Bibliya/Çıxış Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 45:

== 2 ==

Musanın doğulması

Sətir 67 ⟶ 66:

== 3 ==

Rəbb Musanı çağırır

Sətir 81 ⟶ 79:

== 4 ==

Allahın Musaya verdiyi əlamətlər

Sətir 124 ⟶ 121:

== 6 ==

1 Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq».

Sətir 163 ⟶ 159:

== 8 ==

İkinci cəza: qurbağalar

Sətir 185 ⟶ 180:

== 9 ==

Beşinci cəza: qırğın

Sətir 216 ⟶ 210:

== 10 ==

Səkkizinci cəza: çəyirtkə

Sətir 247 ⟶ 240:

== 12 ==

Pasxa bayramı üçün təlimat

Sətir 300 ⟶ 292:

== 14 ==

1 Rəbb Musaya dedi: 2 «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”. 3 Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir. 4 Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər.

Sətir 328 ⟶ 319:

== 15 ==

Musanın qurtuluş ilahisi

Sətir 420 ⟶ 410:

== 17 ==

Qayadan çıxan su

Sətir 436 ⟶ 425:

== 18 ==

Yetronun Musaya baş çəkməsi

Sətir 455 ⟶ 443:

== 19 ==

İsrail övladları Sina dağında

Sətir 471 ⟶ 458:

== 20 ==

Allahın on əmri
(Qanun. 5:1-21)
Sətir 495 ⟶ 481:
16<ref>Çıx. 23:1; Mat. 19:18; Mark 10:19; Luka 18:20</ref> Heç kimə qarşı yalandan şahidlik etmə.

17<ref>Rom. 7:7; 13:9</ref> Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
Xalqın qorxusu

(Qanun. 5:22-33)

18<ref>İbr. 12:18-19</ref> Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». 20 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». 21 Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.

Qurbangah haqqında

22<ref>İbr. 12:25</ref> Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım. 23 Özünüz üçün nə qızıldan, nə də gümüşdən Mənə şərik olan allahlar düzəltməyin. 24 Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. 25<ref>Qanun. 27:5-7; Yeşua 8:31</ref> Əgər mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. 26 Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”.

== 21 ==

1 Sən onların qarşısına bu hökmləri qoymalısan:

İbrani qullar

(Qanun. 15:12-18)

Sətir 543 ⟶ 531:

== 22 ==

Əmlak haqqında hökmlər

Sətir 581 ⟶ 568:

== 23 ==

Ədalət və vicdan

Sətir 614 ⟶ 600:

== 24 ==

Allahla İsrail arasında əhdin bağlanması

Sətir 628 ⟶ 613:

== 25 ==

Müqəddəs məskən üçün ianələr
(Çıx. 35:4-9)
Sətir 636 ⟶ 620:
8 Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım. 9 Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.

Əhd sandığı

(Çıx. 37:1-9)

Sətir 643 ⟶ 627:
17 Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. 18 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt. 19 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. 20 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. 21 Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. 22 Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.

Təqdis çörəkləri üçün masanın quruluşu

(Çıx. 37:10-16)

23 Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. 24 Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy. 25 Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. 26 Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. 27 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. 28 Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. 29 Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. 30 * Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.

Qızıl çıraqdan

(Çıx. 37:17-24)

Sətir 654 ⟶ 638:

== 26 ==
Müqəddəs məskən

(Çıx. 36:8-38)

Sətir 672 ⟶ 656:

==27 ==
Yandırma qurbanı üçün qurbangah

Yandırma qurbanı üçün qurbangah
(Çıx. 38:1-7)

1 Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. 2 Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört. 3 Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt. 4 Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt. 5 Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin. 6 Qurbangah üçün əbrişim ağacından şüvüllər düzəlt və üstünü tuncla ört. 7 Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun. 8 Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt.

Müqəddəs məskənin həyəti

(Çıx. 38:9-20)

Sətir 685 ⟶ 668:
17 Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun. 18 Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun. 19 Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun.

Kahinliyin təyin olunması

(Lev. 24:1-4)

Sətir 691 ⟶ 674:

== 28 ==
Kahinlərin geyimləri

(Çıx. 39:1-7)

Sətir 698 ⟶ 681:
6 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. 7 Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. 8 Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. 9 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. 10 Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, 11 həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, 12 bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. 13 Hörmə qızıldan sağanaqlar düzəlt, 14 xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax.

Döşlük

(Çıx. 39:8-21)

Sətir 705 ⟶ 688:
29 Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. 30 Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.

Kahinlərin digər geyimləri

(Çıx. 39:22-31)

Sətir 717 ⟶ 700:

== 29 ==
Kahinliyin təqdis olunması

(Lev. 8:1-36)

Sətir 738 ⟶ 721:
37 Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.

Gündəlik təqdimlər

(Say. 28:1-8)

Sətir 744 ⟶ 727:

== 30 ==
Buxur yandırmaq üçün qurbangah

Buxur yandırmaq üçün qurbangah
(Çıx. 37:25-28)

Sətir 752 ⟶ 734:
7 Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, 8 həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. 9 Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. 10 İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».

Siyahıyaalma pulu

11 Rəbb Musaya belə dedi: 12 «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. 13<ref>Çıx. 38:25-26; Mat. 17:24</ref> Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. 14 İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. 15 Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. 16 Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».

Tunc ləyən

17 Rəbb Musaya belə dedi: 18 «Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, 19 Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar. 20 Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da 21 əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun».

