Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Hacıağa "Fəqir" Ordubadi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Azərbaycan ədəbiyyatı. II cild. | müəllif = Firudin bəy Köçərli | keçidsiz müəllif = | tərcüməçi...' ilə yarat
(Fərq yoxdur)

12:25, 25 iyun 2017 versiyası

Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi" Azərbaycan ədəbiyyatı. II cild. Hacı Əbülhəsən Raci
Müəllif: Firudin bəy Köçərli
Hacıağa "Fəqir" Ordubadi



Azәrbaycan şüәrasının mәşhurlarından birisi dә mәrhum Hacıağa ibn Mәhәmmәd "Fәqir" tәxәllüsdür. Fәqirin şәrhi-halı vә sirәti-әhvalı Naxçıvan, Ordubad tәrәfdә vә İranın bәzi şәhәrlәrindә cümlә üdәbaya mәlumdur. Hacıağa tәvәllüd edibdir Ordubad şәhәrindә tәxminәn hicrәtin 1252-ci[1] sәnәsindә. Ordubad Naxçıvan nahiyәsindә İrәvan quberniyasında qәdim qәsәbәlәrdәn birisi hesab olunur. Әhalisi әksәriyyәn müsәlmandır; ermәnisi dә var, azdır vә onlar ticarәtlә mәşğul olur. Ordubad әlan İran ilә Rusiyanın sәrhәddindә vaqe vә Rus dövlәtinә mütәәlliqdir.
 
[1] 1836.
 
Ordubadın ab-havası mötәdildir, özü dә bağat içindә bir basәfa yerdә vaqe olubdur. Ordubadın meyvәcatı vә mәhsulatı az yerdә tapılar.
 
Çün Fәqirin atası İranda alış-veriş edәrmiş, ona binaәn Fәqir dәxi uşaqlıqdan İrana düşüb, onun üçün Tәbriz vә Şiraz kimi sәvadi-әzәmdә nәşvü nüma edib, mәrtәbeyi-kәmalata qәdәm qoymuşdu.
 
Mәşhur rәvayәtә görә, xaki-paki-Şirazda tәhsili-ülum edib, әrәb vә fars dillәrini kamil vәchdә bilirmiş vә öz ana dilinә dәxi artıq meyli olmağa görә, dara imiş.
 
İyirmi beş sinnindә әrseyi-şerdә cövlan edәrkәn "hübbül-vәtәni minәl-imani"[2] hәdisi-şәrifini unutmayıb, vәtәni-mәlufuna övdәt etmişdi. Az müddәtin mürurunda şüәralar silkindә şöhrәt kәsb edib "Gülşәni-ürfan" adında bir mәcmuә sahibi sayılırdı.
 
[2] Hübbül-vәtәni minәl-imani--vәtәnә mәhәbbәt imandandır. Hәdisdir.
 
Hacıağa Fәqir tizfәhm, fәsih vә hazırcavab bir şәxs ikәn artıq rәvan tәb sahibi imiş. Әksәri-ömrünü tәdrisü tәdibi-әbnayi-vәtәn ilә keçiribdir.
 
Hicrәti-nәbәviyyәnin 1303-cü[3] sәnәsindә rәcәbül-mürәccәbin onuncu günü qırx beş sinninә yetişdikdә nidayi-hәqqә lәbbeyk deyib vә dәvәti-hәqqi icabәt edib haqq-tәala rәhmәtinә vasil olubdur.
 
[3] 1886.
 
Fәqirin mәcmuәsi üç sәnә bundan әqdәm fәrzәndi-möhtәrәmi Kәrbәlayi Mәmmәd Sәid Ordubadi [tәrәfindәn] Tәbrizdә çap olunmağa göndәrilmişdi vә lakin bu hala dәk onun çap olunması vә ya olunmaması bizә mәlum olmadı. Sәid cәnabları o vaxtı bizә işarә etmişdi ki, Tәbriz çapı namәrğub olduğuna görә, mәcmuәni istәyir gәtirdib Badkubәdә çapa verdirsin. Badkubәdә dәxi onun çap olunmadığı bizә mәlumdur.
 
