"Elmi mübahisələr/Ön söz" səhifəsinin versiyaları arasındakı fərqlər

8.323 bayt əlavə edildi ,  4 il öncə
Nəzərə çarpan dəyişiklik yoxdur.
(Səhifəni '{{Başlıq | başlıq = Elmi mübahisələr. | müəllif = Kamil Allahyarov | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərc...' ilə yarat)
 
| qeydlər =
}}
 
Məşhur bir aforizmdə deyilir ki, «həqiqət mübahisə za¬ma-nı ortaya çıxır». Bu fikrin özündə də dərin bir həqiqət var¬dır. Ümumiyyətlə, mübahisə elm üçün səciyyəvi olan xüsusiy¬yət-lərdən biridir və elmi fikirlərin, nəzəriyyələrin inkişafında və daha da təkmilləşməsində, səhv və yanlış fikirlərin ortadan getməsində elmi mübahisələr həmişə böyük rol oynamışdır. Ancaq elmi mübahisələr yalnız o zaman səmərəli olur və cəmiyyətdə müsbət rol oynayır ki, onlar sağlam tənqidə, elmi prinsiplərə, məntiqi və faktiki dəlillərə əsaslansınlar. Buna misal olaraq Aristotelin öz müəllimi Platonun fikirlərinə tən¬qidi münasibətini göstərmək olar. Məlumdur ki, elmi fikirlərində materialist mövqedə duran Aristotel idealist dünyagörüşlü müəlliminin bir çox fikirlərini tənqid etmişdir. Aristoteldən soruşduqda ki, «sən niyə Platonu bu qədər tənqid edirsən, axı o, böyük alimdir və sənin də müəllimin olub», birinci cavab vermişdir ki, «mən Platonu çox istəyirəm, ancaq həqiqəti ondan da artıq sevirəm».
 
Sözsüz ki, Platonun səhvləri əsasən onun idealist görüşləri ilə bağlı idi və Aristotel tərəfindən onun tənqid edilməsi də təəssübkeşlik, paxıllıq və s. kimi amillərlə ilgili deyildi. Qədim və orta əsrlərdə elmin inkişafına mane olan, çox vaxt isə onu «boğan», məhv edən əsas amil dini təəssübkeşlik olmuşdur. Bir çox böyük mütəfəkkirlərin, alim və şairlərin özləri də dini irticanın qurbanı olmuşlar, çünki onların söylədikləri yeni fikirlər «müqəddəs kitablarda» yazılmış «mütləq həqiqətlərə» uyğun gəlmirdi. Məhz bu səbəbdən də bəşəriyyətin inkişafı, xalqın cəhalətdən xilas olması üçün çalışmış bir çox alimlərin diri-diri dərisi soyulmuş və ya onlar tonqal üzərində yandırılmışlar. Bir sözlə, elmin əsas vəzifəsini xalqın cəhalətdən azad olunmasında görən Sokratın öldürülməsi ilə elmlə din arasında açıq mübarizə başlanmışdır. Dinə qarşı cinayətdə təqsirləndirilən böyük Aristotel də ömrünün son illərini sürgündə başa vurmuşdur. Bu hal bütün orta əsrlər boyu həm Şərqdə, həm də Qərbdə davam etmişdir və Həllac Mənsur, Eynəlquzat Həmədani, Nəsimi, Bruno, Qaliley, Miqel Servet və b. alim və mütəfəkkirlər də elmə qarşı yönəlmiş irticanın qurbanı olmuşlar. Mürtəce zümrələrin sağlam və məntiqi düşüncədən kənar olmaları, onları məntiq və faktlarla başa salmağın mümkün olmaması barədə Qalileyin özü dostlarından birinə belə yazırdı: «Bu aydın müşahidələrin qatı inadkarları inandırmaq gücündə olması barədəki inamınla sən az qala məni güldürəcəkdin. Görünür, hələ sənə məlum deyildir ki, qədimdən bəri müşahidələr yalnız həqiqəti bilmək istəyənlər üçün kifayət qədər inandırıcı olmuşdur. Tərs adamı inandırmaq üçün isə hətta planetlərin yerə enib, özləri özləri barədə danışıb, şəhadət verməsi də kifayət deyil». Başqa bir yazısında isə bu böyük alim öz nadan müasirləri barədə deyirdi: «Kopernikin təlimini məhv etmək üçün kimlərinsə ağzını bağlamaq kifayət deyildir. Bundan əlavə, bütün astronomiya elmini və hər kəsin göyə baxmasını da qadağan etmək lazımdır».
 
