Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Hacı Əbülhəsən Raci: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Azərbaycan ədəbiyyatı. II cild. | müəllif = Firudin bəy Köçərli | keçidsiz müəllif = | tərcüməçi...' ilə yarat
 
(Fərq yoxdur)

Səhifəsinin 12:23, 25 iyun 2017 tarixinə olan son versiyası

Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi" Azərbaycan ədəbiyyatı. II cild. Hacı Əbülhəsən Raci
Müəllif: Firudin bəy Köçərli
Hacıağa "Fəqir" Ordubadi


Azәrbaycanın İrana mütәәlliq qitәsindә zühur edәn türk şairlәrindәn mәşhuru Hacı Әbülhәsәn Racidir. Racinin nüfuzu Araz çayının sol tәrәfindә sükunәt edәn Azәrbaycan türklәrinә dәxi ki, rus tәbәәlәrindәn ibarәt olsun, keçibdir. Belә ki, Raci nә qәdәr İran torpağında mәrufü mәşhurdur, bir o qәdәr dә Zaqafqaziya türklәri arasında onun hörmәt vә şöhrәti vardır. Bununla belә Raci kimi şairin ki, onun lәtif vә dilpәsәnd qәzәllәri vә cigәrsuz növhәlәri böyükdәn kiçiyә kimi cümlә әhli-savadın dillәrindә caridir, tәrcümeyi-halına dair lazım olan mәlumatı cәm etmәkdә aciz qaldıq. Divani-qәzәliyyat, qәsaid vә növhәcatına rücu etdik dә şairin öz halü şәninә vә filcümlә seyr-sülukuna mәxsus bir işarә dә bulmadıq. Bu isә bir tәrәfdәn şayani-tәәssüf vә bir yandan layiqi-heyrәt vә tәәccüb bir haldır ki, kәrrat vә dәfәat ilә Racinin divani-әşarü kәlamı çapdan çıxıb vә hәr bir sinif arasında intişar tapıbdır vә divan çap etdirәn kitabfüruşların vә onun tәbinә imtiyaz alan sair әşxasın heç birinin fikrinә gәlmәyibdir ki, divan sahibi olan şairin tәrcümeyi-әhvalına dair divanın, icmalәn cüzi mәlumat kitabın bir guşәsindә dәrc edib, oxuyanları onunla aşina elәsin. Bu tәәccüb kәlmәsi hal bir Racinin haqqında olmayıb, bәlkә ümum İran vә Azәrbaycan şairlәrinin halına şamildir. İndiyә kimi demәk olur ki, Şeyx Sәdinin "Gülüstan" vә "Bustan" kitabları әqәllәn yüz dәfә çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxәsinә Sәdi kimi müәzzәm vә mötәbәr, әhli-hikmәt şairin haqqında üç kәlmә dә söz tapılmaz. Ancaq kitabın axırında çәndan lüzumiyyәti olmayan şeyi qeyd edirlәr ki: "Tәmam şod divane-mәrhumol-mәğfure-felan әleyhorrәhme behәsbe-fәrmayeşe sәrvәre-mokәrrәm vә mәlazol-ekram Mәşhәdi felan vә ya xeyrol-hace-felan ketabforuş vә besәyo ehtemame-Kәrbәlaye felan surәte-enteba pәziroft. Allahummә әnfәәhu bihә vә licәmiil-moumenin"[1]i.a.
  
[1] Tərcüməsi:
Günahsız mәrhum filankәsin divanı çox hörmәtli mәşhәdi filanın göstәrişi әsasında tamam oldu vә ya xeyrül-hәqq filan kәrbәlayının sәyi nәticәsindә çap olundu.
 
Hacı Әbülhәsәn Racinin tәrcümeyi-әhvalına dair bizdә olan cüzi әxbardan mәlum olur ki, ol mәrhum tәvәllüd edibdir tarixi-mәhәmmәdiyyәnin 1247-1252-ci[2] illәrindә Tәbriz şәhәrinin Xiyaban mәhәllәsindә. Tәlim vә tәrbiyәsi öz şәhәrindә olubdur. Ömrü qırxdan qırx beşә kimi olubdur. Vәfatı Hәcc ziyarәtindәn müraciәt edәndә olubdur. Cәddәdә gәmiyә oturanda әsnayi-rahda dәryaya qәrq olubdur vә bu hüznavәr hadisә hicrәtin 1292-ci[3] ilindә vaqe olubdur.
  
[2] 1831-1836.
[3] 1875.
 
