Şeyda/Birinci pərdə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Şeyda. | müəllif = Hüseyn Cavid | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = | bö...' ilə yarat

Redaktənin izahı yoxdur
Sətir 11:
| qeydlər =

<poem>
Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi – sağ
tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə – mətbəəyə enmək üzrə daima açıqdır.
Sətir 20:
yazmaqla məşğul görünür. Sarışın, həssas baqışlı Şeyda isə cığarayı dumanlataraq əli alnında
düşünüb durur.

Rəuf. Şeyda! Yenə də düşünüyorsun?

Şeyda. Hiç sorma, əzizim, halım pək fəna... poslayı şaşırmış bir gəmici kibi nə
yapacağımı biləmiyorum.

Rəuf (yarımqəhqəhə ilə). İştə gördünmü ya!.. Altı ay əvvəl sana nə söylədim?
Mühərrirlik şaqa deyil a!.. Insan nə qadar qəhrəman olsa yenə ən nihayət yorulur,
bıqır, usanır. Hələ bizim kibi gənc mühərrirlər, adəta çıldıracaq dərəcədə əsəbiləşiyor.

Şeyda. Xayır, Rəuf, xayır... Nə mühərrirliyin verdiyi yorğunluq, nə müdirin
usandırıcı əmrləri, nə sansor istibdadı, nə də məişətdarlığı əsla bəni düşündürmüyor,
əsla bəni sıqmıyor. Bəni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mə’nasızlıqdan ibarətdir

(Yerindən qalqaraq son dərəcə sinirli və həyəcanlı).

241
qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mə’nasızlıqdan ibarətdir
(Yerindən qalqaraq son dərəcə sinirli və həyəcanlı).
Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıbçabalamaq
niçin!? Usanmadan soyunub-geyinmək, yatıb-qalqmaq niçin!? Duyğusuz bir makina
Sətir 42 ⟶ 41:
güldürəcək hiç bir ümid, hiç bir təsliyət yoq... Xəyalımı oqşayacaq bir şö’lə, bir yıldız
arıyorum da bulamıyorum. Intihar edib də qurtulmaq istiyorum, heyhat! Ona da
müvəffəq olamıyorum.

Rəuf. Nafilə, əzizim, həp nafilə... Çünki hər ümidsizlikdə bir ümid, hər qaranlıqda
bir işıq yaşıyor, yalnız səbir və mətanət lazım. (Pəncərədən dışarı baqaraq). İştə ən
füsunkar bir şö’lə! Ən parlaq bir yıldız!.. Həm də sən onu arayacağına, o səni arıyor.
İştə alman çiçəyi! Rəssamın qızı, gözəl Roza gəliyor.

Şeyda. Allahını sevərsin, bənimlə az əylən...

Rəuf (yarımqəhqəhə ilə). Əvət, şaşqınlar daima əsəbi və bədbin olurlar.

Bu sırada Roza, məktəbli qiyafətində daxil olur. Şeyda dərhal yerindən qalqır,
pərəstişkaranə bir tevrlə ona doğru ilərilər. Rozanın uzun, qumral kirpikləri, cazibəli, mavi
gözləri, mə’sumanə baqışları, mələkanə ədaları kəndisinə şayani-pərəstiş bir ülviyyət bəxş edər.
Roza (nazikanə bir baş təmənnasilə Rəufu salamlayaraq, Şeydaya). Nasılsın,
əzizim!..

Şeyda. Təşəkkür edərim.

Roza. Babam nerdə?

Şeyda. Hənuz idarəyə gəldiyi yoq...

Məcid əfəndi (mətbəədən). Rəuf, Rəuf... Buraya gəlsənə...

Rəuf. Bu saət, əfəndim (Haman mətbəəyə enər).

Roza. Çoq şükür. Səni gə görmək olurmuş. İştə, bu ikinci dəfədir ki, səninçin,
fəqət səninçin buraya gəliyorum.

242
Şeyda. Ah, bu nəvazişə, bu alicənablığa qarşı sıqılmamaq qabil deyil... Böylə
umulmaz bir səadətə məzhər olduqca, iztirab və sevinclə qarışıq bir duyğu, fevqəladə
bir həyəcan adəta bəni çıldırtıyor, xəstə ruhimi rəqs etdiriyor.

Roza (mütəbəssim). Pəki, onlar sonraya qalsın, bu aqşam dəniz qıyısına
çıqalımmı?

