Bibliya/Markın Nəql Etdiyi Müjdə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 15:
}}
 
MARKIN
NƏQL ETDİYİ MÜJDƏ
GİRİŞ
«Markın nəql etdiyi Müjdə» «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı» bəyanatı ilə başlayır. İsa burada fəal və səlahiyyətə malik olan Şəxs kimi təsvir olunur.
 
Sətir 23 ⟶ 20:
 
Mark İsadan danışarkən Onun barəsində açıq, çox qüdrətli tərzdə nəql edir. O, İsanın dediklərindən və təlimindən daha çox Onun etdiyi işləri vurğulayır. Vəftizçi Yəhyanın meydana çıxması, İsanın vəftizi və sınağa çəkilməsi barədə qısaca giriş verən müəllif dərhal İsanın şəfa vermə xidmətinə və təlim verməsinə keçir. Vaxt getdikcə İsanın ardıcılları Onu daha yaxşı başa düşür, İsanın rəqibləri isə Ona qarşı daha da çox nifrət hissi ilə dolur. Son fəsillər İsanın yer üzündə son həftəsini, xüsusilə, Onun çarmıxa çəkilməsini və dirilməsini təsvir edir.
 
Kitabın məzmunu:
*1:1-13 Müjdənin başlanğıcı
*1:14-9:50 İsanın Qalileyada ictimai xidməti
*10:1-52 Qalileyadan Yerusəlimə
*11:1-15:47 İsanın Yerusəlimdəki son günləri
*16:1-8 İsanın dirilməsi
*16:9-20 Dirilmiş Rəbbin görünməsi və göyə qaldırılması
 
== 1 ==