Şairin әhibbalarından birisi--"Sәbur" tәxәllüslü--Racinin belә qafil, vәtәndәn kәnarda vaxtsız vәfatı barәsindә yazdığı bir növhәdә onu belә vәsf etmişdir:
 
Ey dәriğa ke, hәzrәte-Raci
Çon zәr әz kiseye-әhibba rәft.
Bihәdd әfsus, sәdhezar dәrir
Ke, behәsrәt ze dare-donya rәft.
Dağe-ferqәt nәhad bәr dele-ma,
Suxt әz hecre-u dele-ma rәft.
Nә şәbәm şәb, nә ruze-mәn ruzәst,
Huşәm әz sәr, ze del şәkiba rәft.
Bi to ey çeşmeye-çerağe-sorur
Rouşәnai ze çeşme-bina rәft.
Xake-qәm çәrx bәr sәre-ma rixt--
Ke, tora xare-mout bәr pa rәft.
Heyf әz an şahbaze-qolleye-Qaf--
Ke, beqafe-әdәm ço Әnqa rәft.
Zan kәmalate-u hezar әfsus--
Ke, bebade-әcәl beyekca rәft.
Ey mohiti ke, xun şәvәd abәt,
Abe-ru әz roxe-to әz ma rәft.
Ey ze şure-to şur dәr delha,
Vәz şәre-to şәrәr becanha rәft.
Kaş an dәm ke, u bekәşti şod,
Hokme-"ya әrzu iblәi ma" rәft.
Ahü vahәsrәta ke, mәdfәne-u,
Gәşt penhan vәli ze peyda rәft.
Qәbruhu fi qulubi min valast,
Gәrçe dәr zaher әz nәzәrha rәft.
Gәşt çon Xezr zendevo cavid
Ta bezolmate-mәrg tәnha rәft.
Yunesasa ze Mesre-dare-fәna
Bәrdәhane-nәhәnge-oqba rәft.
Vә minәl-mai kullu şeyin hәyyun,
Zende baz şode Xezrasa rәft.
Şod rәvan suye-cәnnәtol-mәva,
Tayere-qodse-xod bemәva rәft.
Cesm boqzaşto sәrbesәr can şod,
Әz doi sәlәb gәşt yekta rәft.
Hәmço qol va şod әndәr in qolşәn,
Pa keşid әz çәmәn, beyәğma rәft.
Peye-didar bude hәmço Kәlim,
"Әrni" quyan be Ture-Sina rәft.
Şahede-mәnәvi nәmudәş rox
Hәmço Musa peye-tәcәlla rәft.
Әz meye-eşq corei nuşid,
Baz çon bade suye-mina rәft.
Әz әrz pak gәşto couhәr şod,
Hәmço ruh әz kәdәr mosәffa rәft.
Yari peyvәst aqebәt ba yar,
Ançe mikәrd әz an tәmәnna rәft.
Qәlәme-әnbәrinşәmime-Sәbur
Bәhre-tarix kәrdәn enşa rәft.
Yaft әz kәlәmeye-"әya ğәffari",
Bәhre-tәhrir kәrdәn emla rәft[4].
  
[4] Tәrcümәsi:
Heyif ki, hәzrәt Raci
Dostlarının kisәsindәn qızıl kimi getdi.
Hәdsiz әfsus, yüz min heyif
Dünya evindәn hәsrәtlә getdi.
Bizim ürәyimizә ayrılıq dağı çәkdi,
Ürәyimizi ayrılığı ilә yandırıb getdi.
Nә gecәm gecә, nә gündüzüm gündüzdür,
Başımdan huşum, ürәyimdәn sәbrim getdi.
Ey şadlıq çirağının çeşmәsi, sәnsiz
Gözlәrimin işığı getdi.
(Yәqin) fәlәk başımıza qәm torpağı töküb--
Ki, sәnin ayağına ölüm tikanı batdı.
Heyif o qülleyi-Qafın tәrlanından--
Ki, Әnqa kimi әdәm (yoxluq) Qafına getdi.
Heyif onun kәmalatından--
Ki, әcәl külәyi ilә birdәfәlik (heç olub) getdi.
Ey suyu qan olan ümman,
Sәnin vә bizim uzümüzün suyu getdi.
Sәnin şurundan ürәklәrdә şur var,
Sәnin qığılcımından canlara qığılcım düşdu.
Kaş o, gәmiyә minәndә
"Ey yer, suyu ud" hökmü verilәydi.
Yüz min tәәssüf ki, onun qәbri
Pünhan oldu.
Onun qәbri allah adamlarının qәlbindәdir,
Hәrçәnd o, zahirәn nәzәrlәrdәn (uzaq düşüb) getdi.
Ölüm zülmәtinә tәk getdiyinә baxmayaraq,
O Xızr kimi diri vә әbәdi oldu.
Yunis kimi dari-fәna Misrindәn
Axirәt nәhәnginin ağzına getdi.
Hәr şey su ilә diridir,
Diri bir quş olub Xızr kimi getdi,
Cənnәt evinә tәrәf yollandı,
Muqәddәs quş özu evinә getdi.
Cismi qoyub başdan ayağa can oldu,
İkiliyi tәrk edib tәk getdi.
Bu gülşәndә gül kimi açıldı,
Çәmәndәn ayaq çәkib heçliyә getdi.
Kәlim kimi görüş arzusunda idi,
"Әrni" deyәrәk Sina dağına getdi.
Üzü mәnәvi gözәl kimi görsәndi.
Musa kimi tәcәlla ardınça getdi.
Eşq şәrabından bir qurtum içdi,
Yenә badә kimi Minaya tәrәf getdi.
Әrzdәn tәmizlәnib cövhәr oldu,
Ruh kimi çirkabdan tәmizlәnib getdi.
Nәhayәt, dost öz dostuna çatdı,
Arzu elәdiyi mәqsәdә yetişdi.
Әtirli, әnbәrli, sәbirli qәlәm
Onun tarixini yazmaq üçün gedib
"Әya ğәffari" ifadәsini tapıb yazdı.
 
