Sirlər xəzinəsi/Sözün tərifi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
<poem>
Dünya yaranan gündən qələmin ilkin sözü -

Varlıq səhifəsində sözün özüdür, özü.

Açılanda varlığın sirli pərdəsi əzəl,

Söz oldu bu, cahanda cilvələnən ilk gözəl.

Ürək sözə dil açdı, dedi ki: "Ver mənə can",

Yoxsa, yolmu tapardı bu cansız bədənə can?!

Yer üzünə incini sözlə saçıbdır qələm,

KainatınYer gözünüüzünə incini sözlə açıbdırsaçıbdır qələm.

Kainatın gözünü sözlə açıbdır qələm.
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.

Söz eşqin lüğətində öz canımızdır bizim,

Biz - sözük, görkəmimiz - eyvanımızdır bizim.

Düşüncələr, xəyallar min-min əsər bitirər,

Onu sözün quşları mənzilinə yetirər.

Yeniliklər törədən bu qoca kainatda,

Sözdən incə, kəsərli heç nə yoxdur həyatda.

Düşüncənin munisi, gözəl sirdaşı sözdür,

UnutmaDüşüncənin kimunisi, insanın əzəlgözəl sirdaşı sözdür.

Unutma ki, insanın əzəl sirdaşı sözdür.
Tacidar tac sahibi sözü sanıb cahanda,

AriflərTacidar söztac qədrinisahibi sözləsözü anıbsanıb cahanda.

Ariflər söz qədrini sözlə anıb cahanda.
Gah dillərdə təranə, əllərdə ələmdi o.

Gah qələmlə süslənən füsunkar sənəmdi o.

Sanma bayraq söz qədər zəfər çalar hər yanda,

QələmSanma özbayraq qüdrətinəsöz ölkəqədər alarzəfər çalar hər yanda.

Qələm öz qüdrətinə ölkə alar hər yanda.
Camalını gizlədər, hicabı var sözün də.

Xəyaldır köləsinin, qullarının gözündə.

Biz ki, söz aşiqiyik, söz sevənin biriyik,

Onun ölüsüyük ki, onunla da diriyik.

İlhamsız-odlanaraq sözün yanmış oduna.

Sözü - sənət aşiqi, bir su sanmış oduna.

Söz dünyadan gözəldi, söz həyatdan gözəldi,

Qövsi-qüzehli göydən, kainatdan gözəldi.

Yer üzündə tapılmaz sözün rəngi-boyası,

Dilə gəlməz tərifi - dili aciz qoyası.

Söz bayraq qaldıranda ilham dolu könüldə,

Tərənnümə söz tapmaz sözlü ağız da, dil də.

Ürəyin tellərini sözlə təzələdi can,

DuyğularÜrəyin kələfinitellərini sözlə çözələditəzələdi can.

Duyğular kələfini sözlə çözələdi can.
Şairi şah elədi şah əsərləri sözlə,

Möhürlədi məsləki məslək ərləri sözlə.

Sözü - qızıl yatağı altunla tutdu qoşa,

Dedi söz sərrafına: "De, hansı gəlir xoşa?

Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır"?

Söz sərrafı söylədi: "Söz dünyanın naxşıdır!"

Söz qasidi bələdsiz başa vurar yolları.

Söz - hünər meydanında yenər mərd oğulları.

Söz - gümüş sikkəsidir, dirhəm - tozu da deyil,

QızılSöz - itdəngümüş urvatsızsikkəsidir, qorxaqdirhəm tazı- tozu da deyil.

Qızıl - itdən urvatsız, qorxaq tazı da deyil.
Söz hər yerdə hakimdi, hamıdan baş da odur,

Dünyanın sərvətidir, inci qaş-daş da odur.

Ürəksizlər qafildir ürək sözündən belə,

Sözün şərhi artıqdır sözün özündən belə.

Söz durduqca, sorağı qoy dünyaya car olsun,

Nizaminin şöhrəti sözlə daim var olsun!

</poem>

[[Kateqoriya:Sirlər xəzinəsi]]