Bibliya/Markın Nəql Etdiyi Müjdə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 370:
18<ref>Qanun. 25:5; Həv. 23:8</ref> Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 19 «Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 20 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü. 21 Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də, 22 hətta yeddincisinə qədər belə etdi,<ref>Belə etdi – bəzi əlyazmalarda bu arvadla evləndi.</ref> amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. 23 Qiyamət günündə,<ref>Qiyamət günündə – hərfi tərcümədə Dirilmədə.</ref> ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
 
24 İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi? 25 İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 26<ref></ref> Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı? 27 Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».
 
Əmrlərin ən əsası (Mat. 22:34-40; Luka 10:25-28)