Türk əsirləri: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''Türk Əsirləri''' <poem> Erkək, qadın, əsgər, çocuq, ixtiyar — Əsir — deyə, minlərcə türk övladı: İssız bir adanın qoynunda sızlar, Sorulmaz dərdi, duyulmaz...
(Fərq yoxdur)

12:18, 4 iyul 2009 tarixindəki versiya

Türk Əsirləri


Erkək, qadın, əsgər, çocuq, ixtiyar
— Əsir — deyə, minlərcə türk övladı:
İssız bir adanın qoynunda sızlar,
Sorulmaz dərdi, duyulmaz fəryadı.

İştə kinli bir məzarlıq ki hər gün
Yığın-yığın insan udar da, doymaz;
Sağlam vücudlar belə düşgün, ölgün,
Ümidsiz bir heykəldən fərq olunmaz.

Gülümsərlər, fəqət həp gözlərində
İntiqamlı şimşəklər çaxar, durur.
Çırpınırlar, solmuş bənizlərində
Bir çox gizli, sönük əməllər uyur.

Yalnız soyuq, yağmur, boran, fırtına
Oxşar durur bu məhzun könülləri;
Üryanlıq, xəstəlik, aclıq bir yana,
Susuzluqdan həp qurumuş dilləri.

Amansız qartalın vəhşi dırnağı
Məsum yavruları didib parçalar.
İştə ədalət! İlanlar yatağı
İnsanlara məskən verilmiş qərar.

Nerdə o sərxoşlar ki həp “qardaşlıq,
Birlik, bərabərlik” deyə sayıqlar.
İştə bir vəhşət ki, çəkilməz artıq,
Dost deyil, düşmən belə görsə ağlar.

Ey türk eli! Ey milyonlar ölkəsi!
Saqın duyma nədir bu hal, bu dəhşət;
Titrətməsin səni bu qardaş səsi,
Korluq, sağırlıq o da bir səadət!...