Dolana-dolana (Aşıq Babaş): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ' Aşıq Babaş Mənsim oğlu (XVIII əsrin sonu - XIX əsrin 60-70-ci illəri). Aşıq Mürsəlin atasıdır. <poem> Dedim, dilim, ehtiyat et, Eldə dolana-dolana. Qürr...' ilə yarat
(Fərq yoxdur)

05:28, 5 avqust 2016 tarixindəki versiya

Aşıq Babaş Mənsim oğlu (XVIII əsrin sonu - XIX əsrin 60-70-ci illəri). Aşıq Mürsəlin atasıdır.

Dedim, dilim, ehtiyat et,
Eldə dolana-dolana.
Qürrələnmə, xak olarsan,
“Seldə” dolana-dolana.

Naşı çəkilirdi adım,
Axıban ümmana doldum,
Süsən dilli bülbül oldum,
Güldə dolana-dolana.

Yollar, uğur ver Babaşa,
Toxunmasın dağa-daşa.
Ömrü xoşbəxt vursun başa,
Yolda dolana-dolana.