Tarixi-Cədidi Qarabağ: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 21:
<poem>Qarabağ əyaləti cüzvi-əzimi-Azərbaycani-qədim və Azərbaycan həm cüzvi-qədimi-məmləkəti-İran olubdur.
Qarabağ əhli öz vətəninin sorağını və adını ancaq Mirzə Camal və Mirzə Adıgözəl tarixləri ortaya çıxandan sonra cuya olmuşlar. Çünki Səfəvi övladının əsrindən sonra saheyi-Qarabağ bir ad ilə məşhur olmayıbdır.<ref>Müəllif səhv edir. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi mövcud olmuşdur.</ref> O cəhətə məzkur tarixlərdən sabiq zikr edən olmayıbdır.
Fəqət min yüz altmışıncı (1160) səneyi-hicri Nadir şah Əfşarın qətlindən sonra onun hüzurunda olan qoşun sərdarları və əyan ləşkər pərakəndə olan zaman hazıri-hüzur olan şəxslərdən biri də Pənah xan Sarıcalı Cavanşir olubdur ki, həmə vaxt rikabda və mültəzimi-əmir-nizam var imiş. İnqilabi-vəzi-səltənəti nəzərə alıb, zəhməti-qürbətdən özünü xilas etmək qəsdilə vətənə müraciət edir. Onun vətənə müraciət etməyi və Qarabağ rəyasətini qəbul etməyi tarix üçün təzə bir məhəl açıb Qarabağı müzakirəyə saldı. Qarabağda xanlıq bina olmağına bais olubdur. O yerin iştiharına və bu ittifaq yada salıbdır. Qarabağın qədim şəhamətini Bərdədən başlamış, Mil səhrasında vaqe Aran qala şəhərini Araz nəhrin üstündə vaqe Əshabi-rəs şəhərlərini, Bayat-Beyləqan şəhərlərini, ələlxüsus şəhamətli Sultanbud təpəsini və sairləri hala bu arada zikr etdiyimiz təzə Qarabağ tarixini Pənah xan qurduğu xanlıq dairəsində və o zamana dair Həvadisat tərəfində yazmağa şüru edirik.</poem>
== Qeydlər ==