Sәbur cәnablarının burada yazılan şerlәrindәn mәlum olur ki, mәrhum Hacı Әbülhәsәn Racinin şәnü rütbәsi dost vә әhibbası arasında xeyli tutulurmuş. Mәrhum şairin pişәzvәqt qafil ölmәyi әhibbalarını böyük yasü әlәmә düçar edib, novgüllәrinә ayrılıq vә heyrәt dağı çәkibdir. Cәnab Sәbur sair Azәrbaycan şairlәri kimi vәsfindә mübaliğә edib, Racinin fәzilәtini bir dәrәcәdә artırıb ki, onun şәnü halını әnbiyayi-kiramdan bәzinin halına tәşbih qılıbdır. Bir sayaq üzrә ki, Raci dәxi müqәddәs vә mütәhhәr vücudlar kimi mәaniyi-әshab ilә hәmcәlis olub, cismi-kәsifdәn xilas olmaq ilә böyük bir sәadәtә vasil olubdur. Necә ki, şair deyibdir:
 
Әz әrz pak gәşto couhәr şod,
Hәmço ruh әz kәdәr mosәffa rәft.
  
Racinin divani-әşarı bu qayda üzrә tәrtib olunubdur: qәzәliyyati-farsi, qәsaidi-türki, qәzәliyyati-türki, tәcnisi-türki, Kәrbәla şühәdalarının әhli-beytinin müsibәtinә dair növhәvü sinәzәnlәri, müqәttәat vә rübaiyyat. Növhә vә sinәzәnlәrin arasında yazılan әfrad mәrhumül-mәğfur Molla Hüseyn "Dәxil" tәxәllüs şairin kәlamlarıdır ki, onları Raciyә nisbәt vermәk dürüst deyil. Divani-Racinin bәzi nüsxәlәrindә Dәxilin vә Nacinin vә Mirinin kәlamlarından dәxi seyyidüş-şühәdanın müsibәtinә dair növhә vә sinәzәnlәr daxil olubdur. Belә ki, Tәbriz mәtbәәlәrindә çap olunan kitabların çoxunda әsla bir qayda vә sәliqә yoxdur. Hәr bir kitaba lazım olan föhristdәn dәxi xәbәrlәri yoxdur. Ancaq onu qәnimәt bilirlәr ki, kitabın boş qalan yerlәrini hәr nә ilә olacaq, olsun, doldursunlar.
  
Racinin sәlis vә rәvan tәbi olduğu әşarından görünür. Onun qәzәllәrinin çoxu dillәrdә әzbәr olubdur vә xanәndәlәrin çox vaxtı toylarda vә işrәt mәclislәrindә oxuduqları Racinin gözәl qәzәllәridir. Necә ki, şair özü deyir:
 
De bir türki qәzәl, Raci,
Oxusun bu gözәl, Raci,
Bәlәd olsun әzәl Raci
Rümuzi-eşq dәrdinә.
 
        * * * * *
 
Raci, fünuni-şerdә gәrçi vәhidsәn,
Dәm vurma çox ki, baisi-lafü kәzaf olur.
 
Vә hәmçinin şer vә qәzәl demәyә artıq meyl vә hәvәsi olmağını vә hәqiqi fәxarәti şer vә qәzәldә görmәyini bu beytindә bildirir:
 
Tәrk elә simü zәri, cәm elә әşarü qәzәl,
İstәsәn, Raci, әgәr namü nişanın çıxsın.
 
       * * * * *
 
Desәm Raciyә şer yaz , hey yazar,
Pul adı gәtirsәm bilәkdәn qurur.
  
Racinin vәtәndaşı vә hәmmәclisi olan bir nәfәr şәxs ilә dәmir yol[un]da tanış oldum. Ol cәnab ziyarәtә gedirdi vә Racini görmüşdü. Racinin әxlaqü adabından әhvalpürsan oldum. Mәzkur hacı Racini çox tәrif edib, ziyadә xoşxülq, xoşrәftar vә xoşsöhbәt olduğunu söylәdi. Mәrhumun әxlaqi-pәsәndidәlәrindәn birisi dә onun artıq mütәdәyyin, vәtәnpәrәst vә hәmçinin hirsü tәmәdәn ari, cümlәyә yaxşılıq edәn dәrvişsifәt vә әhli-qәnaәt, pakdamәn bir vücud olması barәsindә bir beytdә deyibdir:
 
Qalıb bu pәnd mәnә yadigar pirimdәn:
Hәmişә zindә bu alәmdә niknam qalır.
 
