Gəl bəri (Pir Sultan Abdal): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Gəl bəri | müəllif = Pir Sultan Abdal | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi...' ilə yarat
(Fərq yoxdur)

16:16, 14 avqust 2016 tarixindəki versiya

Gəl bəri
Müəllif: Pir Sultan Abdal
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Açıldı cənnət qapısı
Ləli gövhərdir yapısı.
Qıldan incədir körpüsü
Keçə bilirsən, gəl bəri!

Mən xocama qul olmuşam,
Ustaddan öyüd almışam,
Mən qanadım bağlamışam,
Çözə bilirsən, gəl bəri!

Pir Sultanam Heydər həmən
Dağları bürüdü duman.
İştə İncil, iştə Quran –
Seçə bilirsən, gəl bəri!