Bibliya/Haqqay Peyğəmbərin Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 15:
}}
 
«Haqqay» Kitabı miladdan əvvəl 520-ci ildə Haqqay peyğəmbər vasitəsilə Rəbdən gələn qısa vəhylərdir. Bu kitab «Ezra», «Nehemya» və «Zəkəriyyə» Kitabları ilə sıx əlaqəlidir. Kitabdakı hadisələrin tarixi dəqiq məlumdur. Sürgündən qayıdan İsrail xalqı bir neçə il idi ki, Yerusəlimdə yaşayırdı. Lakin məbəd hələ də xarabalıq vəziyyətində qalırdı. Bu vəhy vasitəsilə Rəbb xalqını məbədi bərpa etməyə çağırırdı.
 
Rəbb paklanmış, yeniləşmiş xalqa firavanlıq və sülh olan bir gələcək vəd verir.
 
Sətir 23 ⟶ 24:
 
== 1 ==
Rəbb Yerusəlimdəki məbədinin bərpası haqqında əmr verir
 
1<ref>Ezr. 5:1; 6:14</ref> Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində<ref>Miladdan əvvəl 29 avqust 520-ci il.</ref> Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2 «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”».
<poem>3 Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu:
Sətir 55 ⟶ 57:
 
== 2 ==
Məbədin bərpasının tərənnümü
 
1 Yeddinci ayın iyirmi birində peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2 «İndi Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə, baş kahin Yehosadaq oğlu Yeşuaya və xalqın sağ qalanlarına belə söylə: 3<ref>Ezr. 3:12</ref> “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?” 4 Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir: 5<ref>Çıx. 29:45-46</ref> “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!”
 
Sətir 74 ⟶ 77:
{{İstinad siyahısı|2}}
 
[[Kateqoriya:Bibliya|Haqqay Peyğəmbərin Kitabı]]