Racinin dostluqda, vәfada vә vәtәnpәrәstlikdә sabitqәdәm olmağına bu şerlәri şәhadәt verir:
 
Sәr fәdaye-dust kәrdәn pişe-ma doşvar nist,
Danәm in naqabeliha qabele-ezhar nist.
 
Hәr ke aşeq şod yәqin başәd ke, әz can begzәrәd,
Şeyx Sәnan bәhre-tәrsa arәş әz zonnar nist.
 
Dustan, әfğane-Raci başәd әz hobbe-vәtәn,
Mouseme-qol bolboli danәd ke, dәr qolzar nist[5].
 
[5] Tәrcümәsi:
Başı dosta qurban elәmәk bizim uçün çәtin iş deyil,
Bilirәm ki, bu naqabil bir şeydir vә demәk mümkün deyil.
Aşiq olan kәs canından keçmәlidir.
Şeyx Sәnanın tәrsa [qızı] uçün zünnardan arı yoxdur.
Ay dostlar, Racinin әfğanı vәtәn mәhәbbәti üçündür,
Gül mövsümunun (qәdrini) gülzarda olmayan bülbül bilәr.
 
Vә әyzәn hәqiqi dostluq babında deyibdir:
 
Hәr kәs ke, koşte gәşt berahe-vәfaye-dust,
Әz xune-u rәvast xәlayeq vozu konәnd[6].
  
[6] Tәrcümәsi:
Dost vәfası yolunda ölәnin
Qanı ilә rәvadır ki, çamaat dəstәmaz alsın.
 
Padşah ilә gәdanın vә fәqir ilә dövlәtlinin arasında hәqiqәtdә bir tәfavüt olmadığını vә cümlәnin axırı puç olduğunu bu rübaisindә bәyan etmişdir:
 
Girәm to padşahe-tәmame-cәhan şәvi,
Girәm cәhaniyan hәmera hokmran şәvi,
Girәm ke, qәsrhaye-to sәr bәr fәlәk keşәd,
Ruzi şәvәd to hәm gele-kuzegәran şәvi[7].
 
[7] Tәrcumәsi:
Tutaq ki, sәn bütun dünyanın padşahı olacaqsan (oldun).
Tutaq ki, sәn dünya xalqı üçün hökmdar olacaqsan,
Tutaq ki, sәnin saraylarının başı fәlәyә çatacaq,
Bir gün olacaq ki, sәn dә kuzәgәrlәr üçün gil olacaqsan.
  
Әgәrçi Racinin divani-şeri Azәrbaycanın hәr bir vilayәtinә dağılıb vә kәlami-mövzunu dillәrdә caridir, vәli biz dә mәcmuәmizi onun asari-lәtifәlәrindәn xali qoymamaq üçün bir neçә nümunәlәr burada tәhrir qıldıq.
 
Qәzәli-Raci:
 
Övzai-çәrx sanma ki, biixtilaf olur,
Cuyi-zәmanә gah bulanır, gah saf olur.
 
Vermәzlә gah Yusifi Misrin bәhasına
Gәh pirәzal әlindә bәhası kәlaf olur.
 
Eşq әhlinә bir özgә әziyyәt rәva deyil,
Tәni-rәqibü cövri-zәmanә kәfaf olur.
 
Mәşuqә aşiqin bilü razi-nihanını
Bu rişteyi-mәhәbbәt ona telqraf olur.
 
Kәşf eylәrәm bu eşq ilә hüsnün mәtalibin,
Amma yazanda xamә bu sirri şikaf olur.
 
Tövәmdi[8] rәncü rahәt, müdğәmdi eyşü qәm,
Vәslü fәraq, şadiyü matәm müzaf olur.
 
[8] Tövәm--әkiz doğulan uşaq.
 
Hәr şeyi öz yerindәdi bu karxanәnin,
Dәxlü tәsәrrüf eylәsә hәr kim, xilaf olur.
 
Hәr kimsә öz mәqamını alәmdә seyr edәr,
Әnqayә Qaf, cüğdә[9] xәrabә mütaf[10] olur.
 
[9] Cüğd--bayquş.
[10] Mütaf--tәvaf olunmuş mәhәl.
 
Ustad hәr kәsin qәdinә bir qәba biçib,
Var bir qәba ki, özgә qәbayә sicaf olur.
 
Olmaz yüz il fәğanә gәlә zar, әndәlib,
Pәşşә nә qәdr tiz uça, simürği-Qaf olur.
 
Bәs, hәr kәs anlasın gәrәk öz qürbü qәdrini,
Rubәh nә növi şirә hәrifi-mәsaf olur.
 
