Vikimənbə:Günün mətni/iyul 20: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni ''''Hayıf ki, yoxdur!'''<br /> ''Molla Pənah Vaqif'' <div style="text-align: left; font-size: 90%"> <poem>Kür qırağının əcəb seyr...' ilə yarat
(Fərq yoxdur)

05:42, 21 iyul 2016 tarixindəki versiya

Hayıf ki, yoxdur!
Molla Pənah Vaqif

Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!

Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!