Məndən fələk ayırdı vəfapişə yarimi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: <poem> Məndən fələk ayırdı vəfapişə yarimi, Tar etdi zülfi-yar kimi ruzigarimi. Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, Hicri-nigar əlimdən alıb ixtiyarimi. Bir ...
(Fərq yoxdur)

12:26, 4 iyul 2009 tarixindəki versiya


Məndən fələk ayırdı vəfapişə yarimi,
Tar etdi zülfi-yar kimi ruzigarimi.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,
Hicri-nigar əlimdən alıb ixtiyarimi.
Bir əhli-dərd yoxdu bu viranə şəhrdə,
Tainki kəşf edim ona mən hali-zarimi.
Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş,
Ya rəb, tükətdi taqətü səbrü qərarimi.
Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim,
Məndən fələk kənar edər ol gülüzarimi.
Bir aşiqəm ki, lalə sifət tuş qılmışam,
Tiri-bəlayə mən bu dili-dağdarimi.
Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə,
Qıldı əvəz xəzanə mənim növbaharimi.
Başə əcəl yetişdi, fəraq öldürür məni,
Bir görmədim o ahu baxışlı nigarimi.
Hər kəs ki, Arifa, çəkib eşqin bəlasini,
Mən eyləməz görəndə mənim ahü zarimi.