Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/36-cı xütbə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'İmam Əli əleyhis-salamın Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu xütbələrindəndir. Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız və d...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1:
<poem>
İmam Əli əleyhis-salamın Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu xütbələrindəndir.
Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız və düşmən kəsilməniz üçün) səbəb və höccət olmadan, (bu işdə) aydın dəlilsiz bu çayla dərə-təpəli yerlər arasında öldürülmüş halda səhərə çıxmağınızla çəkindirirəm. Dünya sizi həlak edir və ilahi qəzavü-qədər sizi tora salır (öz İmamınızın əleyhinə çıxmağınızın öldürülməkdən başqa cəzası yoxdur). Mən sizi (indi peşman olduğunuz) iki hakimin hökm verməsindən çəkindirdim. Siz isə əhdini pozan müxaliflər kimi imtina edərək əleyhimə çıxdınız. (Siffeyn müharibəsində Müaviyənin qoşunu Qur’anları nizələrinə sancdıqları vaxt dediniz: «Onlar bizi Allahın Kitabına tərəf dəvət edirlər və dəvətlərini qəbul etməyimiz lazımdır». Mən onların, məğlub olduqlarına görə bu hiyləni işlətdiklərini bildiyimdən sözlərinə inanmadım. Siz mənə qarşı çıxıb dediniz ki, əgər dəvətlərini qəbul etməsən səni onlara təslim edəcəyik. Mən razı deyildim, amma çarəsiz idim.) Beləliklə, sizin istək və xahi¬şinizə uyğun hərəkət etdim (döyüşdən əl çəkib Malik Əştəri geri çağırdım. Dünən iki hakimin hökm çıxarmasını vacib bilən, bu gün isə onu küfr sanan) sizlər quşbeyin, səfeh və səbrsiz bir dəstəsiniz (çünki söz və əməllərinizdə möhkəm deyilsiniz, ağılla söz danışıb iş görmürsünüz). Mən sizlərə şər gətirmədim, sizin ziyan görmənizi istəmədim, ey atasızlar.
</poem>
 
[[Kateqoriya:Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)|36-cı xütbə]]