Şeyda. Madam ki, arzu ediliyor, əlbəttə çıqarız.

Roza. Bu gecələri qəflətlə keçirmək nə böyük günahdır bilsən!..
Hələ məhtaba qarşı qayıq gəzintisi yapmaq nə qadar nə’şəli, nə qadar
xəyalpərvər!..
Bu sırada şıq geyimli, pensneli Əşrəf daxil olur.

Şeyda (təbdili-tevr etmiş olan Rozaya). Qaliba Əşrəf bəyi tanımıyorsınız?..
İştə mətbəə müdiri Məcid əfəndinin oğlu, kəndisi də Avropadan yeni gəlmiş...
(Əşrəfə). Bu da rəssamımız almaniyalı Maks Müllerin qızı mademuazel Roza!..

Əşrəf (pərəstiş edərcəsinə əl verərək). Sizi tanımaqla kəndimi son dərəcə bəxtiyar
sanırım.

Roza. Təşəkkür edərim.

Maks Müller (daxil olur, yarıağarmış enli saqalını oqşadığı halda). Roza! Sən
buradamısın?

Roza. Əvət, babacığım! Sənin için gəldim.

Maks Müller. Pək gözəl, şu rəsimləri verəyim də bərabər gedəlim. (Qoltuq
çantasından bir qaç rəsm çıqarıb, masa üzərinə bıraqaraq)
Məcid əfəndi nerdə?

Şeyda. Mətbəədədir, əfəndim.

Maks Müller. Şeyda! Sana bir müjdə vermək istərim.

Şeyda. Nasıl müjdə?

Maks Müller. Sən bir həftədir ki, oda arıyorsun; bizim evdəki boşboğaz yəhudi
dəllalı oturduğu odayı boşaltmış, Rusiyaya gediyor.
Bu gün oraya köçərsin.

Şeyda (onun əlini sıqaraq). Ah, bilsəniz bu xəbərdən nə qadar məmnun oldum. Bu
aqşam əvət, bu aqşam köçərim.

Maks Müller. Sabah aqşam çayını da Rozanın anası verir, bir evli kibi yaşarız, hiç
sıqılmazsın. Bilirsin ya, bən səni pək sevirim: çünki səndə bütün mə’nasilə türk
nəcabəti görüyorum.

Şeyda. Təşəkkür edərim.

Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rəuf ilə bərabər çıqar.

243
Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rəuf ilə bərabər çıqar.
Maks Müller. Əfəndim, İştə, həftəlik məcmuəniz için gətirdiyim rəsimlər.
Məcid əfəndi (rəsimləri alıb baqaraq). Pək ə’la, pək gözəl!..

Eyi ki, gəldiniz, sizinlə xüsusi bir işim daha var, gedəlim də mağazada qonuşalım.
Maks Müller. Pəki əfəndim, buyurun baqalım...

Məcid əfəndi, Maks Müller, Roza çıqarlar.

Məcid əfəndi (çıqdığı sırada Şeydaya). Mürəttiblər gəldikləri kibi işə başlasınlar,
bu gün iş pək çoq, saqın, tənbəllik etməsinlər.

Şeyda. Baş üstünə, əfəndim...

Əşrəf (məczubiyyət və heyrətlə). Aman, Şeyda! Bu nə lətafət, bu nə cazibə?
Haman, bir baqışda insanı təsxir ediyor. Faust mühərriri sağ olsaydı, əmin ol ki, gözəl
Marqaritasını unutur da Rozaya pərəstiş edərdi. Həm də mevhum bir xəyal deyil,
parlaq bir həqiqət qarşısında bulunmuş olurdu.

Şeyda. Əvət, Roza gerçəkdən pək sevimli xilqət, pək nazlı afət...

Ə ş r ə f . Doğrusu, bən hənuz böylə füsunkar bir gözələ təsadüf etmədim. (Bir
cığara yaqıb da düşüncəli adımlarla çıqar).

Rəuf (Şeydaya). İştə, sana müdhiş bir rəqib!..

Şeyda. Əvət, hərif pək mütəəssir oldu.

Bu sırada Qara Musa ilə Y u s i f daxil olur. Musa, qara bənizli, ortayaşlı,
ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qadar ağ bez ilə
sarınmış, üzərindəki əlbisə olduqca əski və yamalıdır. Qardşı Yusif isə vərəmin son
devrlərini keçirməkdə olan solğun bənizli bir gəncdir.

