Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 1:
{{Başlıq
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il = 2011
| qeydlər = "Filologiya məsələri" elmi toplusu, №2, 2011-ci il, səh.350-354.
}}
<poem>
Azərbaycan aşıq yaradıcılığı o qədər zəngindir ki, bu yaradıcılığı öz ədəbi irsi ilə zənginləşdirən el sənətkarları nə qədər öyrənilsə də, nə qədər araşdırılsa da yenə də ayrı-ayrı aşığın, el şairinin tədqiqata ciddi ehtiyacı olduğu bəlli olur. Azərbaycanda aşıq yaradıcılığı demək olar ki, ayrı-ayrı regional aşıq mühitləri kontekstində öyrənilib tədqiq olunmuşdur. Aşıq mühitləri içərisində Göyçə aşıq mühiti xüsusilə fərqlənir. Bu mühit daim tədqiq olunmuş və araşdırılmışdır. Mühitin ayrı-ayrı sənətkarları haqqında elmi məqalələr, monoqrafiyalar, kitablar yazılmış və yazılmaqdadır.
Göyçə aşıq mühitinin araşdırıcılarından tədqiqatçı alim Ziyəddin Məhərrəmov bu haqda fikrini belə bildirmişdir:
Həyat və yaradıcılığı haqqında araşdırma apardığımız Aşıq İslam Göyçə aşıq mühitinin tanınmış nümayəndələrindəndir. O, Göyçə mahalında yaradıcı və ifaçı aşıq kimi tanınmışdır.
Əmirzadayev İslam Məhəmmədəli oğlu (Aşıq İslam) 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub.
Daşkəndli el şairi Muxayıl Göyçəli (1918-1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy
Yazılı mənbələrdə Aşıq İslam haqqında demək olar ki, heç bir məlumata rast gəlmədik. Sadəcə onun bir neçə yazılarda adı çəkilir.
Tədqiqatçı alim İslam Ələsgərin topladığı Göyçə aşıqlarının el-oba arasında tanınmış məlum nümayəndələrinin siyahısında Yarpızlı kəndindən olan aşıqlardan Aşıq İslamın da adı çəkilir[2,s.14]. Göyçə mahalının Basarkeçər rayonunun kəndləri haqqında ümumiləşmiş məlumat kitabında da
Sənətşünaslıq namizədi Azad Ozan Kərimli
Aşıq İslamın yaradıcılığı haqqında araşdırmalarımız zamanı Şair Məmmədhüseynin
Məmmədhüseyn idi yaxşı, yaman seçə,
Fənanın qonağı üqbaya köçə.
Axırıncı İslamdı sakini Göyçə,
Haqq dərgahından ona elm dolufdu.
İkinci məlumatı isə Aşıq İslamın xalası oğlu, sazın-sözün vurğunu Daşkəndli Murtuz Bayramquliyevin (1926-2007) əlyazmalarından əldə etdim. Əlyazmada aşığın
Aşıq İslam haqqında apardığımız araşdırmalar zamanı bizə yaxından köməklik edib, məlumatlandıran İslamın dayısı oğlu, Muxayılın kiçik qardaşı olan Oruc Məsimov (1926) oldu. Onun indiyə qədər qoruyub saxladığı qardaşı Muxayılın 1942-1943-cü illərə aid əlyazmaları köməyimizə çatdı. Demək olar ki, Aşıq İslamın xeyli şeirləri həmin əlyazmalarda toplanmışdır. Biz bu əlyazmaların surətini çıxarmış və 5 cilddə cildləmişik. Əlyazmalarda bir dastan da olmaqla Aşıq İslamın yaradıcılığına məxsus gəraylı, qoşma, təcnis, dodaqdəyməz, divani, müəxəmməs, qıfılbənd, nəzirə və deyişmələri öz əksini tapmışdır. Şeirlərin demək olar ki, hamısında Aşıq İslam təxəllüsünü Cavan İslam kimi möhürbənd etmişdir. Əlyazma cildlərdə təxminən şeirlər bu saydadır: 5-1-ci cilddə 1 dastan, 5-2-ci cilddə 55 bağlama və dodaqdəyməz, 5-3-cü cilddə 60 müxtəlif şeir, 5-5-ci cilddə 105 müxtəlif şeir, nəzirə və deyişmələr vardır (5-4-cü cilddə 57 şeir var, bu şeirlər Muxayılındır). Aşıq İslamın zəngin ədəbi irsi təəssüf ki, bu günə qədər toplanılıb çap olunmamışdır.
Qeyd etdiyimiz kimi, ədəbi irsi vaxtında toplanılıb
'''İstifadə edilmiş ədəbiyyat:'''
1.'''Ziyəddin Məhərrəmov'''. "XX əsr Göyçə aşıq mühiti, 1920-1950-ci illər", Bakı, "Azərbaycan Ensiklopediyası" NPB, 1997.
5.'''Araz Yaquboğlu'''. "Daşkənd aşıqları və şairləri", Bakı, "Nurlan", 2008.
▲4.'''Azad Ozan Kərimli''', «Göyçə aşıq məktəbi» (məqalələr silsiləsi), http://musigi-dunya.az
</poem>
[[Kateqoriya:Araz
[[Kateqoriya:Aşıq İslam haqqında yazılanlar]]
[[Kateqoriya:2011-ci ilin məqalələri]]
|