Elə bir xəyalın...: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''ELƏ BİR XƏYALIN...''' <poem> Öylə bir xəyalın hökmündəyəm ki, Ruhuma dar gəlir səmalar mənim. Bəzən buludların üzərindəki Boşluqlar istərəm ola məskənim. ...
(Fərq yoxdur)

17:57, 15 avqust 2009 tarixindəki versiya

ELƏ BİR XƏYALIN...

Öylə bir xəyalın hökmündəyəm ki,
Ruhuma dar gəlir səmalar mənim.
Bəzən buludların üzərindəki
Boşluqlar istərəm ola məskənim.

Bəzən cəbhələrdə qanad çalıram,
Bəzən xəyalımdan keçir uzaqlar...
Bəzən təbiətdən ilham alıram,
Şerimdə canlanır dumanlı dağlar.
Dumanlı dərələr ruh verir mənə,
Oxucum, qəlbimi açıram sənə.

***

Otuz ildir ərzə qədəm basdığım,
Yol uzun, arzu çox, ömür yarıdır...
Başqa bir şey deyil mənim yazdığım -
Sahilsiz qəlbimin dalğalarıdır.