Kopernik və Qaliley kimi alimlərin üzərinə hücum çəkənlər təkcə din xadimləri deyildi: bu işdə onların istedadsız və paxıl həmkarları da din xadimlərindən geri qalmırdılar. Çünki M.Montenin yazdığı kimi, «elm çox çətin işdir və yalnız güclü ağıl sahibləri üçün yararlıdır. Belələri isə olduqca azdır». Elmi istedadı olmadığı halda bu sahədə yüksək adlar almaq və yuxarı vəzifələr tutmaq iddiasında olanlar həmin istedadlı alimlərə qısqanclıqla yanaşmış və hətta onları şantaj etməkdən, onlara böhtan atmaqdan belə çəkinməmişlər. Ən məşhur alimlər arasında da belə fitnəkar həmkarlarından əziyyət çəkənlər az olmamışdır. Hətta dünya şöhrətli İ.Nyuton da belə bir həmkarından o qədər qorxurmuş ki, özünün ümumdünya cazibə qanununu çap etdirməkdən çəkinirmiş, gözləyirmiş ki, bu böyük kəşfini həmin opponenti öləndən sonra nəşr etdirsin. Ancaq yaxın dostları Nyutonu məzəmmət edirlər ki, “bəlkə elə sən ondan tez öləcəksən”. Yalnız bundan sonra Nyuton məşhur kəşfini çap etdirməyə razılıq verir. Bu isə təəccüblü görünməməlidir: istedadlı və həqiqi alimlər bir qayda olaraq xaraktercə dərin, sakit, təvazökar olurlar və daima elmi məsələlər barədə düşünürlər. Elm sahəsinə düşmüş təsadüfi və istedadsız, ancaq son dərəcə iddialı insanlar isə əsasən hiyləgərlik, kələkbazlıq, şantaj və həyasızlıq vasitəsilə özlərinə karyera qazanmağa çalışır və bu sahədə də «ixtisaslaşırlar». Məhz bu səbəbdən dünyada tanınmış rus fizikləri Stoletov və Lebedev, bioloq Seçenov, Meçnikov və Timiryazev, böyük kimyaçı Mendeleyev, onilliklər boyu televiziya verilişlərində elmi təbliğ edən S.P.Kapisa kimi alimlər akademik adı ala bilməmişlər, halbuki onların kəmsavad həmkarları arasında buna layiq görülənlər az olmamışlar. Bir sözlə, yaradıcı alimlərin başı üzərində həmişə qara buludlar olmuşdur. Sovet dövründə, xüsusilə də 1930-1940-cı illərdə bu buludlar ideoloji səbəblər üzündən daha da tündləşmişdir.
 
Təəssüf ki, həmin dövrün ab-havasını ölkəmizin müstəqillik dövrünə keçirməyə çalışanlar da vardır. Vaxtilə Tofiq Hacıyevin “Elm” qəzetində (20 mart, 2007) bizim əleyhimizə çap etdirdiyi məqalə deyilənlərə bariz nümunə ola bilər. Həmin məqalədə müəllif bizim «Qədim Turan: mifdən tarixə doğru» adlı kitabımızda getmiş «Yalançı türkçülük və akademik elm» başlıqlı bölməyə öz etirazını bildirmək istəmişdir və bu onun haqqıdır. Ancaq müəllif elmi prinsiplər əsasında mübahisə etmək əvəzinə gah bizim fikirləri saxtalaşdırır, gah da ümumiyyətlə bizə mənsub olmayan, özü tərəfindən uydurulmuş fikirləri bizə aid edərək, bizi xalq düşməni kimi qələmə verməyə çalışır. Eyni üsulu onun həmyerlilərinin imzası ilə sonradan çap edilmiş iki məqalədə də görmək mümkündür.
 
Bu kitabdakı üç məqalə vaxtilə bizim T.Hacıyevə və onun həmyerlilərinə yazdığımız və mətbuatda dərc edilmiş cavablardan ibarətdir.
Digər məqalələrdə isə biz son zamanlar Azərbaycan ədəbiyyatında və tarix¬şünas¬lığında özünü göstərən bir sıra mübahisəli məsələlərə öz münasibətimizi bildirmişik. Bunlardan ən ciddisi Əkrəm Əylislinin «Daş yuxular» adlı kitabının nəşridir. Ə.Əylisli ilə yalançı türkçüləri birləşdirən ümumi cəhət hər iki tərəfin istedadsızlıq üzündən saxtakarlığa əl atmaları və bu üsulla özlərinə ucuz imic qazanmaq istəyidir. Qalan məsələlərdə isə onlar tamamilə əks mövqedə dururlar. Yalançı türkçülər yalançı və yaxud şişirdilmiş tarix uydurub, bununla Azərbaycanda şöhrətlənməyə və bu tarixlə fəxr etməyə çalışırlarsa, Ə.Əylisli gerçək tarixi ermənilərin xeyrinə saxtalaşdırmaqla və öz xalqını aşağılamaqla xarici auditoriyada tanınmaq istəyir. Birincilər özlərini “vətənpərvər”, ikinci isə “humanist” kimi qələmə verməyə çalışırlar.
 
Sonrakı məqalələrdə isə biz f.ü.e.d. H.İsrafilovun və güneyli soydaşımız Güntayın tariximiz və filologiyamızla bağlı söylədikləri bir sıra yanlış fikirlərə öz münasibətimizi bildirmişik. Fikrimizcə, bu müəlliflərin yazılarındakı səhv və yanlış fikirlər məkrli səciyyə daşımır və sadəcə onların bəhs etdikləri məsələlər barədə kifayət qədər məlumata malik olmamalarından irəli gəlir. Ancaq sözsüz ki, belə yanlışlıqlar da elmi mübahisə predmeti olmalı və onların aradan götürülməsinə səy göstərilməlidir.
 
 
[[Kateqoriya:Elmi mübahisələr (K.Allahyarov)|1]]