Azərbaycan ədəbiyyatı (Salman Mümtaz)/Molla Pənah Vaqif: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ' <poem>Çün muradı-xatirimdir lə’li-ləbdon sudi-eşq, Ey loram hərdəm qara bağrımı xunaludİ-eşq, Ərşə başımdan çıxar tük başına min dudi-eşq, Hər...' ilə yarat
(Fərq yoxdur)

16:37, 2 sentyabr 2015 tarixindəki versiya


Çün muradı-xatirimdir lə’li-ləbdon sudi-eşq,
Ey loram hərdəm qara bağrımı xunaludİ-eşq,
Ərşə başımdan çıxar tük başına min dudi-eşq,
Hər rəkimdir abi-sevdadon dolu bir rudi-eşq,
Haliya mülki-məlahətdə mənəm məhtmıdi-eşq,
Var ümidim kim, olam mən müqtədai-cudi-eşq,
Həq mənə etmiş müsəlləm çünki hər müveudi-cşq.
Vaqifəm, saldı məni atəşlərə Nomrudi-eşq,
Qalmışam hicrində, gülzari-vüsalın istərəm!

Azərbaycan türklərinin saf bir Özəyini təşkil edən kəndlilərdən ersei-vücudə gəlmiş və bütün ellər tərəfindən “hər oxuyan Molla Pənah olmaz” ünvani-cəlilinə məzhər olmuş bu böyük və qiymətli şairimizə dair ilk məlumatı biz o tarixlərdə yazılan Hacı Əliqulu xan Valeh Dağıstaninin təlif etdiyi “Riyazülüş-şüəra” adlı təzkirə- sindən və yaxud İbrahim xan Cavanşir ilə sıx bir rabitədə olan Təbriz bəylərbəyi əmirül-ümərası Hacı Əbdürrozzaq xan Dünbİlinin “Ni- ganstan”ından öyrənəcəkdik ki, məəttəəssüf, birincisini görmədiyimiz kimi, ikincisində də heç bir məlumata təsadüf etmədik və yenə uzun müddət Qarabağda yaşayan Bəhmən mirzə Qacar Nəsrəddin şah Qacarın atası olan Məhəmməd şah Qacarın adına yazdığı “Təzkırei-Məhəmmədşahi’’sində tam mənası ilə sükut ixtiyar edərək Vaqif haqqında tək bir cümlə də olsun işlətməmişdir. A.P.Berje də Azərbaycan şairlərinə dair Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi məcmuəsində Vaqifin tərcümei-halından bəhs edən bir sətir də yazmamışdır. Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabİ-qələmin birincisi İbrahim xan Cavanşir vü- zərasmdan həm də azərbaycanca yazdığı məşhur “Asari-Camal” adh tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca “Qarabağnamə” tarixim yazan Mirzə AdıgÖzəl bəy olmuşdur. Əvvəlki ilə bu sonku müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca tərcümei-balım yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. “Vaqif’ kəlməsi iki mənanı - “xəbərdar” və “vəqf edən” havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir. Vaqifin Molla Vəli Vidadi ilə etdiyi müşai- rəlorinin birindən anasının adı Ağqız olduğu da anlaşılmaqdadır:

Ağqız oğluyam, əlılİ-dərdəm mən,
Tayım-bərabərim yoxdur, mərdəm mon,
Əlinin quluyam, cavan merdə m mən,
Ancaq sən yassarsan, xıssət eylərsən.

Molla olduğunu da yenə özü Şəkili Məhəmmədhüseyn xan Müştaq təxəllüsün sovqati-ərməğan təriqi ilə göndərdiyi kürkdən dolayı nəzmə çəkdiyi müxəmməs İlə öz gəlininə xitabən söylədiyi digər bir mürəbbesindo apaçıq göstərmişdir:

Qış günü çünki dönər şcl cərmətü! - mə vay ə kürk,
Ol səbəbdən layiq olmuş firqeyi-mollayo kürk,
Görünür ədna əgorçi himmotı-valayə kürk,
Eylə ki, püşak olur fosli-şita əzayə kürk,
Tə’n edər yüz faxirriməlbusei-dibayə kürk!

Və yenə:

Bir qədəm bas ki, toy öz toyundur,
Toylar yaraşığı sənin boyundur,
Mollalar məskəni səri-guyundur,
Əl çək bu nazü-qəmzədən, golın!

Molla Vəli Vidadinin də Vaqifə qarşı yazdığı şuxvanə şeirlərinin bir bəndindən Vaqifm axund olması görünür:

San Çoban oğlu gəlsin yanına,
Axund deyib, camn qatsın canına,
Onun şövkətinə, sənin şanına,
O, yaxşı müxəmməs düzər, ağlarsan.