Burada onun әsәrlәrindәn bәzilәri ki, cәnab Sәid lütf üzü ilә bizә göndәribdir, dәrc olunur. Mәcmueyi-mәzkurәnin dibaçәsindәn bir neçә şerlәr:
 
Sipasi-şükrü hәmdi-fәrdi-yekta,
Xudayi-bimәsәl, hәyyü tәvana,
Qiyasi-әqli-küll zatında qasir,
Deyәn şәnindә әhmәd "maәrәfna".
Tәmamәn masiva etsә kitabәt,
Yazanmaz vәsfinә bir sәtri-tuğra.
Olar vәssaflәr vәsfindә aciz,
Zәhi sübhani-bieybü mübәrra.
Fәrәhza, qәmzüda kәlmati-paki
Tapılmaz elminә övlavü üxra.
Edәn mәxluqi min şeyi icad,
Vücud ondan tapıb әczayi-әşya.
Zәhi qadir ki, bu nöh taqi-çәrxi
Ucaldıb sün binәccarü bәnna.
Kәvakiblә verәn әflakә zivәr,
Bürucati-bәnat, әqdi-sürәyya.
Yaratdı cümlәsin yeksәr әdәmdәn,
Hamana "kaf"i etcәk "nun"ә ilqa.
Qılıb bir qәtrәdә cәmi-әvalim,
Mürәkkәb eylәyib әczavü әza.
Fәlasif cümlә aciz hikmәtindә.
Ümumәn lәğvdir hökmi-әtibba.
Olub ondan müvafiq dörd mәxalif,
Qılar dörd zidd bir yerdә müdara.
 
Dibaçәnin axırında yazılıbdır:
 
Fәqira, yetmәz hәrgiz intihayә,
Mәlayik ta qiyamәt olsa guya.
 
Dibaçәnin bәzi yerlәrini oxuya bilmәdik, çünki әlimizdә olan nüsxә imlasız vә dolaşıq xәtt ilә yazılmışdır.
 
Fәqirin gözәl әsәrlәrindәn birisi onun dünyanın bivәfalığı xüsusunda yazdığı ibrәtnamәdir ki, burada eyni ilә dәrc olunur:
 