Məsh üçün yağ

22<ref>Çıx. 37:29</ref> Rəbb Musaya dedi: 23 «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış 24 və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. 25 Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. 26 Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını, 27 masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, 28 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. 29 Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. 30 Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər.
Sətir 771 ⟶ 753:

== 31 ==
Hüzur çadırı üçün ustalar

Hüzur çadırı üçün ustalar
(Çıx. 35:30-36:1)

1 Rəbb Musaya dedi: 2 «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, 3 onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, 4 qızıl, gümüş və tuncla işləməyi bacarsın, 5 daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. 6 Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: 7 Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, 8 masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, 9 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, 10 toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, 11 məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».

Şənbə istirahət günü

12 Rəbb Musaya dedi: 13 «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. 14 Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. 15<ref>Çıx. 20:8-11; 23:12; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:12-14</ref> Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. 16 İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. 17<ref>Çıx. 20:11</ref> Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”».
Sətir 784 ⟶ 765:

== 32 ==
Qızıl dana

Qızıl dana
(Qanun. 9:6-29)

Sətir 811 ⟶ 791:

== 33 ==

Sinadan ayrılmağa hazırlıq

Sətir 827 ⟶ 806:

== 34 ==
Yeni daş lövhələri

Yeni daş lövhələri
(Qanun. 10:1-5)

Sətir 837 ⟶ 815:
8 Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. 9 Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».

Əhdin təzələnməsi

(Çıx. 23:14-19; Qanun. 7:1-5; 16:1-7)

Sətir 869 ⟶ 847:
1 Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. 2<ref>Çıx. 20:8-11; 23:12; 31:15; 34:21; Lev. 23:3; Qanun. 5:12-14</ref> Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. 3 Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».

Müqəddəs məskən üçün ianələr

(Çıx. 25:1-9)

Sətir 878 ⟶ 856:
20 İsrail övladlarının bütün icması Musanın yanından çıxdı. 21 Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. 22 Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. 23 Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. 24 Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. 25 Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; 26 bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər. 27 Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, 28 çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını. 29 İsrail övladlarından hər qadın, hər kişi Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.

Müqəddəs məskən üçün ustalar

(Çıx. 31:1-11)

30 Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb 31 Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki, 32 o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın, 33 daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin. 34 Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, 35 ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər.

== 36 ==

1 Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».

2 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı. 3 Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər. 4 Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq 5 Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir». 6 Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi. 7 Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.

Müqəddəs məskənin düzəldilməsi

(Çıx. 26:1-37)

Sətir 902 ⟶ 880:

== 37 ==
Əhd sandığının düzəldilməsi

(Çıx. 25:10-22)

Sətir 909 ⟶ 887:
6 Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. 7 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. 8 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. 9 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi.

Təqdis çörəkləri üçün masanın düzəldilməsi

(Çıx. 25:23-30)

10 Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. 11 Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. 12 Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. 13 Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. 14 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. 15 Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 16 Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, içmə təqdimlərini tökmək üçün dolçaları və piyalələri düzəltdi.

Qızıl çıraqdanın düzəldilməsi

(Çıx. 25:31-40)

17 Xalis qızıldan çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. 18 Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. 19 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. 20 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. 21 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. 22 Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. 23 Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. 24 Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi.

Buxur yandırmaq üçün qurbangahın düzəldilməsi

(Çıx. 30:1-5; 30:22-38)

25 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. 26 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. 27 Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. 28 Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü.

Sətir 926 ⟶ 905:

== 38 ==
Yandırma qurbanı üçün qurbangahın qurulması

Yandırma qurbanı üçün qurbangahın qurulması
(Çıx. 27:1-8)

1 Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. 2 Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. 3 Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. 4 Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. 5 Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü. 6 Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü. 7 Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.

Tunc ləyənin düzəldilməsi

(Çıx. 30:18)

8 Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.

Müqəddəs məskənin həyətinin düzəldilməsi

(Çıx. 27:9-19)

9 Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi. 10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 11 Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 12 Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 13 Şərq tərəfində də həyətin eni əlli qulac idi. 14 Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 15 Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 16 Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan, 17 dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi. 18 Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi. 19 Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi. 20 Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.

Hüzur çadırı üçün işlənən xammal

21 Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur. 22 Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi. 23 Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı.
Sətir 949 ⟶ 927:

== 39 ==
Kahinlərin geyimlərinin düzəldilməsi

Kahinlərin geyimlərinin düzəldilməsi
(Çıx. 28:1-14)

Sətir 959 ⟶ 936:
6 Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını 7 efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Döşlüyün düzəldilməsi

(Çıx. 28:15-30)

Sətir 966 ⟶ 943:
15 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar. 16 İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. 17 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar. 18 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. 19 Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. 20 Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. 21 Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

Kahinlərin digər geyimlərinin düzəldilməsi

(Çıx. 28:31-43)

Sətir 977 ⟶ 954:
30 Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. 31 Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.

İşin tamamlanması

(Çıx. 35:10-19)

Sətir 983 ⟶ 960:

== 40 ==

Hüzur çadırının qurulması və təqdis olunması

Sətir 1.008 ⟶ 984:
33 Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.

Rəbbin izzəti

(Say. 9:15-23)

Sətir 1.018 ⟶ 994:
{{İstinadlar|4}}

[[Kateqoriya:Bibliya|Çıxış Kitabı]]