Dağlar (Aşıq Ələsgər): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: Bahar fəsli yaz ayları gələndə Süsənli sünbüllü lalalı dağlar Yoxs...
(Fərq yoxdur)

12:35, 27 dekabr 2008 versiyası


                         Bahar fəsli yaz ayları gələndə
                         Süsənli sünbüllü lalalı dağlar
                         Yoxsulu ərbabı şahı gədanı
                         Tutmaz bir – birindən aralı dağlar
                                              -      
                         Xəstə üçün təpəsində qar olur
                         Hər cür çiçək açır laləzar olur
                         Çeşməsindən abi – həyat car olur
                         Dağıdır möhnəti məlalı dağlar
                                              -
                         Yazın bir ayıdı çox yaxşı çağın
                         Kəsilməz çeşməndən gözəl yığnağın
                         Axtarma motalın yağın qaymağın
                         Zənbur çiçəyindən bal alı dağlar!
                                              -
                         Yayın əvvəlində dönürsən xana 
                         Son ayda bənzərsən yetkin bostana 
                         Payızın zəhməri qoyar virana
                         Dağıdar üstündən cəlalı dağlar!