Qan ağla, ey gözüm, yenә fәsli-bahar olur,
Bülbül bahar olanda işi ahü zar olur.
Gül mövsümündә naleyi-bülbül әbәs deyil,
Fәsli-xәzanı yadә salır, biqәrar olur.
Baği-cahanda qönçәni neylim olur bir ay,
Xarı çәkir kәnarına, bietibar olur.
Novrәs cavanların qәdidir ziri-xakdә,
Eylәr nömüvv sәrv lәbi-cuybar olur.
Baxsan bәsirәt ilә әgәr zülfi-sünbülә,
Müşkül sәnә ki, bir neçәsi aşikar olur.
Sünbül deyil çәmәndәki, susәn deyil, nәdir,
Yarın şikәnci-zülfüdü yerdәn kәnar olur.
Topraqdәn çıxan xәti-sәbzi-nigardır,
Reyhan odur ki, üzdә hәmişә qubar olur.
Gülşәndә bülbülә dedilәr:--Badә nuş bad!
Verdi cavab ki, axırı rәnci-xumar olur.
İbrәtlә bax qızıl gülә, gör çәrxi-kәcmәdar
Әvvәl onu әziz edәr, axır nә xar olur.
Gәh qönçә pәrdәsindә qoyar, bağrı qan edәr,
Gahi çәkәr gülabın atar, tarmar olur.
Lalә deyil çıxıb qızaran Bisütundә,
Fәrhad qәlbidir ki, hәr il dağdar olur.
Çәşmin vurar şükufә, әgәrçi beş-altı gün
Axır fәlәk qәbasin alır uri-ar olur.
Böylә xәyal etmә çәmәndә bәnәfşәdir,
Nakam әruslar qaşıdır vәsmәdar olur.
Dünya birini ağladıban, güldürür birin,
Әbrin sirişki xәndәgәhi-lalәzar olur.
Tәrk etgilәn bu dәhri-dәni pirә zalını,
Hәr gün bir ayrı şövhәrә çün ixtiyar olur.
Bietibardır bu köhәn çәrxi-bibina,
Aqil kişi nә yatmış olur, huşyar olur.
Çoxları tәrk edibdi fәlәk, yox nişanәsi,
İnsan üçün onun әmәli yadigar olur.
Bәhram Guri gör necә gurә çәkib fәlәk,
Rubahi-çәrxә şir olan axır şikar olur.
Bizdәn sora o qәdr baharü xәzan gәlir,
Hәr il şübatü azәrü neysan әyar olur.
Badi-sәba keçәr, sora badi-şimal әsәr,
Daim bu ordu rüusi-şәhrü xar olur.
Biz görmәdik, görәn görәcәkdir zәmanәni,
Gәh yaz olanda gül olu, gәh qışda qar olur
Kәsranı get Mәdainә al Tağdәn xәbәr,
Taci-Kәyan qoyan yenә dәfni-mәzar olur.
İskәndәriyyә şәhrinә get, gör Skәndәri,
Biçarә o cәlal ilә gör nә fikar olur.
Çoxları çәkdi tәxteyi-tabutә tәxtdәn,
Cümlә şәhәnşәhin yeri ol qәbri-dar olur.
Ey nәfsi-şum, axır olubdur nәdir bu cәhd,
Vizrü vәbalı boynuna yığma ki, bar olur.
Beş gündәn ötrü dövlәtü malü imarәti
Gәl istәmә, gedәndә ki, bir intizar olur.
Fitnә dolub cәhanә, xәlayiq olub şәrir,
Yoxdur cahanda xeyir, әcәb ruzigar olur.
Mәrdüm bulur halalı hәramü hәramı pak,
Nahaq şәhadәt onlara daim şüar olur.
İmanların satarla çilov, çayü qәhvәyә,
Çoxdur bu şәxs yarlәri yadxar olur.
Şәri-nәbi qiyamini eylәrlә mәsxәrә,
Hәr yerdә әmrü nәhy ola, onlar fәrar olur.
Ya rәb, Әliyyü ali-Әli hörmәtinә sәn
Fәryadә yet o gündә ki, ruzi-şümar olur.
Artır mәnә nәbiyyü vәlinin mәhәbbәtin,
Gәr böylә olsa, nәxli-ümidimdә bar olur.
Fәryadıma Әlini o gündә yetir mәnim,
Ruhum gedәr, bәdәn qalı biqәmküsar olur.
Yarü rәfiqü qövmü bәradәr qoyar gedәr
Әndamımı sıxar, mәnә çün qәbr dar olur.
Ey dil, ötürmә damәni-ali-Mәhәmmәdi,
Qәm etmә, yavәrin, şәhi-Düldül-sәvar olur.
Artır, Fәqir, dildә Әlinin mәhәbbәtin,
Hәr kәs qulam ola o şahә, tacdar olur.
 
Fәqirin bu ibrәtnamәsinә hikmәt nәzәrilә baxılsa, hәtiqәtdә bir para sirrlәr aşkar olur. Ruzigari-sitәmkarın pәnceyi-qәddarında giriftar olub, ömürlәrinin bahar çağında әcәl badәsini nuş edәn cavan oğlanların, ziba sәnәmlәrin mәzarları üstә bitәn gül vә lalәlәrin vә әnvayi-çiçәklәrin hәr birisi onların hüsni-mәlahәtlәrindәn nişanә deyillәrmi? Lәbi-cuybarda bitәn sәrvlәr ziri-xakdә dәfn olunan novcavanların qәddi-mövzunu deyilmi? Çәmәndә bitәn sünbül, susәn özgә bir şey deyil, "yarın şikәnci-zülfüdü yerdәn kәnar olur".
 
