Sehirli barmaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: == '''Sehirli barmaq''' == == '''Roald Dahl''' == Qonşuluğumuzdakı fermanın sahibi Qreq ailəsidir. Onların iki oğulları var. Onların adları Filip və Viliyamdı....
(Fərq yoxdur)

17:45, 30 iyun 2009 tarixindəki versiya

Sehirli barmaq

Roald Dahl

Qonşuluğumuzdakı fermanın sahibi Qreq ailəsidir. Onların iki oğulları var. Onların adları Filip və Viliyamdı. Bəzən mən onlarla oynamaq üçün fermalarına gedirəm. Mən 8 yaşında bir qızam. Filipin də 8 yaşı var. Vilyam isə bizdən 3 yaş böyükdür. O, 10 yaşındadır. Nə? Yaxşı, onun 11 yaşı var. Keçən həftə Qreq ailəsinin başına məzəli bir əhvalat gəldi. Mən indi sizə bu hadisəni ətraflı danışacağam. Cənab Qreqin və oğlanları hər şeydən çox ov etməyi xoşlayırdılar. Hər şənbə səhər onlar tüfənglərini götürüb meşəyə heyvan və ya quş ovlamağa gedirdilər. Hətta 8 yaşlı Filipin belə öz tüfəngi var idi. Mən ovçuluğu heç xoşlamırdım. Sadəcə buna dözə bilmirdim. Məncə, kişilərin və oğlanların əyləncə naminə ov etməsi düzgün deyil. Beləliklə, mən Filiplə Vilyamı bu yoldan döndərməyə çalışdım. Hər dəfə fermaya gedəndə onlarla bu yoldan daşındırmağa çalışırdım, onlarsa sadəcə mənə gülürdülər. Hətta bir dəfə mən canab Qreqə də bir neçə kəlmə dedim, lakin o sanki mən orada yoxam kimi yanımdan ötüb keçdi. Sonra bir şənbə günü səhər tezdən mən Filip və Vilyamı ataları ilə birgə meşədən gələrkən gördüm. Onların əlində cavan, sevimli bir maral var idi. Bu mənə o qədər pis təsir etdi ki, mən onlara tərəf qışqırmağa başladım. Oğlanlar mənə güldülər və üzlərini cürbəcür mimikalara saldılar. Cənab Qreq isə mənə evə getməyi və öz işimlə məşğul olmağı tapşırdı. Bəli, elə bu da bütün hadisələrin səbəbi oldu. Mən qırmızını gödüm. Mən özümün qarşısını alana kimi, bir daha etməyəcəyim bir işi etdim.

Mən Sehirli barmağımı  onların üzərinə toxundurdum.

Bəli, bəli, əzizim! Mənim sehirli barmağım hətta orada olmayan xanım Qreqə də tuş gəldi. O, bütün Qreq ailəsinə toxundu. Bir neçə ay idi ki, öz-özümə bir daha sehirli bamağımın kiməsə toxunmasına yol verməyəcəyimi söyləyirdim. Hər halda, müəlliməm qoca Vinter xanımın başına gələnlərdən sonra mən bu qərara gəlmişdim. Yazıq qoca müəlliməm! Bir gün dərsdə o bizə sözləri hərf-hərf söyləməyi öyrədirdi. − Qalx ayağa, − o mənə söylədi− “Cat”1 sözünü hərf-hərf de”. − Bu çox asandır− mən dedim − “K-A-T”. − Sən axmaq balaca qızsan − Xanım Vinter cavabında dedi. − Mən axmaq balaca qız deyiləm” −mən qışqırdım− Mən çox yaxşı balaca qızam − Küncə get və orada dur! − müəlliməm mənə qışqırdı. Sonra mən kədərləndim və qırmızını gördüm. Beləliklə, sehirli barmağımı Xanım Vinterin üzərinə toxundurdum. ......... Sizcə nə baş verdi? Bığlar onun sifətində yetişib böyüməyə başladı.Qara uzun bığlar idi, belələrini ancaq pişikdə görmək olar. Ancaq müəlliməmin bığları daha uzun idi. Necə də sürətlə böyüyürdülər! Biz fikirləşməyə macal tapmamış, bığlar onun qulaqlarından bayıra uzandılar. Əlbəttə ki, bütün sinif gülüş, qəhqəhə içərisində idi. Bu vaxt xanım Vinter dedi: −Zəhmət olmasa, deyin görüm, nəyə belə gülürsünüz? − və lövhəyə tərəf dönub nəsə yazmaq istəyəndə biz onun uzanmış quyruğunu da gördük. Bu nəhəng tüklü quyruq idi! Bundan sonra nələr baş verdiyini söyləyə bilməyəcəyəm. Lakin əgər sizlərdən birinizi xanım Vinterin halının yaxşı olub-olmaması narahat edirsə, cavab: “Yox”dur. Heç vaxt da olmayacaq! Sehirli barmaq mənim bütün həyatım boyu malik olduğum bir sehrdi. Mən deyə bilməyəcəyəm bunu necə edirəm, çünki heç özüm də bilmirəm. Lakin bu həmişə mən kədərli olanda və qırmızını görəndə baş verir.........Sonra məni başdan-ayağa isti bürüyür........ Sağ əlimin şəhadət barmağının ucu dəhşətli dərəcədə sancır..........

