Azərbaycan ədəbiyyatı (Salman Mümtaz)/Molla Pənah Vaqif: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 25:
Qalmışam hicrində, gülzari-vüsalın istərəm!</poem>
 
Azərbaycan türklərinin saf bir özəyini təşkil edən kəndlilərdən ərsei-vücudə gəlmiş və bütün ellər tərəfindən “hər oxuyan Molla Pənah olmaz” ünvani-cəlilinə məzhər olmuş bu böyük və qiymətli şairimizə dair ilk məlumatı biz o tarixlərdə yazılan Hacı Əliqulu xan Valeh Dağıstaninin təlif etdiyi “Riyazülüş-şüəra” adlı təzkirəsindən və yaxud İbrahim xan Cavanşir ilə sıx bir rabitədə olan Təbriz bəylərbəyi əmirül-ümərası Hacı Əbdürrəzzaq xan Dünbilinin “Nigaristan”ından öyrənəcəkdik ki, məəttəəssüf, birincisini görmədiyimiz kimi, ikincisində də heç bir məlumata təsadüf etmədik və yenə uzun müddət Qarabağda yaşayan Bəhmən mirzə Qacar Nəsrəddin şah Qacarın atası olan Məhəmməd şah Qacarın adına yazdığı “Təzkirei-Məhəmmədşahi’’sində tam mənası ilə sükut ixtiyar edərək Vaqif haqqında tək bir cümlə də olsun işlətməmişdir. A.P.Berje də Azərbaycan şairlərinə dair Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi məcmuəsində Vaqifin tərcümei-halından bəhs edən bir sətir də yazmamışdır. Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabi-qələmin birincisi İbrahim xan Cavanşir vüzərasmdan həm də azərbaycanca yazdığı məşhur “Asari-Camal” adlı tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca “Qarabağnamə” tarixim yazan Mirzə Adıgözəl bəy olmuşdur. Əvvəlki ilə bu sonku müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca tərcümei-halın yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. “Vaqif" kəlməsi iki mənanı - “xəbərdar” və “vəqf edən” havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir. Vaqifin Molla Vəli Vidadi ilə etdiyi müşairəl'rininmüşairələrinin birindən anasının adı Ağqız olduğu da anlaşılmaqdadır:
 
<poem>Ağqız oğluyam, əhli-dərdəm mən,