Tarixi-Cədidi Qarabağ: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Kateqoriya:Əsərlər əlavə olundu HotCat
Sətir 25:
<poem>Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir. Oradan Kür nəhrinin məcrasilə sərhəd şərqdən qərbə qayıdıb Kür nəhrilə üz yuxarı gedir. Sabiqi poçta stansiyonu Türyan çay adlı yerədək ki, Duzdağ burnunda vaqedir. Sərhəd Goran mülkündən yuxarı Duzdağ burnu şimal tərəfdən ru becənub gedir Mirov dağının ətəyində vaqe Molla Vələdli mülkünədək. Oradan Qara Çinar mülklərinin əmlakını əhatə edib üz yuxarı cənubən haman dağın qarlı və buzlu sarıyalı-nadək ki, hər yerdən ucaraq nöqtədir və ucalıqda Böyük Qafqaz dağlarına özünü həmduş göstərəndir. Bu nöqtədən şərqdən qərbə tərəf hər yerdə sarıyal sərhəd gedir. Ayrım kəndinin başının üstünədək ki, o kənd vaqedir Tərtər çayının əvvəlinci şaxəsindən olan çeşmələrdən. Bu nöqtədə Mirovdan gələn uca dağlar silsiləsi iki şaxə olub, biri Gəncə uyezdinə tərəf və biri Rumbasır və Kəlbəcər adlı uca dağlar ilə ki, İrəvan quberniyası ilə Gəncə quberniyasının sərhədidir, məzkur dağlar şimaldan üzü cənuba tərəf Qarabağ sərhədidir. </poem>
== Qeydlər ==
 
[[Kateqoriya:Əsərlər]]