                         1cat- ingilis dilində pişik deməkdir
Birdən işığa bənzər, elektrik cərəyanına oxşar nəsə daxilimdən bayıra sıçrayır və məni kədərləndirən insana toxunur. Bu andan etibarən isə hadisələr baş verir. 

İndi də mənim bu barmağım bütün Qreq ailəsinin üzərində idi. Bunu geriyə döndərməyin də bir yolu yox idi. Mən evə qaçdım, baş verəcək hadisələri gözləməyi qərara aldım. Çox gözləyəsi olmadım. Hadisələr çox tez başladi. Nələr olduğunu sizə nəql edəcəyəm. Bütün yaşanılanları ertəsi gün Filiplə Vilyam mənə söylədilər. Sehirli barmağım Qreq ailəsinə toxunduğu gün günorta vaxtı Cənab Qreq, Filip və Vilyam yenə də ov etməyə getdilər. Bu dəfə onlar vəhşi ördəkləri ovlamaq üçün gölə tərəf yollandılar. 1 saat ərzində onlar on quş ovlamışdılar. Növbəti saatda altı quş da əlavə olundu. − Nə gözəl gündür! −Cənab Qreq dedi, −Bu hələ ki ən gözəl gündür. − O sevinc hissləri ilə alışıb yanırdı. Bu zaman 4 vəhşi ördək onların başı üstündən uçdu. Onlar şox alçaqdan uçurdular. Onları tüfənglə vurmaq çox asan bir iş idi. “Part”, “Part” tüfənglər açıldı. Ördəklər uçmaqda davam edirdilər. −Buraxdıq−Cənab Qreq dedi, −Bu gülməlidir! Sonra 4 ördəyin dövrə vuraraq yenidən tüfənglərə doğru uçması hamını heyrətləndi. − Ey! − Cənab Qreq heyrətlə soruşdu, −Bunlar nə edirlər belə? Onlar özləri bizdən onları vurmağı xahiş edirlər. − O yenidən atəş açdı. Oğlanlar da ona qoşuldular. Bir daha güllələr boşa çıxdı. Cənab Qreq qızardı: −Bu işığa görədir. Hava qaranlıqlaşır, görmək çətinləşir, gəlin evə gedək. Beləliklə, onlar evə yollandılar. Onların əllərində əvvəl vurduqları 16 ördək var idi. Lakin 4 ördək onları tək buraxmayacaqdı. Onlar ovçuların ətrafında uçmaqda davam edirdilər. Bu Cənab Qreqin xoşuna gəlmədi. “Əl çəkin” o qışqırdı və ördəklərə bir neçə dəfə atəş açdı. Lakin bunun heç bir xeyri olmadı. O belə bir asan vəziyyətdə onları vura bilmədi. Bütün yol boyu bu dörd ördək səmada onların başı üstündə süzürdülər və heç bir şey onları bu yoldan döndərə bilməzdi. Gecə Filip və Vilyam yatandan sonra, Cənab Qreq otaq üçün odun gətirmək üçün bayıra çıxdı. O, həyəti keçəndə birdən səmada vəhşi ördəklərin səsini eşitdi. O dayanaraq göyə baxdı. Gecə çox səssiz idi. Təpələrin başında, ağacların üzərində sarı rəngli bədrlənmiş ay görsənirdi. Səma ulduzlarla bəzənmişdi. Sonra Qreq başının yanında alçaqdan uçan qanad səslərini duydu. O, dörd ördəyi gördü. Qaranlıq səmadan belə qara olan ördəklər yaxınlıqda uçuşurdular. Evin ətrafında dövrə vururdular. Cənab Qreq odun barədə unudaraq evə tələsdi. O indi artıq dərəcədə qorxmuşdu. Onun baş verənlərdən heç xoşu gəlmirdi, lakin o bu barədə həyat yoldaşına bir kəlmə də demədi, yalnız: “Gəl gedək yataq, özümü yorğun hiss edirəm” dedi. Beləliklə, onlar