Qasım bay Zakir də Cəfərqulu xan Cavanşirə kürk üçün yazdığı bir qəsidəsində Vaqifin molla olmasına işarə edərək böylə bir təl- mih yazır:

Görməditımi necə ol şirinü şəkkər xəndənin
Eylədi yanuıda acı binəva mollam kürk!

Vaqifin məsqətürrəsi, yəni anadan olan yeri haqqında da ixtilaf vardır. Bəziləri Balakəıi;. Həsənsu, Qarabağ, Qazax şəhər və kəndlərini Vaqifin anadan olan yeri hesab edirlər. Amma ehtiyatkar mühənirlər isə bu nöqtəni üstüörtülü buraxaraq, Qazax elindəndir, deyirlər. Bu ehtiyatkarlann birincisi Mirzə Yusif Nçrsesovdur. Bizcə, Vaqifin dünyaya gəldiyi yer bu göstərilən yerlərin heç birisi deyildir. Onun doğma yurdu Qazax şəhərinin yanındakı Salahlı kəndidir. Çünki bunu Vaqif özü aydın və aşkar bir surətdə meydana qoymaqdadır. Aşağıya köçürdüyüm iki beyt buna böyük, həm də çox mötəbər bir sənəddir:

Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Səlalılıya,
Səlah bilməm nədir, yanında yari-canfəza yoxdur
Şəkər ləblər olurlarmış əzəldən Sanqamışda,
Gəlib şımdi sorağın sordum, onlardan səda yoxdur.

Çox ola bilər ki, Vaqifin Qazax şəhərində söylədiyi bu bir mü- rəbbedə Qazax kəlməsi işlənildiyi üçün bu söz bəzi yazıçı larimizi çaşdırmışdır:

Bir bölük yaşılbaş sonalar kimi,
Yığılıb gəlibdir Çjazağa qızlar.
Ayna qabağında qara qaş ucun
Endirib gətirmiş qulağa qızlar.

Mola Pənah Vaqifin əvail halından tamamilə bixəbərəm. Kimdən vo harada təhsil etdiyini də dürüst bilmirəm. O qaranlıq nöqtələri bu gün əlimizdə tənvir edəcək, aydınladacaq heç bir vəsiqə yoxdur. Bu barədə “Riyazül-aşiqin” sahibi ilə “Təzkireyi-Nəvvab” müəllifləri də sükut İlə keçmişlər. Bunların verdiyi məlumat da eyni ilə Mirzə Yusif Nersesov məlumatının icmalən xülasəsidir. Mirzə Yusifin yazdığına görə, Vaqif İbrahim xan Cavanşir taxta oturar-oturmaz tarixi-hicri 1172-də, yəni Nadir şah Əfşarın qətlindən on iki il sonra Qarabağa gəlmişdir. Vaqifin əsl məram və məqsədi yeni cülus etmiş xan ilə sıxı bir rabitəyə girişərək ona müqər- rəb və vəzir olmaq imiş ki, nəhayət, müvəffəq olmuşdur. Əvvəlcə sünni məzhəbində olan Vaqif sonra, yəni Qarabağa gələrkən və yaxud gəlməmişdən bir qədər irəli məzhəbini dəyişərək səmimi bir surətdə şiəliyi qəbul etmişdir. Kim bilir, bəlkə də, zəmanəmizdə tam mənası ilə qiymət və əhəmiyyətini itirən bu fəqərə Vaqifi Qazax tərəflərindən hicrət etməyə məcbur etmişdir. Çünki o zamanlar bu kimi məsələlər əhəmiyyətli məsələlərdən ədd olunurdu. Bunun üstündə qan su yerinə axırdı. Məzhəb aktyorları rollarını müvəffəqiyyətlə oynamağa çalışırdılar. “İbrahim xan Cavanşirə çox yaxın olmaq üçün qəsdən məzhəbinə təğyir vermişdir”, - deyənlər, bizcə, yanılırlar. Çünki Vaqifin mərsiyə və məşhur zikrləri səmimi şiə olduğunu göstərir ki, burası bəhsimiz xaricindədir. Hər halda Vaqifin sünnülükdən dönüb şiəliyi qəbul etməsi bir əmri-vaqedir. Bunu həm Vaqifin, həm də müasiri və dostu Şıxlı Molla Vəli Vidadinin şeirlərindən də öyrənmək olar:

Jsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sordaridir o’la,
Xaki-dəri-övladƏpeyəmbər ola Vaqif,
Neylər dəxi dünya?
Ol gündo ki, həngamei-mohşər ola Vaqif,
Tut daməni-mövla,
Fəryadrəsin heydəri-səfdər ola Vaqif,
Xof eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vobalə,
Tövfıq bulan sən.

