Bibliya/Birinci Salnamələr Kitabı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 29:

== 1 ==
Adəm və onun nəsilləri
(Yar. 5:1-32)
(Yar. 5:1-32)

1 Adəm, Şet, Enoş, 2 Qenan, Mahalalel, Yered, 3 Xanok, Metuşelah, Lemek, 4 Nuh, Sam, Ham və Yafəs.

Nuhun nəsilləri
(Yar. 10:1-32; 11:10-26)
(Yar. 10:1-32; 11:10-26)

5 Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. 6 Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 7 Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.
Sətir 45 ⟶ 43:
24 Sam, Arpakşad, Şelah, 25 Ever, Peleq, Reu, 26 Seruq, Naxor, Terah, 27 İbram, yəni İbrahim.

İbrahimin nəsilləri
(Yar. 25:12-16; 36:1-19)
(Yar. 25:12-16; 36:1-19)

28 İbrahimin oğulları: İshaq və İsmail. 29 Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam, 30 Mişma, Duma, Massa, Xadad, Tema, 31 Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır.
Sətir 54 ⟶ 51:
34 İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. 35 Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. 36 Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. 37 Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.

Seirin nəsilləri
(Yar. 36:20-30)
(Yar. 36:20-30)

38 Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. 39 Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. 40 Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. 41 Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. 42 Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.

Edomun padşahları və başçıları
(Yar. 36:31-43)
(Yar. 36:31-43)

43 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi. 44 Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 45 Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 46 Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. 47 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 48 Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 49 Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 50 Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
Sətir 218 ⟶ 213:
33 Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi. 34 Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.

Padşah Şaulun əcdadları və nəsilləri
(1Saln. 8:29-38)
(1Saln. 8:29-38)

35 Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. 36 İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav, 37 Qedor, Axyo, Zəkəriyyə və Miqlot. 38 Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar. 39 Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. 40 Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. 41 Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz. 42 Axazdan Yehoadda<ref>Yehoadda – ibrani mətnində Yara, 1Saln. 8:36 görə Yehoadda yazılır.</ref> törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. 43 Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. 44 Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.

== 10 ==
Şaulla oğullarının ölümü
(1Şam. 31:1-13)
(1Şam. 31:1-13)

1 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı. 2 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. 3 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar. 4 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. 5 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. 6 Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü. 7 Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı.
Sətir 234 ⟶ 227:

== 11 ==
Davudun taxta çıxması
(2Şam. 5:1-10)
(2Şam. 5:1-10)

1 Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 2 Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». 3 İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
Sətir 243 ⟶ 235:
4<ref>Yeşua 15:63; Hak. 1:21</ref> Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. 5 Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 6 Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. 7 Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. 8 O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. 9 Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.

Davudun igid döyüşçüləri
(2Şam. 23:8-39)
(2Şam. 23:8-39)

10 Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. 11 Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. 12 Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. 13 Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. 14 Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.
Sətir 281 ⟶ 272:

== 13 ==
Davud Əhd sandığını Qiryat-Yearimdən köçürür
(2Şam. 6:1-11)
(2Şam. 6:1-11)

1 Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi. 2 O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar. 3 Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq». 4 Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.
Sətir 291 ⟶ 281:

== 14 ==
Davudun Yerusəlimdə padşahlıq etməsi
(2Şam. 5:11-16)
(2Şam. 5:11-16)

1 Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi. 2 Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.
Sətir 298 ⟶ 287:
3 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. 4 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 5 İvxar, Elişua, Elpelet, 6 Noqah, Nefeq, Yafia, 7 Elişama, Beelyada və Elifelet.

İki döyüşdə Filiştlilər üzərində qələbə
(2Şam. 5:17-25)
(2Şam. 5:17-25)

8 Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı. 9 Filiştlilər gəlib Refaim vadisini talayırdılar. 10 Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».
Sətir 316 ⟶ 304:
16 Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. 17 Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, 18 onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. 19 İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər, 20 Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, 21 Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. 22 Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; 23 Berekya və Elqana sandığın yanında qapıçı idi; 24 kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.

Allahın sandığı Yerusəlimə gətirilir
(2Şam. 6:12-22)
(2Şam. 6:12-22)

25 Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər. 26 Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi. 27 Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi. 28 Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.
Sətir 328 ⟶ 315:
4 Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. 5 Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, 6 Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. 7 O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.

Allaha həsr olunan məzmur
(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)
(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)

<poem>8<ref>Zəb. 105:1; Yeş. 12:4</ref> «Rəbbə şükür edin, ismini səsləyin,
Sətir 407 ⟶ 393:

== 17 ==
Allahın Davuda vədi
(2Şam. 7:1-17)
(2Şam. 7:1-17)

1 Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». 2 Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir».
Sətir 414 ⟶ 399:
3 Lakin gecə Natana Allahın bu sözü nazil oldu: 4 «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən, 5 çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim. 6 Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?” 7 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim. 8 Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 9 Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq. 10 Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. 11<ref>Zəb. 132:11; Həv. 2:30</ref> Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 12 O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. 13<ref>2Şam. 7:14; 2Kor. 6:18; İbr. 1:5; Vəhy 21:7</ref> Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. 14 Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”». 15 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

Davudun duası
(2Şam. 7:18-29)
(2Şam. 7:18-29)

16 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? 17 Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah! 18 Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan. 19 Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən. 20 Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. 21 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın. 22 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
Sətir 422 ⟶ 406:

== 18 ==
Davudun qələbələri
(2Şam. 8:1-18)
(2Şam. 8:1-18)

1 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı. 2 O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər.
Sətir 440 ⟶ 423:

== 19 ==
Ammonlular və Aramlılar üzərində qələbə
(2Şam. 10:1-19)
(2Şam. 10:1-19)

1 Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu. 2 Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə 3 Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər». 4 Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 5 Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
Sətir 452 ⟶ 434:

== 20 ==
Ammonluların darmadağın edilməsi
(2Şam. 11:1; 12:26-31)
(2Şam. 11:1; 12:26-31)

1<ref>2Şam. 11:1</ref> Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. 2 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 3 O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.

İsraillilərin Filiştli nəhənglərə qarşı döyüşü
(2Şam. 21:15-22)
(2Şam. 21:15-22)

4 Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından<ref>Rafa övladları – nəhəng adamlar.</ref> Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu. 5<ref>1Şam. 17:4-7</ref> Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 6 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 7 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 8 Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

== 21 ==
Davudun xalqı siyahıya alması
(2Şam. 24:1-25)
(2Şam. 24:1-25)

1 Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. 2 Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». 3 Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» 4 Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. 5 O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. 6 Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.