yatmağa getdilər. Səhər tezdən Cənab Qreq hamıdan erkən oyandı. O gözlərini açdı. Saatı bilmək üçün saatına baxmaq istədi. Lakin onun əli tərpənmədi. −Gülməlidir − o dedi, − Hanı mənim əlim? O nə baş verdiyindən narahat olaraq səssiz uzandı. Bəlkə o əlini hardasa əzmişdi. O digər əlini tərpətməyə çalışdı. Bu da tərpənmədi, o yatağında oturdu. Sonra ilk dəfə olaraq ö özünü gördü. O çığıraraq çarpayıdan tullandı. Xanım Qreq yuxudan oyandı və Cənab Qreqi yerdə görərək çığırdı. O indi bapbalaca adam idi. Onun hündürlüyü stulun oturacağına bəlkə çatardı, amma bundan hündür olmazdı. Qolları olmalı olan yerdə isə indi bir cüt qanad var idi. − A aaa,am ....ma... əzizim −qızarmış Xanım Qreq qışqırdı, − Sənə nə olub? − Mənə yox, yəqin ki demək istəyirsən, bizə nə olub? − Cənab Qreq də ona qoşuldu. İndi Xanım Qreqin çarpayıdan tullanmaq vaxtı idi. O qaçaraq güzgüdə özünə baxdı. O hətta cənaq Qreqdən də balaca idi, qolları əvəzinə qanadları vardı. − Ay aman, ay aman − Xanım Qreq zar-zar ağladı. − Bu cadugərlərin işidir! − Cənab Qreq qışqırdı. Onların hər ikisi qanad çalaraq otaqda qaçmağa başladılar. 1 dəqiqə sonra Filip və Vilyam qəflətən içəriyə soxuldular. Onların da başına həmin iş gəlmişdi. Onların da qanadları vardı və onlar doğrudan da çox balaca idilər. Onlar birəbitdən quşu böyüklüyündə idilər. − Ana! Ana! Ana!...... −Filip cikkildədi, − Bax, anacan, biz uça bilirik. − Onlar tavana uçdular. − Dərhal aşağı enin –Xanım Qreq dedi – Siz çox hündürdəsiniz. − Lakin o başqa bir söz deməyə macal tapmadı. Vilyam və Filip pəncərədən bayıra uçdular. Xanım və Cənab Qreq pəncərəyə tərəf tələsdilər və bayıra boylandılar. İki azyaşlı oğlan uşaqları indi çox uzaqda göylərdə uçurdular. Sonra Xanım Qreq yoldaşına dedi: − Səncə, biz də bunu edə bilərik, əzizim? − Niyə də yox. Gəl, cəhd edək − Cənab Qreq cavab verdi. Cənab Qreq qanadlarını çaldı, bir azdan o artıq səmada idi. Xanımı da ona qoşuldu. − Kömək!− o yuxarı qalxdıqca qışqırdı. −Xilas edin məni! − Gəl, əzizim, qorxma. − Cənab Qreq dedi. Beləliklə, onlar səmada, çox-çox uzaqlarda uçurdular. Filip və Vilyama çatmaqları çox uzun çəkmədi. Tezliklə bütün ailə birgə səmada dövrə vururdular. − Oy, necə də gözəldir, elə deyilmi!−Vilyam dedi, − Mən həmişə quşların hansı hisslər yaşadığını bilmək istəyirdim. − Qanadların yorulmayıb ki, əzizim. −Cənab Qreq soruşdu. − Heç də yox! Mən belə ömürlük qala bilərəm. –Xanım Qreq cavab verdi. − Ey, aşağıya baxın! Kimsə bağımızda gəzir! − Filip dedi. Onlar hamısı aşağıya baxdılar. Aşağıda, öz doğma bağlarında 4 nəhəng vəhşi ördək gördülər. Ördəklər insan kimi böyük idilər, bundan əlavə onların qanad əvəzinə insan kimi uzun qolları var idi. Ördəklər cərgə ilə Qreqlərin evlərinə doğru hərəkət