Rəuf (onları görür-görməz). Gəl, baqalım. Musa əfəndi, nasılsın? Əlin eyiləşdimi?

Mu s a . Xayır, əfəndim, biləks, gündən-günə fənalaşıyor.

Rəuf. Otursana, niçin ayaqda duruyorsun?

Musa (qardaşına). Otur, Yusif, sən otur... Bən Məcid əfəndiyi görür də şimdi
gəlirim. Canın sıqılsa bəni bəkləməzsin, faytona oturur da evə gedərsin. (Rəufla
Şeydayə) Müsaidənizlə, əfəndim, sizinlə sonar görüşürüz. (Çıqar.)
Şeyda (Yusifə). Nerdən əcəba, doktordanmı gəliyorsunuz?

244
Y u s i f . Əvət. (Bir-iki öksürür.)

Şeyda (Yusifə). Nerdən əcəba, doktordanmı gəliyorsunuz?
Şeyda. Kəndini nasıl hiss ediyorsun? Keçənlərə nisbətən eyisin, deyilmi?

Y u s i f . Əvət. (Bir-iki öksürür.)
Şeyda. Kəndini nasıl hiss ediyorsun? Keçənlərə nisbətən eyisin, deyilmi?
Y u s i f (acı və mə’nalı təbəssümlə). Şübhəsiz, əfəndim!.. Şimdi olmasa belə,
azacıq sonra büsbütün eyiləşirim, həm də şu iztirablra vidayla əbədiyyən rahatlanırım.
(Məndilini ağzına tutaraq bir qaç dəfə öksürür).

Şeyda (mütəəssir). Yusif, niçin bir düşünmüyorsun? Böylə qara xülyalarə
uymaqdan nə çıqar? Ah, sən nihayət kəndini xarab edəcəksin.

Rəuf. Əvət, əzizim, hər işdə səbir və mətanət lazim... Hissiyyata qapılıb da hər şey
için məraq edənlər təhlükəyi kəndi əlləri ilə də’vət etmiş olurlar. Inşallah, az bir
zamanda sağalıb, eyiləşirsin, fəqət bir daha mətbəədə çalışmayacağına əminim.

Y u s i f . Xayır, əfəndim, xayır... Hər ikiniz yanılıyorsunuz, yaxud öylə görünmək
istiyorsunuz. Halbuki doktorların mə’yus baqışları, bildiklərin sönük təsəlliləri,
Sətir 145 ⟶ 141:
qanatları altında məs’ud ola bilirim. Əvət, yalnız onun ıssız qucağında rahat bula
bilirim. (Yaralı öksürüklər içində boğularaq mə’yus bir halda). Uf... Əfv edərsiniz...
Rahatsız etdim... Sağlıqla, əfəndilərim... Bəlkə bir daha görüşəmədik...

Arası kəsilməksizin öksürərək, məndili ağzında çıqar. Ortalığı acı və dəhşətli bir sükut
qaplar. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar. Kimi
sağlam, kiminin bənzi solmuş, kimi qanburlaşmış; birisi də gözünü qara məndililə sarmış...
Qalın gevdəli, gur səsli Məs’ud isə ən arqada gəlir.

B i r i n c i m ü r ə t t i b (arqadaşlarına). Yusifi gördünüzmü? Allah, Allah, bu nə
hal, bu nə qiyafət!? İnsan yüzünə baqmağa belə cəsarət edəmiyor. Məs’ud. Sən nə
zənn etdin, paşam? Bu mürəttiblikdir, şaka deyil a! Hərif tam altı yıldır ki, məhbəsdən
fərqi olmayan şu mənhus mətbəədə çalışıb durmuş...

245
İ k i n c i m ü r ə t t i b . Zavallı!.. Hiç olmasa bir qadar parası olsaydı... Məs’ud
(laübali). Çocuqmusun, yahu, mürəttibdə paramı bulunur? On iki yıldır ki, bu kargahialəmpənahda
çalışıb çapalıyorum və kamali-iftixar ilə baş mürəttiblik vəzifəsini ifa
ediyorum; halbuki cibihumayunumda bir fülus belə bayat para yoq.