Amma olubdu çoxlara bu әmr müştәbeh,
Culfalıq etmәmiş külәhduz kәlaf olur.
 
Raci, fünuni-şerdә gәrçi vәhidsәn,
Dәm vurma çox ki, baisi-lafü kәzaf olur.
  
Racinin bu qәzәlindә "xeyli mәzmunlu şerlәr vardır ki, onlara diqqәt yetirmәmәk olmaz, әz cümlә zәmanәnin övzai müttәsil tәğyirü tәbdil tapıb da, ixtilaf üzrә gәrdiş etmәsidir. Belә ki, "Cuyi-zәmanә gah bulanıb, gah saf olur". Ona binaәn insan dәxi gәrәkdir elmü bilik ilә mütәmәddin olub, zәmanәnin iqtizasınca dolanmağa özünә әsbabi-mәişәt mühәyya edә.
 
Atidә yazılan qәzәlindә Raci insanın başına eşqdәn gәlәn bәlaları bir-bir tedad edib, onların olmağını, filcümlә dünyada insanın zövq-vәfası vә eyş-işrәti üçün xәlq olunmuş әsbabü әlamәtlәrin yoxluğunu vә hüzn-әlәmin, qәm-qüssәnin nәfyini arzu edib әsil mәtlәb vә tәmәnnası nә olduğunu mәxfi saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz dә nә ölmәk istәyir vә nә sağ qalmaq, nә şirinliyә meyl edir vә nә acılığa, nә hicrin zәhri-hәlahilini vә nә vәslin şәkәri-safını tәlәb edir. Haman qәzәl budur:
 
Nә eşq olaydı, nә aşiq, nә hüsni-dilbәr olaydı,
Nә ayinә, nә sәfa, ey könül, nә cövhәr olaydı.
 
Nә nazü qәmzә, nә qәncü dәlalü[11] nә işvә,
Nә әczü labe[12], nә xunabi-dideyi-tәr olaydı.
 
[11] Qәncü dәlal--ikisi dә nazü işvә mәzmunundadır.
[12] Labe--söz, laf.
 
Nә zülf olaydı, nә ariz, nә xәtt olaydı, nә xal,
Nә müşk olaydı, nә mәcmәr, nә udü әnbәr olaydı.
 
Nә hüsn olaydı, nә könlüm, nә dәstә-dәstә bu zülf,
Nә şәh, nә mülk, nә bu fövc-fövc lәşgәr olaydı.
 
Nә әbruyi-xәm olaydı, nә çeşm, nә müjgan,
Nә tiğ olaydı, nә cәllad, nә bu xәncәr olaydı.
 
Әzәl nә nәşә olaydı, sora nә rәnci-xumar,
Nә tiyşi-vәsl, nә әnduhi-hicri-dilbәr olaydı.
 
Nә öldürәydi xәtin gәlcәk üzdә üşşaqi,
Mәsih tәk nә lәbi-lәli-ruhpәrvәr olaydı.
 
Nә yalvaraydı rәqibә bu payәdә üşşaq,
Vә nә bu mәrtәbә mәşuqәlәr sitәmgәr olaydı.
 
Nә şur olaydı, nә bülbül, nә gül olaydı, nә xar,
Nә lütfi-baği-baharü nә cövri-sәrsәr olaydı.
           
Nә dil olaydı, nә qamәt, nә qәlb olaydı, nә rux,
Nә şәmi-şölә, nә pәrvanә, nә sәmәndәr olaydı.
 
Nә gül, nә әtr, nә şümşad olaydı, nә şanә,
Nә zülf olaydı, nә mәşşatә, nә bu zivәr olaydı.
 
Nә şәrhә-şәrhә olaydı bu sinә tiğinlә,
Nә şәrhi-dәftәri-dәrdü bәla, nә müztәr olaydı.
 
Cәfayi-yar ilә üşşaq incimәz, ey kaş,
Nә sәndә mümkün o, mәndә nә bu, müyәssәr olaydı.
 
Nә hicr olaydı, nә giryә, nә künci-qәm, nә bu ah,
Nә abü atәşü xakü hәva müxәmmәr olaydı.
 
Nә tifl olaydı, nә mәktәb, nә dәrs olaydı, nә elm,
Rümuzi-eşq nә dillәrdә böylә әzbәr olaydı.
 
Nә kuyi-yarı qoyub xәlq edәydi meyli-behişt,
Nә şeyx olaydı, nә mәscid, nә vәzi-mәnbәr olaydı.
 
Nә dil olaydı, nә didә, nә әşki-xunalud,
Nә kan olaydı, nә dәrya, nә lәlü gövhәr olaydı.
 
Nә ictinab, nә tövbә olaydı, nә pәrhiz,
Şikәsti-tövbә nә peymandan füzuntәr olaydı.
 
Mәzaqi-Raci nә şirin olaydı, nә beylә tәlx,
Nә hicr zәhri-hәlahil, nә vәsl şәkkәr olaydı.
 
