Düşmüşəm (Aşıq Ələsgər): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Düşmüşəm | müəllif = Aşıq Ələsgər | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
(Fərq yoxdur)

15:24, 10 iyun 2016 tarixindəki versiya

Düşmüşəm
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Hərcayının, dilbilməzin ucundan
Dönə-dönə nə ziyana düşmüşəm.
Doymaq olmaz gözəllərin boyundan,
Pərvanə tək yana-yana düşmüşəm.

Dövlətim çox oldu, qıymadım pula,
Kor oldu gözlərim, yapışdım dula.
Nə ölür, nə itir, canım qurtula,
Məcnun kimi biyabana düşmüşəm.

Ələsgərəm, incimişəm yarımdan,
Aləm yatmaz mənim ahü zarımdan.
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmirəm, qana düşmüşəm.