Azərbaycan ədəbiyyatı (Salman Mümtaz)/Ağa Məsih Şirvani: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 143:
vardır ki, yeri gəldikcə tamamilə gözdən keçirəcəksiniz. Bu son misralardan məlum olur ki, Şahsəvən Əhməd xan hənuz Şirvana gəlməmişkən Dərbənd şəhərində yeddi yüz göz çıxartdırmış və Muğan ölkəsində qətliam etdirərək Cavadda da insan kəllələrindən minarə qurdurmuş imiş. Təbii, bu vəhşilikləri öz gözü ilə seyr edən bədbəxt Ağa Məsih aşiqanə şeirlər söyləyə bilməz idi. Odur ki, tarixi-hicri 1155-ə kimi aşiqanə şeirlər yazaraq, layəmut lövhələr təsvir edən Ağa Məsih bu tarixdən etibarən kiçik-kiçik tarixi mənzumələr nəzmə çəkərək, nəhayət, “Şahnamə” yazmağa başlayır. “Şahnamə”də şair öz gözü ilə gördüyü hadisələri tamamilə türkcə olaraq canlandırır. Artıq mehtabı, şəfəqi buraxaraq, topdan, tüfəngdən, çərxəçidən, zənburəkdən bəhsə girişir.
 
Təqarüb vəznində rişteyi-nəzmə çəkilmiş o “Şahnamə”nin bir və bəlkə də, yeganə nüsxəsini Şamaxı mütəəxxirin üləmasından mərhum Mir Mehdi ağa tapıb, mənə göndərmişdi. Nə fayda ki, iki əsrdən bəri güvələr, mürgənələr ağızlarından çıxmış və illərcə yağışlar altında qalmış o kitabdan min məşəqqətlə yalnız bir beyt oxuya bildim ki, o da tarixlərdə Quba, Bakı, Dərbənd, Şirvan və Salyan xanı olan Fətəli xanın haqqındadır. Ağa Məsih “Şabnamə”sini“Şahnamə”sini o xanın adına ithaf edərkən bir də bir müqəddimə yazmışdır ki, bu bir beyt “Şahnamə”yə yazılan müqəddimədən çıxanla bilmişdir:
 
<poem>O şahdən ki, şahini mənim kəm deyil,