Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva | müəllif = Əbülqasim Nəbati | tərcüməçi = | bölmə = | əvv...' ilə yarat
(Fərq yoxdur)

12:47, 31 avqust 2016 tarixindəki versiya

Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Ki, görüm onda nagəh bir əcayib surəti-ziba.

Miisəlsəl zülf çiynində, mürəssə tövq boynunda,
Firəngi ətləs əynində, başında məcəri-həmra.

Mələkmənzər, pəri-peykər, süxəngüstər, vəfapərvər,
Büti-məhru, güli-xəşbu, sözü şəkkər, gözü şəhla.

Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcu,
Dağıldı əql başımdan, alışdı atəşi-sevda.

Pərişan oldu əhvalım, tükəndi səbrü aramım,
Giriban çak edib durdum yerimdən valehü şeyda.

Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi,
Gəlib yanımda əyləşdi əlində sağəri-mina.

Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim,
Durub öpdüm ayağından, dedim: ey saniyi-Leyla!

Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı,
Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva!

Şikəstəxatirü məhzun, sözü aşüftə, digərgun,
Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra.

Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə
Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla.