Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 189:
Mən Abxaziyada müharibənin başlanması ilə bağlı danışmışam, indi isə Qafqazın tarixində çox rəmzi əhəmiyyət daşıyan daha qədim bir hadisəni xatırlatmaq istəyərdim.
 
Rusiya İmperiyasına qarşı Şamilin başçılıq etdiyi inqilabın sonunda Şamil təslim olarkən, BaysonqurBaysanqur adlı döyüşən sonuncu çeçen lideri yaralanmış və ələ keçirilmişdi. Onu asmağa hazırlaşarkən, rus zabitləri edama şahid olmaları üçün dağıstanlılardan ibarət izdiham topladı. Onlar dağıstanlılardan birinə BaysonquruBaysanquru öldürmək üçün onun üzərində dayandığı stulu çəkməyi əmr etdilər. Onlar bunu etməklə yerli vendettaları alovlandırmaq və iki xalqı bir-birinə qarşı qoymaq istəyirdilər. Bunu görən BaysonqurBaysanqur stulu özü itələdi və günah sayılan intiharı gerçəkləşdirməklə (intihar bütün dinlərdə olduğu kimi İslamda da günahdır), qonşu xalqlar arasında əlaqələri qoruyub saxladı. Bir uğursuzluqdan başqa, bu strategiya Qafqaz xalqları arasında görün neçə dəfə uğurla nəticələndi?
 
Buna son qoyulmalıdır. Buna görə də mən prezident olduğum müddət ərzində Şimali və Cənubi Qafqazda insandan-insana ünsiyyəti gücləndirmək üçün bir sıra layihələr, əsasən də təhsilə və universitetlərarası mübadiləyə əsaslanan layihələr irəli sürmüşəm.