edirdilər. Onlar əllərini yellədərək, dimdikələrini üzü göyə tutmuşdular. − Dayanın − balaca Cənab Qreq aşağı süzərək onları səslədi, − Çıxın gedin buradan! O mənim evimdir! Ördəklər göyə baxıb qağıldadılar. Birinci ördək əliylə qapını açıb evə daxil oldu. Digərləri də onun ardınca yollandılar. Qapı bağlandı. Qreqlər aşağıya enib qapının yanındakı divara qondular. Xanım Qreq ağlamağa başladı. − Oy, əzizim, əzizim −o dərin bir ah çəkdi, −Onlar evimizi əlimizdən aldılar. İndi biz nə edəcik, Getməyə bir yerimiz yoxdur! Hətta indi oğlanları da bir azca ağlamsındılar. − Gecə bizi pişik və tülkülər yeyəcəklər! − Filip dedi. − Mən öz yatağımda yatmaq istəyirəm − Vilaym da ona qoşuldu. − İndi demək, −Cənab Qreq dedi, − ağlamaq yaxşı deyil. Bunun bizə xeyri olmayacaq! Deyim, nə edəcəyik? − Nəəəəə....ə? − onlar soruşdular Cənab Qreq onlara baxıb gülümsədi: − Biz yuva quracağıq! − Yuva! − onlar bir ağızdan dilləndilər, − Yəni biz bunu edə bilərik? − Biz bunu etməliyik − Cənab Qreq dedi, − Biz haradasa yatmalıyıqş Ardımca gəlin! Onlar uca ağaca tərəf uçdular, onun ən uc budağında Cənab Qreq yuva üçün yer seçdi. − İndi bizə çubuq lazımdı− o dedi, −Çoxlu- çoxlu balaca çubuqlar. Hamınız gedin, çubuq toplayıb bura gətirin. − Axı bizim əlimiz yoxdur? –Filip dedi. −Ağzınızdan istifadə edin. Xanım Qreq və uşaqları uçdular. Tezliklə onlar ağızlarında çubuqlar geri döndülər. Cənab Qreq çubuqlardan yuva tikməyə başladı. − Bir az da.− o dedi, −Mənə bir az da çubuq lazımdı. Siz daşımaqda davam edin. Yuva böyüməyə başladı. Cənab Qreq çubuqları bir yerə toplamaqda mahir idi. Bir müddətdən sonra o dedi: − Daha bəsdir. İndi mənə yarpaqlar və lələklər, bir də içərini yumşaq və rahat etmək üçün bunlar kimi əşyalar lazımdı . Yuvanın tikilməsi davam edirdi. Bu çox uzun çəkdi. Axır ki, yuva hazır oldu. −Gəlin içəri − Cənab Qreq geriyə tullanaraq dedi. O işindən çox razı idi. − Necə də gözəldir! Xanım Qreq içəri girərək ucadan dilləndi, −Elə bil indi yumurtalayacam! Digərləri də onun yanına yerləşdilər. − Necə də istidir bura! Vilyam dedi. − Belə hündürlükdə yaşamaq necə də əyləncəlidir. Biz balaca ola bilərik, amma heç kim bizi incidə bilməz − Bəz yemək necə olsun? –Xanım Qreq soruşdu, − Bütün günü heç nə yeməmişik. − Doğrudur! −Cənab Qreq dedi, − İndi biz evə uçaraq pəncərədən içəri keçəcik, ördəklər görmədən bir qab biskiviti götürəcik. − Bu, bu nəhəng, iyrənc ördəklər bizi dimdikləri ilə param-parça edəcəklər. –Xanım Qreq qışqırdı. − Biz diqqətli olacağıq, əzizim − Cənaq Qreq onu saitləşdirdi və onlar yola düşdülər. Lakin onlar evə çatanda bütün pəncərələri, qapıları bağlı gördülər. İçəriyə yol yox idi. − Siz hələ bu nəhəng ördəyin mənim qazımda yemək bişirməyinə bir baxın! − Xanım Qreq mətbəxin