B i r i n c i m ü r ə t t i b (təəssüflə). İştə Qara Musa göz önündə!.. Qurşun tozu
yutaraq, alın təri dökdüyü halda aldığı mükafat nə!? Bir danəcik mə’sum yavrusu
sıtmalar içində qəhr olub gediyor, kəndisi də bin dürlü müsibət, bin dürlü fəlakət
qarşısında çırpınıb duruyor. Zavallı!.. Ailəsini bəsləyəcək bir ələ, nasırlı, minnətsiz bir
ələ güvənirkən, Tanrı onu da ona çoq gördü.

İ k i n c i m ü r ə t t i b . Pəki, bundan sonra bədbaxtın halı nə olacaq?
Dərmansız, ailəsini nasıl bəsləyəcək? Nasıl bəsləyə biləcək!? Məs’ud (acı
Sətir 169 ⟶ 164:
rəhn... həm də yarıfiatına... Şimdiyə qadar o paradan üçdə iki payını alıb xəstələrinə
yedirmiş, qalan bir payını da, şübhəsiz, bu günlərdə alıb bitirir. İştə əsil fəlakət, əsil
səfalət də bundan sonra başlar.

B i r i n c i m ü r ə t t i b . Ah, insafsız, mərhəmətsiz!..

İ k i n c i m ü r ə t t i b . Xalqın qanına girdiyi yetişmiyormuş kibi bir də eveşiyinə,
var-yoquna göz dikiyor. Şeyda. Əcəba qüsur kimdə?.. Məcid əfəndidəmi?
Sətir 180 ⟶ 175:
kənardan seyr ediyorsunuz; halbuki yarın həpiniz, əvət, həpiniz şu qanlı, şu uçurumlu
keçiddən keçməyə məcbur olacaqsınız. Əfsus ki, son nədamət, son fəryad hiç bir
fayda verməyəcək.

B i r i n c i m ü r ə t t i b . Nə yapmalı, əfəndim, nə yapmalı? Həpimiz aciz,
həpimiz gücsüz...

İ k i n c i m ü r ə t t i b . Ah, şu istibdad qorqusilə keçinmək bəlası olmasaydı!..

Ş e y d a. Xayır, əzizim! Bəncə şu bəhanələrin hiç bir əhəmiyyəti, hiç bir mə’nası
yoq. Yer yüzünü sarmış olan bütün əmələlər, bütün
246
füqərayi-kasibə həp sizin kibi düşünsələr, bəşəriyyət bir çoq əsrlər daha ayaqlar
altında əzilməyə məhkum olur. Halbuki bütün cihanı bəsləyən, bütün orduları
Sətir 192 ⟶ 186:
sandığınız əmələlər, həp o nasırlı əllərdir. Bu gün yer yüzünün bütün səadət və
fəlakəti yalnız o əllərə baqıyor. Əmin olunuz ki, o əllər bir gün çalışmaz olursa, bütün
bəşəriyyət şaşırır, bütün dünya hərəkətsiz qalır.

B i r i n c i m ü r ə t t i b . İştə yalnız qeyrət və cəsarət istiyor.

İ k i n c i m ü r ə t t i b . Əvət, yalnız səbat və mətanət istiyor. Məs’ud (saata
baqaraq). Artıq vaqt keçiyor. Haydı, iş başına, arş!..

Mürəttiblər gurultu ilə mətbəəyə enərlər.
Musa (daxil olaraq, Rəufa). Yusif nə oldu, getdimi?

Rəuf. Əvət, sən çıqdığın kibi getdi.

Şeyda. Gəl baqalım, nə yapdın? Məcid əfəndiyi görə bildinmi?

Mu s a . Xayır, əfəndim, mağazada yoq...

Şeyda. Otur baqalım, nerdə olsa, şimdi gəlir, çıqar.

Musa bir tərəfdə oturur, bu sırada mürəttiblər tərəfindən mətbəədə gurultulu, həyəcanlı bir
ahənglə aşağıdakı marş söylənməyə başlar.
<poem>Yaş zindanlar yuvamız,
Fəlakət aşinamız;
Ordular yıqan qurşun
Sətir 211 ⟶ 205:
Qalq ölüm uyqusundan!
Zülmə çoq əydin boyun,
Çoq əzildin, qalq, oyan!</poem>
Marş başlandığı kibi Məcid əfəndi daxil olur. Şaşqın bir halda azacıq dinlər, haman
hiddətlə mətbəəyə enər.

Rəuf (Şeydayə). Nədir bu yahu; hiç öylə bir yazı böylə abdallara, böylə sərsəm
həriflərə verilərmi ya!?

