Bibliya/Nehemya Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 15:
}}
 
NEHEMYA
KİTABI
GİRİŞ
«Nehemya» Kitabı «Salnamələr» və «Ezra» Kitabları ilə sıx əlaqədədir. Kitabda yəhudilərin üçüncü hissəsinin sürgündən Yerusəlim şəhərinə qayıtmasından bəhs olunur. Kitabın baş qəhrəmanı olan Nehemya Fars padşahının sarayında yüksək vəzifə sahibi, həm də Allaha səmimi qəlblə bağlı bir şəxs idi. Nehemyanın qiymətli keyfiyyətlərindən biri də vaxtaşırı Allaha dua etməsi idi. O, çox fəal adam olduğuna görə sürgündən qayıdan həmvətənlərini ruhlandırıb onların ruhani həyatlarına istiqamət verirdi. Allah da vədlərinə sadiq qalıb Öz xalqına kömək edirdi.
 
Kitabın məzmunu:
*1:1-2:20 Yerusəlimə səyahət
*3:1-6:19 Divarın tikilməsi
*7:1-73 Siyahıyaalma
*8:1-11:36 Xalqın ruhani oyanması
*12:1-26 Kahinlərin və Levililərin siyahıya alınması
*12:27-43 Divarın təqdis edilməsi
*12:44-47 Məbəddə ibadətin bərpa olunması
*13:1-31 Nehemyanın qayda-qanunu bərpa etməsi
 
== 1 ==