       * * * * *
 
Sәnә bu hüsn, xәyal eylәmә müdam qalır,
Çәmәndә hansı güli-tәr әlәddәvam qalır?!
 
Qalıb bu pәnd mәnә yadigar pirimdәn:
Hәmişә zindә bu alәmdә niknam qalır.
 
Gözün könül quşun ovlar, әgәrçi laçın tәk
Vә leyk axır özü paybәndi-dam qalır.
 
O lәblәri ki, edәr kami-alәmi şirin,
Mәnim kimi olu bir vaxt tәlxkam qalır.
 
Gedәr çü mәstiyi-mey, zәhmәti-xumar gәlir,
Hәmişә başda haçan nәşeyi-müdam qalır.
 
Hәmişә aşiqinә naz edib, xәyal etmә
Sәnә bu rәngü ruxü zülfi-müşkfam qalır.
 
Әsәr xәzan yeli gülzari-hüsnünә bir gün,
Nә üzdә rәng, nә zülfündә bir nizam qalır.
 
Nә çeşmi-mәstin edәr böylә naz-naz nigah,
Sәhi qәddin nә bu növ ilә xoşxuram qalır,
 
O vaxta üz çevirib cümlә bәdnәzәr sәndәn,
Mәgәr bu Raciyi-biçarә sübhü şam qalır?
 
Racinin fünuni-şerdә mahir olmağına onun tәcnislәri dәxi şәhadәt verir. Nümunә üçün onlardan bir neçәsini burada zikr etmәyi münasib gördük:
 
Demә, zahida, sәrgüzәşti-behişt,
Yoxumdur mәnim meyli-gәşti-behişt.
 
Büküb qәddimi eşq ilә bari-qәm,
Qәmindәn iki alәmin fariqәm.
 
Dilü din ver müşkbu kakilә,
Mәnim tәk ol aşüftә bu kakilә.
 
Gәl, ey aşiqin atәşә yanduran,
Mәni yana-yana qoyub yan duran.
 
Nәdir, ey sәhiqәd günahım mәnim,
Keçәr әrşdәn hәr gün ahım mәnim.
 
Sәn oyna gecә rudü şәtrәnc ilә,
Töküm mәn yüzә rud şәtrәnc ilә.
 
Rәvadır qalım mәn şәbi-tar ilә,
Keçir sübhә tәk sәn şәbi tar ilә.
 
Sipahi-qәm aldı, aman, dövrәmi,
Tamam eylә, ey saqi, can dövrәmi.
 
Dolub dәrd ilә meysәrd meymәnә,
Sınıq qәlbә bax, vergilәn mey mәnә.
 
Yazın bu sözü sәngi-mәrmәrdә siz,
Qoyun fәrq namәrd ilә mәrdә siz.
 
Açıbdır qәrәnfil, güli-yasәmәn,
Güli-yas tәk batmışam yasә mәn.
 
Könül şәmi-ruyindә pәrvanәdir,
Ona suzdәn xövfü pәrva nәdir.
 
Sәninlә böylә oldu cism, ey sәnәm,
Hәqiqәtlә baxsan әgәr mәn sәnәm.
 
Bilәrsәn әgәr baxsan ayinәyә,
Sәnә oxşadır xәlq ayi nәyә?
 
Mәni aqibәt öldürür dәr diyar,
Xәdәngi-cәfayә mәni dәrdi-yar.
 
Könül şişәsin sındırıb sәng ilә,
Genә sәngdil eylisәn sәn gilә.
 
Harayım çıxar әrşә hәr gün, hәr ay,
Yetiş, ey sitәmgәr, hәrayә hәray.
 
Sәnә Raci, ey hur, ta bәndәdir,
Hәmişә üzün nuru tabәndәdir.
 
Çıxarmaz sәni yaddan mah, sal,
Onu sәn dә bir yadә, ey mah, sal!
  
Racinin bu qisim tәcnislәri çoxdur. Burada biz ancaq onlardan bir neçәsini yazdıq. Cümlәsi ilә bәlәd olmaq istәyәnlәr onun divanına rücu elәsinlәr. Mәrhum Hacı Әbülhәsәn Racinin qönçeyi-tәbi-lәtifi xüsusәn facieyi-Kәrbәlanı zikr etdikdә gül kimi açılıb, hәr tәrәf hüznü әlәm gәtirici әtirlәr saçıb vә cümlәnin ürәklәrini qәmü qüssә ilә vә gözlәrini yaş ilә doldurur. Vә lakin bu qәmü әlәm vә bu göz yaşı insanı mәyüsü mәğşuşü tәzyiq etmir, bәlkә onun qәlbini sәfalandırıb, gözünә işıq gәtirir.
  