Şeyda. Nə yapalım, əzizim. Nə yapalım! Xəbərim olmadan dəftərlərimin
arasından çalmışlar.

247
Rəuf. Kağız ələ keçərsə pək fəna... Həm də Məcid əfəndi əsla yaqanı bıraqmaz.
Şeyda. Artıq keçmiş.

Azacıq sükut.

Məcid əfəndi (mətbəədən çıqar, əlində tutmuş olduğu kağızı hiddətlə süzərək).
Şeyda! Bunları sənmi yazdın?

Şeyda (sükut edər).

Məcid əfəndi. Mühərrirlər içində səndən başqa böylə yazı yazan yoq... (Qızğın.)
Bunları sənmi yazdın?..

Şeyda (qısa bir tərəddüddən sonra). Əvət...

Məcid əfəndi. Öylə isə, daha burada sənlik bir iş yoq. Ah, bəni Nikolayın
candarmalarına təslim etməkmi istiyorsun? Söylə, sana burası mətbəəmi, yaxud
inqilab ocağımı?

Şeyda düşünüb durur.

M ə c i d ə f ə n d i . Düşünmə, mətbəədə bir alacağın varsa, söylə!..
Şeyda. Xayır...

M ə c i d ə f ə n d i . Daha bəkləyib durmaqda mə’na yoq... Haydı, gedə bilirsin.
Şeyda (paltosunu alaraq sinirli və mütəəssir). Lakin... Lakin...
Məcid əfəndi (sözünü kəsərək). Haydı, yavrum, haydı!.. Başqa laf istəməm.
Şeyda (kinli bir baqışla Məcid əfəndiyi süzərək yarım səslə). Ah, əvət!.. (Deyə
qapıyı qapayıb çıqar).

Məcid əfəndi (Musaya). Pəki, sən nə istiyorsun?

Mu s a . Əgər mümkün olsa...

M ə c i d ə f ə n d i . Söylə, bitir! Bəkləyəcək vaqtım yoq...

Mu s a . Əgər mümkün olsa bir qadar para veriniz, bir də...
Məcid əfəndi (usanmış bir halda). Pəki, bir də?..

Mu s a . Mətbəədə bir iş veriniz. Tək əlimlə də olsa, çalışmaq istərim.
Məcid əfəndi (para çantasını çıqarır, bir qaç qaimə verərək). Al, iştə bu da evinə
biçilən qiymətin üçdə biri, son qisti... Daha bir alacağın qalmıyor... İki ay sonra evdən
çıqıb da kəndinə başqa yer bulmalısın, anladınmı!? (Böyük bir dəftər açar. İki-üç söz
yazaraq). Haydı, gəl də, imza et...

248
Musa (imza edərək). Əfəndim, şu para da ancaq iki ay evi idarə edər. Lakin
sonra... Ah, hər halda bana bir iş verməlisiniz.

M ə c i d ə f ə n d i . İş yoq deyil, fəqət tək əldən səs çıqmaz.

Mu s a . Pəki, bu əl ki, mətbəədə əzilmiş, o əl sahibinə burada da iş bulunmazsa,
əcəba, nerdə bulunur?

M ə c i d ə f ə n d i . Nə yapalım? Qüsur kəndində. Üsulluca hərəkət etməliydin.
Mu s a . Əfəndim, bən hiç... Fəqət çoluq-çocuğumu düşünməlisiniz.

M ə c i d ə f ə n d i . Yoq dedilər. Artıq bitdi. Musa (çıqmaq üzrə qapıya yaqlaşır,
bir daha dönərək). Əfəndim!

M ə c i d ə f ə n d i . Haydı, get, daha söylənib durma!

Musa (sinirli). Əfəndim, bən sizdən yardım diləmiyorum, mərhəmət ummuyorum.
Yalnız bir iş, bir vəzifə istiyorum. (Həyəcanlı.) Yalnız bir iş... yalnız bir vəzifə!..
Məcid əfəndi (son dərəcə hiddətlə). Dedim ya, saçma dinləməyə vaqtım yoq...
Tək əl işə yaramaz, eşitmiyormusun?

Musa (şaşqın və çılğın). Tək əl işə yaramaz, öyləmi!? (Acı qəhqəhələrlə.) Ah,
alçaq, vicdansız!..

Pərdə

</poem>

== Qeydlər ==