Bibliya/Yəhyanın Nəql Etdiyi Müjdə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 34:
 
== 1 ==
Allah Kəlamı
 
1 Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2 O, başlanğıcda Allahla birlikdə idi. 3 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4 Həyat Onda idi və bu həyat insanların nuru idi. 5 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
 
Sətir 41 ⟶ 42:
14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18 Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan<ref>Və Allah olan – bəzi əlyazmalarda bu sözlər yoxdur.</ref> vahid Oğul Onu tanıtdı.
 
Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)
(Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)
 
19 Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20 o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21<ref>Qanun. 18:15,18; Mal. 4:5</ref> Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22 Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23<ref>Yeş. 40:3</ref> Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi
Sətir 60:
 
== 2 ==
İsa suyu şəraba döndərir
 
1 Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2 İsa ilə şagirdləri də toya çağırılmışdı. 3 Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4 İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5 Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».
Sətir 66:
6 Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü<ref>İki-üç ölçü – hərfi tərcümədə iki-üç metrit, təqribən 80-120 litr.</ref> su tuta bilən altı daş küp var idi. 7 İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8 O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9 Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10 «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
 
11 İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12<ref>Mat. 4:13</ref> Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
 
İsa satıcıları məbəddən qovur
İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46)
 
13<ref>Çıx. 12:1-27</ref> Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14 Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15 İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16 göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17<ref>Zəb. 69:9</ref> Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.
 
Sətir 129 ⟶ 130:
31 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33<ref>Yəh. 1:19-27; 3:27-30</ref> Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37<ref>Mat. 3:17; Mark 1:11; Luka 3:22</ref> Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
 
41 İnsanlardan izzət qəbul etmirəm. 42 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»
 
== 6 ==
İsa beş min nəfəri doydurur (Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17)
(Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17)
 
1 Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. 2 Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. 3 İsa dağa çıxıb şagirdləri ilə oturdu. 4 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.
Sətir 138 ⟶ 139:
5 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» 6 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. 7 Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq<ref>Yüz dinarlıq – bir dinar fəhlənin bir günlük maaşına bərabər idi.</ref> çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». 8 Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: 9 «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» 10 İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. 11 O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara<ref>Oturanlara – bəzi əlyazmalarda şagirdlərə, şagirdlər də oturanlara.</ref> – hər kəsə istədiyi qədər payladı. 12 Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». 13 Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. 14 O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. 15 İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
 
İsa suyun üstü ilə yeriyir (Mat. 14:22-33; Mark 6:45-52)
(Mat. 14:22-33; Mark 6:45-52)
 
16 Axşam çatanda İsanın şagirdləri gölə enib 17 bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi. 18 Güclü külək əsdiyindən göl dalğalanırdı. 19 Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi<ref>İyirmi beş ya otuz stadi – təqribən 5-6 km.</ref> gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, 20 amma İsa onlara «Mənəm, qorxmayın» dedi. 21 Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
Sətir 191:
 
== 8 ==
 
1 Lakin İsa Zeytun dağına getdi. 2 Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. 3 İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb 4 İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. 5<ref>Lev. 20:10; Qanun. 22:22-24</ref> Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» 6 Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. 7 Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». 8 Sonra yenə əyilib yerə yazı yazdı. 9 Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. 10 İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» 11 Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».<ref>Ən qədim yunan əlyazmalarında bu ayələr yoxdur.</ref>
 
Sətir 262 ⟶ 261:
45 Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46 Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.
 
Fariseylərin İsanı öldürmək niyyətləri (Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)
(Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)
 
47 Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 48 Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 49 Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 50 Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün<ref>Sizin üçün – bəzi əlyazmalarda bizim üçün.</ref> daha yaxşıdır?» 51 O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 52 təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 53 Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.
Sətir 273 ⟶ 271:
== 12 ==
 
Məryəmin İsaya hədiyyəsi (Mat. 26:6-13; Mark 14:3-9)
(Mat. 26:6-13; Mark 14:3-9)
 
1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3<ref>Luka 7:37-38</ref> Məryəm isə bir litra<ref>Bir litra – təqribən 300 qr.</ref> çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8<ref>Qanun. 15:11</ref> Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
Sətir 280 ⟶ 277:
9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
 
İsanın Yerusəlimə daxil olması (Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)
(Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)
 
12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13<ref>Zəb. 118:25-26</ref> xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar
Sətir 326 ⟶ 322:
18<ref>Zəb. 41:9</ref> Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 19 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm. 20<ref>Mat. 10:40; Mark 9:37; Luka 9:48; 10:16</ref> Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
 
Yəhudanın xəyanəti (Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)
(Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)
 
21 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 23 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 24 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 25 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 26 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 27 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 28 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 29 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 30 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
Sətir 335 ⟶ 330:
31 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33<ref>Yəh. 7:34</ref> Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34<ref>Yəh. 15:12,17; 1Yəh. 3:23; 2Yəh. 5</ref> Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
 
Peterin inkarı barədə peyğəmbərlik (Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)
(Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)
 
36 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.
Sətir 356 ⟶ 350:
 
== 15 ==
Meynə və budaqlar
 
1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 4 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 6 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 8 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 9 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 10 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
 
Sətir 368 ⟶ 363:
 
== 16 ==
1 Büdrəməyəsiniz deyə bunları sizə söylədim. 2 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. 3 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. 4 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.
 
