Sənin əslin ağacdandır: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Ayırdı | müəllif = Sənin əslin ağacdandır | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcü...' ilə yarat
(Fərq yoxdur)

14:12, 17 aprel 2015 tarixindəki versiya

Ayırdı (XVII əsr)
Müəllif: Sənin əslin ağacdandır

Sazım, mənlə danışmırsan,
Sənin əslin ağacdandır.
Ağac dedim, bikef olma,
Çox əsnaflar ağacdandır.

Çağırın, gəlsin aşığı,
Salsın elə nur - işığı.
Həsən - Hüseynin beşiyi,
O da ki var ağacdandır.

Qaracaoğlan batıb yasa,
Qulluq eylər o ixlasa,
Musanın əlində əsa,
O da ki var, ağacdandır.