Cavad xanın Sisianova məktubu: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 21:
Bir də yazırsan ki, guya əvvəllər mən Gürcüstan tabeliyində olmuşam. Padşahın fərmanı indi də əlimdədir. Bax, gör, orada mən necə adlanıram: Gəncə bəylərbəyi, yaxud Gürcüstan vassalı? Buradan aydın olur ki, sözlərin tam yalandır.
 
Bundan başqa, Gəncəni sənin padşahına verəndə Iranİran şahı Xorasanda idi və əlim ona çatmadığı üçün mən də böyük müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim. Indi isə Allaha şükür, Iran şahı yaxınlıqdadır, onun göndərdiyi baş komandan artıq burdadır. Əsgərlər də gəlirlər…
 
Müharibə etmək niyyətindəsənsə, mən hazır! Əgər öz toplarınla öyünürsənsə, mənimkilər ondan heç də geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3 – 4 arşındır, uğur isə allahın əlindədir. Haradan bilirsən ki, döyüşçüləriniz Iran əsgərlərindən qoçaqdırlar? Siz yalnız öz savaşınızı görmüsüz, iranlıların hünərindən isə xəbərsizsiz. Mənə müharibəyə hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən müharibəyə hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. Hədələyirsən ki, təklifini qəbul etməsəm, bəlaya düçar olaram. Əslində bədbəxtlik səni Peterburqdan izləyə – izləyə bura çəkib gətirib. Bunu zaman, bir də savaş göstərəcək".