Bibliya/Birinci Salnamələr Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 14:
| commons_keçidi =

«1 və 2 Salnamələr» adlanan iki kitab «Şamuel» və «Padşahlar» Kitablarındakı hadisələri yenidən başqa nöqteyi-nəzərdən işıqlandırır. «1 Salnamələr» Kitabı İsrail tarixinin yazılmasının iki əsas məqsədini göstərir:
Sətir 30 ⟶ 29:

== 1 ==
Adəm və onun nəsilləri

(Yar. 5:1-32)

1 Adəm, Şet, Enoş, 2 Qenan, Mahalalel, Yered, 3 Xanok, Metuşelah, Lemek, 4 Nuh, Sam, Ham və Yafəs.

Nuhun nəsilləri

(Yar. 10:1-32; 11:10-26)

Sətir 46 ⟶ 45:
24 Sam, Arpakşad, Şelah, 25 Ever, Peleq, Reu, 26 Seruq, Naxor, Terah, 27 İbram, yəni İbrahim.

İbrahimin nəsilləri

(Yar. 25:12-16; 36:1-19)

Sətir 55 ⟶ 54:
34 İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. 35 Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. 36 Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. 37 Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.

Seirin nəsilləri

(Yar. 36:20-30)

38 Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. 39 Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. 40 Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. 41 Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. 42 Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.

Edomun padşahları və başçıları

(Yar. 36:31-43)

Sətir 68 ⟶ 67:

== 2 ==

İsrailin oğulları

Sətir 88 ⟶ 86:

21 Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. 22 Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. 23 Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. 24 Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.

25 Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. 26 Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. 27 Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. 28 Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. 29 Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. 30 Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. 31 Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. 32 Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. 33 Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.
Sətir 99 ⟶ 96:

== 3 ==

Davudun oğulları

Sətir 113 ⟶ 109:

== 4 ==

Yəhudanın nəsilləri

Sətir 129 ⟶ 124:

== 5 ==

Ruvenin nəsilləri

Sətir 147 ⟶ 141:

== 6 ==

Levinin nəsilləri

Sətir 175 ⟶ 168:

== 7 ==

İssakarın nəsilləri

Sətir 201 ⟶ 193:

== 8 ==

Binyaminin nəsilləri

Sətir 211 ⟶ 202:

== 9 ==

Yerusəlimin sakinləri

Sətir 228 ⟶ 218:
33 Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi. 34 Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.

Padşah Şaulun əcdadları və nəsilləri

(1Saln. 8:29-38)

Sətir 234 ⟶ 224:

== 10 ==
Şaulla oğullarının ölümü

Şaulla oğullarının ölümü
(1Şam. 31:1-13)

Sətir 245 ⟶ 234:

== 11 ==
Davudun taxta çıxması

Davudun taxta çıxması
(2Şam. 5:1-10)

Sətir 255 ⟶ 243:
4<ref>Yeşua 15:63; Hak. 1:21</ref> Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. 5 Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 6 Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. 7 Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. 8 O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. 9 Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.

Davudun igid döyüşçüləri

(2Şam. 23:8-39)

Sətir 269 ⟶ 257:

== 12 ==

Davuda qoşulan döyüşçülər

Sətir 294 ⟶ 281:

== 13 ==
Davud Əhd sandığını Qiryat-Yearimdən köçürür

Davud Əhd sandığını Qiryat-Yearimdən köçürür
(2Şam. 6:1-11)

Sətir 305 ⟶ 291:

== 14 ==
Davudun Yerusəlimdə padşahlıq etməsi

Davudun Yerusəlimdə padşahlıq etməsi
(2Şam. 5:11-16)

Sətir 313 ⟶ 298:
3 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. 4 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 5 İvxar, Elişua, Elpelet, 6 Noqah, Nefeq, Yafia, 7 Elişama, Beelyada və Elifelet.

İki döyüşdə Filiştlilər üzərində qələbə

(2Şam. 5:17-25)

Sətir 323 ⟶ 308:

== 15 ==
Allahın sandığını Yerusəlimə gətirmək üçün hazırlıq görülür

1 Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu. 2<ref>Qanun. 10:8</ref> Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi». 3 Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı. 4 Davud Harunun nəslindən olan adamları və Levililəri topladı: 5 Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu; 6 Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu; 7 Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu; 8 Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu; 9 Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu; 10 Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu. 11 Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb 12 onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın. 13 Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».

Sətir 330 ⟶ 316:
16 Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. 17 Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, 18 onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. 19 İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər, 20 Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, 21 Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. 22 Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; 23 Berekya və Elqana sandığın yanında qapıçı idi; 24 kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.

Allahın sandığı Yerusəlimə gətirilir

(2Şam. 6:12-22)

Sətir 338 ⟶ 324:

== 16 ==

1 Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. 2 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. 3 O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.

4 Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. 5 Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, 6 Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. 7 O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.

Allaha həsr olunan məzmur

(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)

Sətir 422 ⟶ 407:

== 17 ==
Allahın Davuda vədi

Allahın Davuda vədi
(2Şam. 7:1-17)

Sətir 430 ⟶ 414:
3 Lakin gecə Natana Allahın bu sözü nazil oldu: 4 «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən, 5 çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim. 6 Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?” 7 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim. 8 Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 9 Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq. 10 Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. 11<ref>Zəb. 132:11; Həv. 2:30</ref> Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 12 O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. 13<ref>2Şam. 7:14; 2Kor. 6:18; İbr. 1:5; Vəhy 21:7</ref> Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. 14 Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”». 15 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

Davudun duası

(2Şam. 7:18-29)

Sətir 438 ⟶ 422:

== 18 ==
Davudun qələbələri

Davudun qələbələri
(2Şam. 8:1-18)

Sətir 457 ⟶ 440:

== 19 ==
Ammonlular və Aramlılar üzərində qələbə

Ammonlular və Aramlılar üzərində qələbə
(2Şam. 10:1-19)

Sətir 470 ⟶ 452:

== 20 ==
Ammonluların darmadağın edilməsi

Ammonluların darmadağın edilməsi
(2Şam. 11:1; 12:26-31)

1<ref>2Şam. 11:1</ref> Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. 2 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 3 O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.

İsraillilərin Filiştli nəhənglərə qarşı döyüşü

(2Şam. 21:15-22)

Sətir 482 ⟶ 463:

== 21 ==
Davudun xalqı siyahıya alması

Davudun xalqı siyahıya alması
(2Şam. 24:1-25)

Sətir 499 ⟶ 479:

== 22 ==

1 Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».

Sətir 513 ⟶ 492:

== 23 ==

1<ref>1Pad. 1:1-40</ref> Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.

Sətir 530 ⟶ 508:
== 24 ==
Kahinlər və onların xidmət qaydaları

1 Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. 2<ref>Lev. 10:1-2</ref> Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. 3 Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. 4 Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. 5 Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi. 6 Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.

Sətir 539 ⟶ 518:

== 25 ==

Məbəddə olan musiqiçilər

Sətir 547 ⟶ 525:

== 26 ==

Məbədin qapıçıları

Sətir 561 ⟶ 538:

== 27 ==

Qoşun başçılarının aylıq növbələri

Sətir 579 ⟶ 555:

== 28 ==

Məbədin tikilişi barədə Davudun son məsləhətləri

Sətir 595 ⟶ 570:
== 29 ==

Məbədə gətirilən nəzirlər

Sətir 621 ⟶ 595:
{{İstinadlar|4}}

[[Kateqoriya:Bibliya|Birinci Salnamələr Kitabı]]