Ve yenə:

Ey xoş anlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Olİyyü 1 - Mürtə zarıı sevdilər,
Sidqü ixlas ilə ponc alü abanı sevdilər,
Çardəh mə’sum tək müşkülgüşanı sevdilər,
Dəxi anlardan gözəl yaxşı comaət görmədim.

Vaqif özü şiə məzhəbini qəbul etdikdən sonra səmimi dostu olan Molla Vəli Vidadini dəxi bir an təbliğdən geri qalmamış və bir çox şeirlərində də Vidadini şiə olmağa dəvət etmişdir. Biz bu təbliğatı zarafat deyil, ciddi sanırıq.

Vaqif:

Vəqtkən dəli olma, gol eşit məndən,
Gəzmə, yalvar-yapış onlara gendən,
Amma qorxun olsun Əbüllıəsəndən,
Səni əzim-əzim əzər, ağlaTsan.

Qıl körpüdən çünki sürşər ayağın,
Cəhənnəm xovfındən yarılır yağın,
Qorxma, yenə Əli olur dayağın,
Əgər anıb bəştü çahar ağlarsan.


Əqlitı olsun, on iki imama inan,
Fayda verməz sonra olmaq peşiman,
Yəqin bil ki, qurulacaqdır mizan,
Əməlin qarşında durar, ağlarsan.

Heştii çahar çün halım duyarlar,
Sanma səni öz kefmə qoyarlar,
Əwəl onlaT səni diri soyarlar,
Sümüyünü ta gömərlər, ağlarsan.

Vaqif, gərçi əzabı var dünyanın,
Tutubsan ətəyin Şahİ-mərdanın,
Sən neçün xovfıni çəkərsən anın,
O gülər - gülərsən, ağlar - ağlarsan.

Və yenə başqa bir şeirində Vidadiyə xitabən:

Cavanşir xəlqilə ol qohum-qardaş,
Qazağın sözünü heç eyləmə faş,
 Demirəm, dinini elə qızılbaş,
Əqlin olsa, özün, əlbət, eylərsən.

Vidadi:

Mələklər ki, gələr sahib izzətdən,
 Ayıra mömini asi millətdən,
Görər ki, deyilsən əhl i-sünnətdən,
Səni yolum-yolum yolar, ağlarsan.

O zaman ki, məhşər xalqı durarlar,
 Divan olub sorğu-sual sorarlar,
Əgər səni bu məzhəbdə görərlər,
Yerbəyer budayıb əzət, ağlarsan.

Allahın ki, heç çəkməzsən minnətin,
Tərk edibsən peyğəmbərin sünnətin,
Nə görərsən məlumların hörmətin,
 Əgər ağlamazsan, əgər ağlarsan.


Şiə xalqı tamam dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
Mahaldır ki, biri duzexden çıxa,
Cümlə olur zirii zəhər, ağlarsan.


Əhli-sünnət vəl-cəmaət peyvosto,
Gedərlər cənnətə dəstəbədəstə,
O gündə şad olur Vidadi xəstə,
Səni yanlış görüb gülər, ağlarsan.

Vaqif Salahlı kəndindən köçərkən ilk əvvəl Qarabağa deyil, Qarabağın indi də məruf kəndlərindən sayılan Veysəlli kəndinə gəlmiş və orada Salahlıdakı peşəsi olan məktəbdarlığma davam etmişdir. O zaman artıq dərəcədə sıxıntı və fəqrü faqə ilə güzəran edən Vaqifin əhvalım novruz bayramı ərəfəsində söylədiyi bu mənzuməsindən azacıq təəmmül ilə öyrənmək olar:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ ha tükənmiş lap çoxdan,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğulə, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibe amalımız var.
Vaqif, öyünmə ki, kəmalımız var,
Allaha şükür ki, kəmal da yoxdur.

Molla Pənah Vaqif bir an əvvəl məqsədinə nail olmaq üçün Veysəlli kəndindən köçərək Qarabağa gəlir və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarhğa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqerrəb olmaq istəyir. Tam bu çağlardadır ki, Vaqif fəxriyyəmanənd bir qəzəl inşad edərək bir beytində də “ali-Cavanşir”i istəməyə-istəməyə boğazdan yuxan bir qədər mədh edir:

Qarabağ içrə bir şair kəlımüllah Musadır,
Cavanşir içrə bir mövzun bayatı1 dəsti-beyzadir.

QoJəm qədrin əsnyi-&jdəhäpcyk.əreə bilməkdə
Bəni-İsrailə ati-Cavanşü yəni həmtadır.

Dil i-rövşən gərək nadan içində sərf edən ömrün,
Çırağın səltənətgahi sovadi-şami-yeldadır.

Ümidim vardır kim, bu. qara gün getməyə başa,
Dönər bir özgə təng ilə, bu axır çərxi-xəzradır.

