Düşmüşəm (Aşıq Hüseyn Bozalqanlı): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''DÜŞMÜŞƏM<br>''' Qirxlar piri özü verib dərsimi,<br> Şair cərgəsində sana düşmüşəm,<br> Arif məclisində, alim yanında,<br> Neçə dəfə imtahana düşmüş...
(Fərq yoxdur)

15:36, 22 oktyabr 2008 tarixindəki versiya

DÜŞMÜŞƏM

Qirxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm,
Arif məclisində, alim yanında,
Neçə dəfə imtahana düşmüşəm.

Bir zaman əlimde zil bəm saz oldu,
Gözətlər mənimlə üzbə-üz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una dönmüşəm.

Özüm aşiq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışan təşbeh misalda,
Hüseyn deyər, həmən günə düşmüşəm.