Gürcüstan uğur əldə edə bilibsə, niyə Rusiya həmin şeyi edə bilmir? Bu ideoloji cəhətdən təhlükəli layihə idi.