pəncərəsinin yanından keçəndə qışqırdı, − O necə cəsarət edir! − Mənim sevimli tüfəngimi əlində tutana baxın! −Cənab Qreq də ona qoşuldu. − Onlardan biri mənim çarpayımda yatır− yuxarı pəncərədən içəri boylanan Vilyam acıqlandı. − O biri isə mənim elektrik qatarımla oynayır −Filip ağlamsındı. −Ah, əzizim , əzizim! −Xanım Qreq dedi, − Onlar bütünlüklə evimizə sahib oldular. Biz heç vaxt onu geriyə qaytara bilməyəcəyik. Bəs indi biz nə edəyəcik, −Mən soxulcan yeməyəcəyəm. −Filip dedi, − bundansa , ölmək yaxşıdır. − Ya da ki ilbiz −Vilyam dedi. Xanım Qreq iki oğlunu qanadlarının arasına alıb qucaqladı. −Narahat olmayın. − o dedi. −Mən onu elə xırda doğrayacağam ki, siz fərqi hiss etməyəcəksiniz. Xoşunuuza gələcək. Ləzzətli ilbizburqer, dadlı soxulcanburqerler” −Oh, yox − Filip ağladı. −Heç vaxt − Filip dedi. −İyrənc! − Cənaq Qreq dedi − qanadlarımız var deyə, biz quş yeməyi yeməli deyilik. Biz alma yeyə bilərik. Bizim bağımızda ağaclar alma ilə doludurlar. Gəlin! Beləliklə, onlar alma ağacına tərəf uçdular. Lakin almanı əldə tutmadan yemək şox çətin idi. Hər dəfə dişlərini ona batırmağa çalışırsan, almalar hey dala çəkilirlər. Sonda, onlar yalnız bir-iki parça qoparmağa nail oldular. Hava qaralmağa başladı, onlar yuvalarına doğru uçub yatdılar. Təxminən bu vaxt olardı ki, mən evimdə telefon dəstəyini qaldırdım və Filipgilə zəng etməyə çalışdım. Ailənin yaxşı olmasına əmin olmaq istəyirdim. −Salam – mən dedim −kvək –mən dəstəyin o biri tərəfindən eşitdim −Kimdi danışan? −kvək, kvək! −Filip, bu sənsəs? −kvəv, kvək, kvək, kvək! −Bəsdir!− mən qışqırdım. Sonra oradan məzəli bir səs gəldi. Sanki quş gülürdü. Mən dəstəyi dərhal yerə qoydum. −Ay, aman, bu sehirli barmağın işidir! − mən qışqırdım, −O dostlarıma nə edib! Həmən gecə, Cənab və Xanım Qreqlər, Filip və Vilyam hündür yuvada yatmağa çalışarkən güclü külək əsməyə başladı. Ağac bu tərəf o tərəfə tərpənirdi. Cənab Qreq qorxurdu ki, yuva dağılar. Sonra yağış başladı. Yağdı, yağdı, və su yuvaya dolmağa başladı. Onlar başdan ayağa su oldular. Bu pis, çox pis gecə idi. Axır ki, öz qızmar günəşi ilə birgə səhər açıldı. −Əla. ¬−Xanım Qreq dedi, − Allah şükür ki, bu gecə qurtardı. Mən bir daha yuvada yatmaq istəmirəm. O ayağa qalxdı və ətrafına baxdı. −Kömək edin! −O birdən qışqırdı, − Baxın! Oraya baxın! −Nə olub, həyatım? Cənab Qreq dedi. O ayağa qalxaraq Xanımı deyən istiqamətə gözlərini dikdi. O, həyatının ən böyük təəcüblü anını qarşısında görürdü. Aşağıda dörd nəhəng ördək dururdu. İnsan böyüklüynüdə olan ördəklərin üçünün əlində tüfəng var idi. Birində Cənab Qreqin, o birində Filipin, üçüncüsündə isə Vilyamın tüfəngi var idi. Tüfənglər yuxarıya- yuvaya tuşlanmışdılar. −Yox, yox! –Cənab və Xanım Qreq ikisi eyni zamanda dilləndi.

