Tovhiddürür bu bir qəsidə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Header |title = Vərqa və Gülşa. Tovhiddürür bu bir qəsidə |author = Rüknəddin Məsud Məsihi |year = 1628/29 |previous = [...' ilə yarat
(Fərq yoxdur)

11:03, 6 yanvar 2014 versiyası

Şablon:Header

Tovhiddürür bu bir qəsidə

Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
Nəqşbəndi-kargahi-səfheyi-ruyi-zəmin.
Nuri-mir’atin əyan, keyfiyyəti-zatın nihan,
Şəfqinin kani səminü rifqinin qədri məhin,
Padişahi-mülki-həsti, alimi-aləm, mühit.
Hakimi-ruzi-cəza, ey davəri-dünyavü din,
Nəqmətin zindanidin bir guşədir veyli-cəhim,
Ne’mətin mehmanına bir xanədur xüldi-bərin.
Elminə hazir cəhanü helminə mənzur əman,
Hökmünə dünya müqəyyəd, ədlinə aləm rəhin.
Xəlqi-aləm acizindür mərifət əsvaqidə,
Cümlədür naçizü cinsi-mərifət dürri-səmin.
Oldu hüseyni-məhcəm üsyanə istiğfari-həsin.
Bürci-ümmidə kəməndi-rəfətin həblülmətin.
E’tirafi-əcz edəb qəddin xəm etmiş əqli-küll,
Məzreyi-irfanə yetdükdə olumuş xuşəçin.
Taci-qədr ilə yetürdi fəxr ilə Keyvanə sər,
Xaki-rahi-dövlətin hər firqə oldu sərnişin.
Macərayi-xəsmidin hifzin kimə oldu sipər,
Zəxmi-tiri-hadisati-dövridin olmuş əmin.
Cinnü insə hökmran oldu Süleymani-nəbi.
Olduğiçün ismi-pakın surəti-nəqşi-nigin.
Atəşi-şövqin salubdur sineyi-üşşaqə suz,
Vüslətin nuri bəidü firqətin nari qərin,
Pərtovi-hüsni-rüxün məşuqə arturmuş cəmal,
Atəşi-eşqin qılupdur aşiqi zarü həzin.
Qəmzənin cəlladi Vərqani qılıpdur müstəham,
Tələtin razi təni-Gülşani qılmış nazənin
Qeydi-hüsnün xatiri-Vərqani qılmuşdur əsir,
Xameyi-sün’ün rüxi-Gülşadə çəkmiş nəqşi-çin.
Kim ki, səndin döndərüb himmət verə hurayə dil,
Oldu ol bidərd xari-dideyi-eynülyəqin.
Cümlənin yadın sənin yadınlə qət etmiş Məsih,
Nəfs tüğyanındə hifzindür ona hisnü həsin.
Atəşi-təqsirinə saçsın zülali-miğfərət.
Aləmi-vizr ilə haşa kim ola zarü qəmin.
Ol ümidi-miğfərətdin neçəsi növmid olur,
Siğeyi-əstəğfirüllahdurur ona nəqşi-çin.