Bibliya/Əyyub Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 15:
}}
 
ƏYYUB
KİTABI
GİRİŞ
«Əyyub» Kitabı böyük bəlalar çəkən bir insanın hekayəsidir. Kamil əməlisaleh və Allahdan qorxan Əyyub var-dövlətini, bütün övladlarını itirir və ağır xəstəliyə düçar olur. Lakin bunlara baxmayaraq o, Allaha olan böyük imanını itirmir. Üç hissədən ibarət poetik dialoqlarda müəllif Əyyubun və onun dostlarının bu fəlakətlərə münasibətini göstərir. Uzun müzakirələrdən sonra Allah Özü Əyyuba cavab verir. Əyyubun dostları onun çəkdiyi iztirabların səbəbini ənənəvi dini anlayışlarla izah edir. Onlar belə bir nəticəyə gəlir ki, yaxşı əməlləri mükafatlandıran və pisliyi cəzalandıran Allah bu iztirabları Əyyuba onu cəzalandırmaq üçün göndərmişdi. Amma Əyyub düşünür ki, o, çox xeyirxah və saleh adam olduğuna görə belə ağır cəzaya layiq deyil.
 
Sətir 29 ⟶ 26:
 
Kitabın məzmunu:
*1:1-2:13 Proloq
*3:1-31:40 Əyyub və onun dostları
*3:1-26 Əyyubun şikayəti
*4:1-14:22 Birinci söhbət
*15:1-21:34 İkinci söhbət
*22:1-27:23 Üçüncü söhbət
*28:1-28 Hikmətin mədhi
*29:1-31:40 Əyyubun yekun sözü
*32:1-37:24 Elihunun nitqi
*38:1-42:6 Rəbb Əyyuba cavab verir
*42:7-17 Epiloq
 
 
== 1 ==
 
Əyyubun şəxsiyyəti və dövləti