–Atəş  açmayın! Xahiş edirəm, atəş açmayın!

−Niyə də yox? –ördəklərdən biri dedi. Onun əlində tüfəng var idi. Siz həmişə bizə atəş açırsınız. −Aman, amma bu eyni şey deyil –Cənab Qreq dedi, − Bizə ördəklərə atəş aşmağa icazə verilir. −Kim icazə verir?− ördək soruşdu −Biz bir-birimizə icazə veririk! –Qreq dedi − Lap yaxşı! İndi də biz bir-birimizə sizə atəş açmağa icazə verəcik! (Bu an Cənab Qrein üzünü görmək istərdim) −Yox, zəhmət olmasa− Xanım Qreq qışqırdı, −Mənim iki balaca uşağım da burada bizimlədir. Siz mənim körpələrimə atəş açmazsınız. Dünən siz mənim uşağlarımı güllədiniz! Siz mənim bütün altı övladımı güllələdiniz. −Mən bir daha bunu etməyəcəyəm − Cənab Qreq qışqırdı, −Heç vaxt, heç vaxt. −Düz deyirsən?− ördək soruşdu. −Bəli! Mən heç vaxt heç bir ördəyə atəş açmayacağam. Bu kifayət etmir!− ördək dedi, −Bəs maral necə olsun? −Əgər bu tüfəngləri yerə qoysanız deyəcəyiniz hər bir şeyi etməyə hazıram− Cənaq Qreq dedi, − Heç vaxt ördəyə, marala, ya da ki başqa nəyəsə atəş açmayacağam! −Söz verirsiniz? − ördək soruşdu −Əlbəttə! Əlbəttə! −Tüfənglərinizi tullayacaqsınız?− ördək soruşdu −Mən onları kiçik hissəciklərə ayıracağam. Bir də sizin heç vaxt məndən və ailəmdən qorxmağa ehtiyacınız qalmayacaq. −Lap yaxşı. İndi siz aşağı düşə bilərsiniz və yeri gəlmişkən, yuvanız da mübarəkdi! Birinci dəfə üçün çox yaxşıdır! Xanım və Cənab Qreqlər övladları ilə birgə yuvadan tullandılar və aşağıya uçdular. Sonra birdən hər şey onların gözündə qaraldı. Onlar heç nə görə bilmədilər. Eyni zamanda qəribə, məzəli bir hiss onları bürüdü.Güclü küləyin səsi onların qulaqlarında cingildədi. Sonra qara rəng maviyə, daha sonra yaşıla, qırmızıya, qızılı rəngə çevrildi və qəflətən onlar evlərinin yaxınlığında öz bağlarında oldular. Hər şey normal vəziyyətinə qayıtmışdı. −Qanadlarımız yoxdurrr! − Cənab Qreq qışqırdı, – və əllərimiz yerindədir! −Və biz balaca deyilik! −Xanımı gülümsədi, − Mən elə şadam ki.... Uşaqlar oynamağa başladılar. Sonra başlarının üstündə ördək səsləri eşidildi. Yuxarıya baxdıqda dörd ördəyi başlarının üstündə gördülər. Mehribancasına göydə süzən ördəklər meşədən gölə tərəf uçurdular. Mən təxminə bundan yarım saat sonra Qreqlərin həyətinə gəldim. Hadisələrin gedişatını öyrənməkçün gəlmişdim, ən pis bir halla qarşılaşacağıma əmin idim. Darvazanın yaxınlığında dayandım və gözlərimi həyətə zillədim. Bu. qəribə bir mənzərə idi. Bir küncdə Cənab Qreq hər üç tüfəngi böyük çəkiclə sındırırdı. Digər tərəfdə Xanım Qreq on altı torpaq təpəciklərinin üzərinə güllər qoyurdu. Sonradan öyrəndim ki, bu bir gün əvvəl ovladıqları on altı ördəyin qəbirləri idi. Həyətin mərkəzində uşaqlar dayanmışdılar, atalarının ən yaxşı arpa torbası onların yanında idi. Onlar ördəklər, göyərçinlər, sərçələr, torağaylar və bir sıra tanımadığım digər quşlarla əhatə olunmuşdular.Quşlar oğlanların səpdiyi arpanı yeyirdilər. −Sabahınız xeyir, Cənab Qreq−Mən dedim Cənab Qreq çəkicini aşağı saldı, mənə baxdı. −Mənim adım daha Qreq deyil− o dedi, – Lələkli dostlarımın şərəfinə adımı Qreqdən Eqə1 dəyişmişəm. . Mən də xanım Eqəm. −xanım Qreq dilləndi

