Mən (Aşıq Nəcəf): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''MƏN''' <poem> Gecə də, gündüz də yalvarışdayam, Tutmuşam Tanrının ətəyindən mən. Hay verən tapılmır, hey püfləyirəm, Hələ ki, düzlüyün tütəyindən mən...
(Fərq yoxdur)

06:29, 13 avqust 2009 versiyası

MƏN

Gecə də, gündüz də yalvarışdayam,
Tutmuşam Tanrının ətəyindən mən.
Hay verən tapılmır, hey püfləyirəm,
Hələ ki, düzlüyün tütəyindən mən.

Hayıf, nadan üçün tökdüm göz yaşı,
Bedasıl yolunda ağartdım başı.
Ayıra bilmədim qohum-qardaşı,
Şər-böhtan, kin-küdrət ətəyindən mən.

Nəcəf çox sınadı mənəm deyəni,
Çox yıxılan gördüm özün öyəni.
Nadan qamçısıyla döysə yüz məni,
Ayrılmaram haqqın pətəyindən mən.