Әgәr iradü etiraf olunsa ki, kәdәr ilә sәfa vә qәm ilә sürur vә yaş ilә nur bir yerdә ola bilmәz, bunlar bir-biri ilә zidd olduğu halda uyuşmaz, onda deyә bilәrik, bәli, İmam Hüseyn müsibәtindә bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyәt bәxş edib şad qılır; bir yandan qәmlәndirir, bir yandan qәmü qüssәdәn azad edir. Bir yandan şikәstәvü pәrişanhal edir, bir yandan uca mәqamlarda dövr etmәyә pәrü bal verir. Bu feyzü bәrәkәt, bu qeyri-adi halәt vә xüsusiyyәt ancaq seyyidüş-şühәda müsibәtü әzasına müxtәsdir, ancaq mahi-mәhәrrәmdә tәrtib olunan tәziyәlәrdә hiss olunur. Raci isә bu tәziyәlәrin rövnәqi vә matәmlәrin şәfәqidir. Azәrbaycan şüәrasından Dәxildәn sonra Raci Kәrbәla gülşәninin әn fәsih bülbüli-xoşәlhanı vә neynәva dәştinin әn suznak növhәxanı hesab olunur. Racinin növhәlәrindә olan tәsir çox rövzәxanların mәrsiyәlәrindәn artıqdır. Әzbәs ki, rövzәxanların әksәri oxuduqları әhvalatda bәzi kәrә o qәdәr mübaliğә edirlәr ki, o qәdәr fәhmü idraka sığışmayan vә ağıl qәbul etmәyәn sözlәr vә hekayә söylәyirlәr ki, әhli-mәclis onlara inanmayıb, bir növ qövllәrindәn ikrah edirlәr. Oxuduqları mәrsiyәyә meylü rәğbәt göstәrmirlәr. Raci Kәrbәla faciәsinin hansı bir qissәsini rişteyi-nәzmә çәkibsә, tamamında böyük mәharәt büruz edibdir, әhvalatı eyni ilә, sәrapa, şairanә elә gözәl tәrzdә nәql edir ki, cümlәnin huşü diqqәtini cәlb edir.
  
Mәsәlәn, İmam Hüseyn әleyhissәlamın әziz vә istәkli qızı cәnab Sәkinә Şamda cümleyi-әhli-beytlә әsirvar olduğu zamanda bir gecә yuxuda babası seyyidüş-şühәdanı görüb, ona şәrhi-hal etmәsini, yainki ali-әbanın Kәrbәla diyarına yetişdikdә möhnәtü qәm qubarına batmaqlarını vә seyyidüş-şühәdanın övladü әnsarının hәr birinin vәsfi-halını vә yainki әhli-beytin Şamdan Mәdinәyә müraciәt etmәsini vә әhli-Mәdinәnin şurişü nәvaya gәlmәsini vә mәrizә Fatimәnin hali-pürmәlalını vә bu qisim çox-çox Kәrbәla әhvalatını Raci әleyhirrәhmә elә bir fәsahәt vә mәharәtlә tәhrir qılıbdır [ki], hәr kәs onları diqqәt ilә oxusa, mәyusü mәlulü feyzyab olmaqla әhvalatdan dәxi filcümlә xәbәrdar olar. Kәrbәla şәhidlәrinin müsibәtinә şüru etmәkdәn qabaq şair hәqq dәrgahına münacat edib, ondan tövfiqü mәrhәmәt dilәyir vә sәhni-çәmәni-Neynәvada pәrvaz etmәk üçün balü pәr istәyir vә nәfsi-şumun әlindәn xilas olub, hәqiqi aşiqlәr mәslәkinә daxil olmağa vә vadiyi-heyrәtdәn qurtarıb nicat bulmağa lütf kimi bir dadrәsü rәhbәr tәlәb edir:
 
Can bülbülü olmuş zәğәni-nәfsә giriftar,
Daim qәfәsi-sinәdә eylәr ona azar.
Bu, layiqi-firdovs, o, niyranә sәzavar,
Ülvitәlәbi-süfldә ol hiylәgәr istәr.
 
Tövfiqini, ya rәb, bizә hәmvarә rәfiq et,
Dәvayi-tәvalayi-hüseynidә sәdiq et,
Lütfün bu rәhi-eşqdә hәmrahi-tәriq et,
Dil vadiyi-heyrәtdәdi, bu rahbәr istәr.
 
Hәr kimsәnә istәr ola aşiqliyә layiq,
Әlbәttә, xәlayiqdәn edәr qәti-әlayiq,
Qәti-nәzәr ondan da gәrәk aşiqi-sadiq,
Hәr mamәlәkindәn edә qәti-nәzәr istәr.
 
