Mixail Saakaşvilinin BMT-də çıxışı (2013): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k 94.20.150.203 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Araz Yaquboglu tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Sətir 70:
Dünən, işğalçılar Gürcüstan vətəndaşlarını yenidən öz evlərindən və kəndlərindən, onların valideynlərinin və babalarının evlərindən və kəndlərindən didərgin salıb. Hər kəsin gözü qarşısında və heç bir cəza almadan.
 
Yeni Gürcüstan hökumətinin son həftələrdə və aylarda dostca bəyanatlaırnabəyanatlarına baxmayaraq, Rusiya hərbçiləri yaşayış yerlərini tikanlı məftillərlə ayırmaqla, həyati əhəmiyyət daşıyan Bakı-Supsa boru kəmərinə yaxınlaşaraq iqtisadiyyatımıza təhlükələr yaratmaqla, Gürcüstanın mərkəzi magistral yoluna yaxınlaşmaqla və bununla da ölkəmizin möhkəmliyini sual altına qoymaqla öz mövqelərini gücləndirməkdə davam edir.
 
Vladimir Putin və onun komandasının mənim on ilə yaxın müddətdə rəhbərlik etdiyim hökumətə qarşı düşmənçiliyi şəxsi nifrət və ya mədəni anlaşılmazlığa əsaslanmır. İstənilən bu cür şərh yalnız gözə kül üfürməkdir.
Sətir 78:
Bu Qamsaxurdia, Şevardnadze, Saakaşvili və ya İvanişvili ilə bağl deyil. Ortada olan maraqlar yüksək olduqda adların heç bir önəmi olmur. Bu, Gürcüstanda dövlətçiliyin mövcud olub-olmaması ilə bağlıdır. Niyə? Çünki indiki Rusiya hökuməti yaxşı bilir ki, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrdə güclü dövlət sistemi inkişaf etməyə başlasa, bu cür dövlətlər öz xalqlarının iradəsini əks etdirəcək və irəli aparacaq. Bu isə onların tam müstəqil olması və Avropaya yönəlməsi deməkdir.
 
Gürcüstanın uğurlu islahatlar və funksional dövlət yaratmaq təcrübəsi virus kimi qəbul olunmağa başladı. Elə bir virus ki, bu post-sovet regionunu əhatə edə bilərdi. Bu virus nə yolla olursa-olsun məhv edilməli idi. Ona görə gürcü xalqı 2006-cı ildən bəri embarqodan, müharibədən və işğaldan əziyyət çəkib. Məhz ona görə də gürcü xalqının müqaviməti və gürcü demokratiyasının möhkəmliyi bütün region üçün mühüm əhəmiyyət daşıyır.
 
==Saxta pravoslav qardaşlığı musiqisini ölülərin səsləri boğur==