Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Adiyat surəsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '<poem>0. Bağışlayan və mehriban Allahın adı ilə. 1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a, 2. (And olsun) dırnaqları ilə daşdan qığıl...' ilə yarat
(Fərq yoxdur)

18:58, 14 noyabr 2014 versiyası

0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,
2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,
3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə
4. Hücumları ilə toz-torpaq qaldıranlara,
5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,
6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!
7. Və şübhəsiz, o özü də buna şahiddir.
8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.
9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),
10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,
11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.