Racinin növhәlәri mәlum isә dә, onlardan birini nümunә üçün burada yazırıq. Bu növhәdә İmam Hüseyn hәmşirәsi olan vәfa kanı vә dәyanәtü sәdaqәt mәnbәyi Zeynәbi-qәmpәrvәrdә öz cananı ilә, yәni xaliqi-lәmyәzәl ilә ruzi-әzәldә elәdiyi әhdlәri bәyan edib, kamali-cürәtü fәxarәt ilә deyir ki, hәqq yolunda vә eşq alәmindә nә qәdәr ağır cәfalara vә böyük bәlalara giriftar olsam, mәnә eyni-sәadәtdir vә yüz belә zәhmәtlәrә öz canımla dözәrәm. Cәnab Zeynәb isә qardaşına tәsәlli verib hәr növ bәlalara tәhәmmül etmәsini tәsdiq edib deyir ki, ya Hüseyn, ruzi-cәzada sәninlә başlar әlindә şühәda hәşrә gәlәn zamanı mәn dә üsәranı başıma cәm edib, bu zülfi-pәrişanımla siz ilә müttәfiq cümlә [ümmәtә] şәfaәtçi olaram. Haman növhә budur:
 
Belә әhd eylәmişәm, ey bacı, cananım ilәn,
Әrseyi-Kәrbübәladә boyanım qanım ilәn.
 
Çünki bu cami-әcәldә şәkәrü şәhdim var,
Bu sәbәbdәn susuz ölmәkliyә çox cәhdim var,
Alәmi-zәrrdә canan ilә bir әhdim var,
Varam öz eylәdiyim әhd ilә, peymanım ilәn.
 
Bacı, әhdim budu bu çöldә gәrәk qanә batam,
Qanımı Әkbәrimin qanına şövq ilә qatam,
Can verib tәşnә, gәrәk isti qum üstündә yatam,
Cismi-mәcruhim ilә, sineyi-suzanım ilәn.
 
Qan içindә elәyim hәqq ilә bir razü niyaz,
Budur әhdim ki, quram burda gәrәk mәclisi-raz,
Can verәn vәqtdә meydanda qılam, bacı, namaz,
Dәstәmazım ola bu şәrt ilә öz qanım ilәn.
 
Düşdü İbrahim әgәr şövqi-hәvayi-eşqә,
Etmәdi tab, vәli dәrdü bәlayi-eşqә,
Bircә qurban ilә gәldi o, Minayi-eşqә,
Gәlmişәm mәn bura yetmiş iki qurbanım ilәn.
 
Çәkmәrәm dәm, dәmi-şәmşirdә, şәmşir nәdir,
Xәncәrü tiğ nәdir, nizә nәdir, tir nәdir,
Mәclisi-vәslә qәdәm qoymağa tәxir nәdir,
Mәn bu bәzmә gedirәm başım ilә, canım ilәn.
 
Zövrәqi-cismimә var lücceyi-xun içrә nicat,
Tәşneyi-eşqә verir suzi-әtәş abi-hәyat,
İçmәrәm gәr tuta dünya üzünü abi-Fәrat,
Bәzmi-vәslә gedirәm bu lәbi-әtşanım ilәn.
 
Hәq yolunda susuz ölmәk demә zәhmәtdi mәnә,
Gözümә ox dәyә gәr, eyni-mәhәbbәtdi mәnә,
Alәmi-eşqdә hәr zәhmәti rahәtdi mәnә,
Dözәrәm yüz belә zәhmәtlәrә bir canım ilәn.
 
Çәkmәrәm minnәt әdudәn, çәkәrәm bu әtәşi,
Bacı, eşq alәminin çoxdu belә keşmәkeşi,
Sәni bazarә çәkәrlәr çü әsiri-hәbәşi,
Şami-şum içrә әyali-şәhi-mәrdanım ilәn.
 
Әhli-Kufә yetirir zülmünü itmamә, bacı,
Bәdәnimdә dәxi qoymazla qala camә, bacı,
Nizәlәrdә apararlar başımı Şamә, bacı,
Bәdәnim yerdә qalar peykәri-üryanım ilәn.
 
Şamdә mәclisi-işrәt qurular, söz demәrәm,
Kuçәvu bamdә sәf-sәf duralar, söz demәrәm,
Xeyzüran çubu nә qәdri vuralar, söz demәrәm,
Bәzmi-әğyardә mәn bu lәbü dәndanım ilәn.
 
Zeynәb әrz eylәdi:--Qardaş, bilirәm ruzi-cәza
Sәn ilә hәşrә gәlir başlar әlindә şühәda,
Üsәranı başıma cәm edәrәm mәn dә, әxa,
Gәlәrәm mәhşәrә bu zülfi-pәrişanım ilәn.
 
Ümmәtә cümlә şәfaәt edәrәm mәn sәn ilә,
Kәrbәladә bulaşan qanına pirahәn ilә,
Şimri-dunun yaxasından tutaram şivәn ilә,
İstәrәm qanını bu çaki-gәribanım ilәn.
 
Ya hüseyn, hövli-qiyamәtdә yetiş imdadә,
Raciyәm, bircә ümidim sәnә var üqbadә,
Ağlaram, olsa hәyatım nә qәdәr dünyadә,
Gecә-gündüz sәnә bu dideyi-giryanım ilәn.