Müqəddəs Ruhun işi
 
1 Büdrəməyəsiniz deyə bunları sizə söylədim. 2 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. 3 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. 4 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.
Müqəddəs Ruhun işi
Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. 5 İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. 6 Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. 7 Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. 8 O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: 9 günah barədə, çünki Mənə iman etmirlər; 10 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 11 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.
12 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 13 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. 14 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. 15 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. 16 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».<ref>Görəcəksiniz – bəzi əlyazmalarda görəcəksiniz. Çünki Atanın yanına gedirəm.</ref>
Sətir 392 ⟶ 388:
 
== 18 ==
İsanın həbs olunması (Mat. 26:47-56; Mark 14:43-50; Luka 22:55-57)
(Mat. 26:47-56; Mark 14:43-50; Luka 22:55-57)
 
1 İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. 2 Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. 3 Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. 4 İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 5 Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. 6 İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. 7 Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. 8 İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 9 Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. 10 Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 11<ref>Mat. 26:39; Mark 14:36; Luka 22:42</ref> Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı<ref>Kasa – İsanın çarmıxdakı ölümünün rəmzi.</ref> içməyimmi?»
Sətir 399 ⟶ 394:
12 Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. 13 Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 14<ref> Yəh. 11:49-50</ref> Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi.
 
Peterin ilk inkarı (Mat. 26:69-70; Mark 14:66-68; Luka 22:55-57)
(Mat. 26:69-70; Mark 14:66-68; Luka 22:55-57)
 
15 Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 16 Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 17 Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. 18 Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi.
 
Baş kahinin yanında sorğu-sual (Mat. 26:59-66; Mark 14:55-64; Luka 22:66-71)
(Mat. 26:59-66; Mark 14:55-64; Luka 22:66-71)
 
19 O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. 20 İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. 21 Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». 22 İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. 23 İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» 24 Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.
 
Peterin ikinci və üçüncü inkarı (Mat. 26:71-75; Mark 14:69-72; Luka 22:58-62)
 
(Mat. 26:71-75; Mark 14:69-72; Luka 22:58-62)
25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 26 Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 27 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
 
İsa vali Pilatın önündə (Mat. 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25)
25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 26 Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 27 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
İsa vali Pilatın önündə
(Mat. 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25)
 
28 Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. 29 Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» 30 Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 31 Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». 32<ref>Yəh. 3:14; 12:32</ref> Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin.
Sətir 431 ⟶ 423:
13 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 14 Pasxaya hazırlıq günü idi. Altıncı saat<ref>Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.</ref> radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 15 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi.
 
İsanın çarmıxa çəkilməsi (Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)
(Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)
 
Əsgərlər İsanı götürüb apardılar. 17 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 18 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 19 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 20 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 21 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 22 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».
Sətir 444 ⟶ 435:
25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 26 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 27 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
 
İsanın ölümü (Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)
(Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)
 
28<ref>Zəb. 22:15; 69:21</ref> Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
Sətir 451 ⟶ 441:
31 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36<ref>Çıx. 12:46, Say. 9:12, Zəb. 34:20</ref> Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37<ref>Zək. 12:10; Vəhy 1:7</ref> Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
 
İsanın dəfni (Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)
(Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)
 
38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 39<ref>Yəh. 3:1-2</ref> Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya<ref>Yüz litra – təqribən 30 kq.</ref> qədər qarışıq mirra və əzvay gətirdi. 40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 41 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 42 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.
 
== 20 ==
İsanın dirilməsi (Mat. 28:1-8; Mark 16:1-8; Luka 24:1-12)
(Mat. 28:1-8; Mark 16:1-8; Luka 24:1-12)
 
1 Həftənin ilk günü<ref>Həftənin ilk günü – yəni bazar günü.</ref> tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. 2 Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». 3 Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. 4 İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 5 Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. 6 O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri 7 və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 8 Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. 9 Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. 10 Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
 
İsanın Məcdəlli Məryəmə görünməsi (Mat. 28:9-10; Mark 16:9-11)
(Mat. 28:9-10; Mark 16:9-11)
 
11 Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. 12 Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. 13 Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». 14 Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. 15 İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 16 İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. 17 İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». 18 Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
 
İsanın şagirdlərinə görünməsi (Mat. 28:16-20; Mark 16:14-18; Luka 24:36-49)
(Mat. 28:16-20; Mark 16:14-18; Luka 24:36-49)
 
19 O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 20 Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 21 İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 22 Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 23<ref>Mat. 16:19; 18:18</ref> Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
Sətir 496 ⟶ 482:
 
== Qeydlər ==
<small>{{İstinad siyahısı|4}}</small>
 
[[Kateqoriya:Bibliya|Yəhyanın Nəql Etdiyi Müjdə]]