Məkan tutdisə Vaqif, yox ocəb, ba Şişə daşında,
Məkani - ləli -gü lrəngin m iyani -səngi - xaradır.

Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası və daha sonra nədimi- hüzur və müşaviri-məxsus olur. Demək:

Ümidim vardır kim, bu qara gün getmiyə başa,
Dönər bir Özgə rəng ilə bu axır çərx xəzradiT –

beyti öz yerini tutur. Nəhayət, Öz istedad və doğruluğu sayəsində o qədər izzətü etibar qazanır ki, xan hər bir işini Vaqifin məsləhət vo səvabədidi ilo gördüyü kimi, səfərə çıxdıqda da Vaqifi öz yanınca götürərdi. Mirzə Yusif Qarabağinin yazmağına görə, İbrahim xan səfərlərinin birində bəzi mülahizələrə görə böyük bir qüwo ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:

Sİyah tel görmədim Kür qırağında,
Məgər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uça dağlara,
Havalanıb hərgiz qonmaz bu yerdə.

Bu diyarda kəlağay yox, kətan yox,
Sinəm yotan müjgan oxun at.au yox,
Sərxoş durııb bir nəzakət satan yox,
Heç sövdagor fayda butmaz bu yerdə.

Bəzək bilməz bu diyarın göyçəyi.
Tanımaz al çarqad zərrin ləçəyi,
Ağ buxaq altından həlqə birçəyi,
Tər məmə üstündən salmaz bu yerdə.

Desələr, Vaqif, nə oldu səna,
Rəngi ruyin dönüb heyvayə yenə,
Əlin tər məmədən üzən kimsənə,
Saralıban niyə solmaz bu yerdə1?

Nədənsə xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif lıəman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanən^ dələrə verdirir ki, təkrar oxusunlar:

Kür qırağının əcəb seyrəngahı var,
Yaşilhaş sonası, hayıf ki, yoxdur 1
 Ucu tər cığalı siyah tellərin
Hərdəm tamaşası, hayıf ki, yoxdur’

Qış günü qışlağı Qıraqbasamn,
Gözüdür Aranın, cümlə cahanın,
Belə gözol yerin, gözəl məkanın,
Bir gözəl obası, hayıf kı, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin difli, açıq qabaqlı,
Könül aşması, hayıf ki, yoxdur!

Elə gözol var bunların içində,
Ələ düşməz hərgiz Çmü Maçində,
Söyləgən, oynağan, dürüst biçinidə,
Bəzəyi-libası, hayıf ki, yoxdur!




Havasının, torpağının, yerinin,
Dad verməz dəhanı, ləbi-şirinın,
Pəri çoxdur, nə fayda, heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

İçi əşrəfıli, bulud kimi saç,
Dal gərdəndə hər hörüyii bir qulae,
 Kəlağayı gülgəz, qəsabə qiyğac,
 Altından cunası, hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yarımda, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Güzgü tutub hərdəm cəmal görməsi,
 Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
 Bilirəm tərzini hər üsulların,
Qızıl qolbaqlı bəyaz qolların
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Vaqif həqden dilər lütfü kərəmlər,
 Belə yerdo duran, vallah, vərəmlər,
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!

Bu mənzumə oxunarkən İbrahim xan Cavanşirə elə təsir edir ki, qoşuna filfövr köçmək əmrini verərək, özü də ordu ilə borabər Qarabağa ozimət edir1. Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həll və tövsiyəsi üçün Tbrahim xan Cavanşir hökuməti adından o zamanlar Gürcüstan valisi olan II İraklinin yanma göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul vo tərzi-üsulunu öyrənməyə və öyrətməyə mane olur. Valı özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, amma öz oğlu Eulon xanı öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Məhz bu müxəmməs Vaqif tərəfindən o görüş münasibəti ilə Tiflis şəhərində söylənilən tarixi bir şeirdir:

Valinin çeşmİ-çırağı, vəh, nə tiirfə can imiş,
Külli-Gürcüstanm üzrə sayei-sübhan imiş,
Düşməni pama! edən Sördari-v ulaşan imiş,
Aləmin sərdəftoriymiş, adı Eulon xan İmiş,
Saxlasın allah pənahında, əcəb oğlan imiş.

Heç yoxdur nisbəti, özgə diyann xanuıa,
Bir cavandır kim, yaraşır padşahlıq şanma,
Dəyməsin afət yeli, yarob, gül i-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,
Taqi-əbruyi-lətifi qiblei-iman imiş.

Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləlıcei-göftanm,
Maşaallah, zahir etmiş ululuq aşarını,
Belə sandım kim, mələkdir əvvəla didannı,
Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş.

Sayir oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, anları hom eylədik bundan qiyas,
Bu çırağ elə çırağdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qü xudayə hor zaman şükrü sipas,
Valinin ocağı böyle gün kimi taban imiş.