−Nə olub? –mən soruşdum. Onlar dordüdə sanki tamamilə ağıllarını itirmişdilər. 

Filip və Vilyam bütün hekayəni mənə danışmağa başladılar. Onlar qurtardıqda Vilyam dedi: −Bax, odur yuva! Görə bilirsən? Ağacın başındadır. Dünən gecə biz orda yatmışdıq! −Mən onu özüm qurdum. –Cənab Eq fəxrlə dedi,− Hər bir çubuğunu! −Əgər bizə inanmirsansa−Xanım Eq dedi, −evə get və hamama bax! Ora elə səliqəsizlikdi! −Onlar vannanı ağzına qədər su ilə doldurmuşdular. Ördəklər bütün gecəni orda çimibər və hər tərəf lələklərdir. −Onlar suyu xoşlayırlar. –Eq dedi, −Mən şadam ki, onlar vaxtlarını yaxşı keçiriblər. Bundan sonra, göl tərəfdən atəş səsi eşidildi. − Kimsə atəş açır!mən qışqırdımş − Bu Cim Kuper olmalıdır. − Cənab Qreq dedi, −O və üç oğlu. Bu Kuperlər ailəsi divanə kimi atəş açırlar.

Və qəflətən mən qırmızını görməyə başladım......
İstilik məni bürüdü......

Sonra barmağımın ucu dəhşətli dərəcədə sancdı........Mən daxilimdə gücün böyüdüyünü hiss ediridm................. Mən gölə tərəf bacardığım qədər sürətlə qaçmağa başladım. 1”egg” – ingilis dilində “yumurta” deməkdir

−Ey, −Cənab Eq qışqırdı, −Nə baş verir? Hara gedirsən? −Kuperləri tapmağa −mən geriyə səsləndim. −Axı niyə? −Gözlə və seyr et− mən dedim, –Bu gecə onlar hamısı ağacda yuva quracaqlar. Ailənin hər bir üzvü!

İngilis dilindən tərcümə edəni:

                Allahverdiyeva Nuriyə Rafiz qızı