Torpaqdan göyәrib yengi çıxan tәzә-tәr, xırdaca otlar novcavanların gül üzarları üstә bitәn bu xәtlәrdir. Reyhanın üstә müşahidә olunan qubar üzdәki qәm qubarıdır. Bisütunda çıxıb qızaran lalәlәr Fәrhad misallı namurad cavanların dağdar olmuş ürәklәridir. Çәmәni müzәyyәn edәn bәnәfşәlәr vә çiçәklәr nakam әrusların pәrişan zülflәridir.
 
Dünyanın işi belәdir. Bir kәsi başa kimi xoşhal vә kamyab etmәyibdir. Birisini ağladanda, o birisini güldürür. Necә ki, buludu ağladıb çәmәni-lalәzarı xәndә qılır. Birisinin müsibәti qeyrisinin fәrәhü şadlığına sәbәb olur.
 
"Kürdün çul satmağı" tәmsili dәxi Fәqirin ibrәt götürülәsi әsәrlәrindәn birisi olmağa görә burada çap olunur:
 
Guş edin әrzimә yeksәr, siz әya pirü cәvan,
Bircә tәmsil gәlib xatirimә, eylüm әyan,
Nәql ediblәr bu keçәn il var idi bircә kişi,
Sahibi-xeylü rәmә, әhli-mәhali-İrәvan.
Toxumuşdu Fatısı әsl fayiq bir çuli-әsb,
Xeyli mәtbuü dilavizü giran, qәdri giran.
İşlәmişdi onun üstündә Fatı düz iki ay,
Tar-pudunda onun bәnd elәyib rişteyi-can.
Şamova verdi çulu, söylәdi ki:--Hәmsәri-mәn,
Sübhdәn sal çulu, min yabını, ol şәhrә rәvan.
Aparıb bu çulu sәn şәhrdә sat qırx manata,
Beş qәpik әksiyә satma ki, olur bәs әrzan.
Satıb, al Dilpәriyә, Gülpәriyә nimtәnәlik,
Yırtılıb, Dilpәrinin yoxdu ayağında tuman.
Әti-әndamı çıxıbdır eşiyә Nazpәrinin,
Köynәk al әyninә, hәm başına şali-Şirvan.
Sәni tarı, a kişi, al mәnә dә bir yalavuc,
Fәsli-yaylaqda tiküm nimtәnә şali-Kirman.
Saqquz al Mahpәriyә, Şahpәriyә güzgü, daraq,
Algilә cәhrәmә ig, bir tikә qır, çit, kәtan,
Qәdri zәrnix, ahәg al gәtir tәnvir elәyәk,
Tük basıb canımızı, sirkә-bitә oldu mәkan.
Süuva bircә düdük, al Әlüvә bircә lülük,
Mәmova bircә papaq al, verәyüm hәqqi-çoban.
Әyn-başın tökülüb, al özünә bircә geyim,
Madyana noxta alıb, eşşәyә dә bircә palan.
Müxtәsәr, götdü çulu, şәhrә rәvan oldu o kürd,
Çiyninә saldı gәzib çarsuyi-bazar, dükkan.
Qırx manat söylәdi, bir kimsә onu almadılar,
Şәhri üç gün dolanıb mat-mәәttәl, heyran.
Dedi:--Bu töhfәdi, qәtәn alır әşxas bunu,
Gәr qubernata verәm, çox mәnә eylәr ehsan.
Müxtәsәr götdü çulu, sildi tozü torpağın,
Gәtirib verdi qubernatә haman dәmdә nişan.
Ta qubernat görüb söylәdi işto-mişto,
Dedi:--Bir töhfә gәtirdim sәnә canım qurban.
Yaranal aldı çulu, verdi qulamına o dәm,
Şamovun qәlbi açıb gül kimi oldu xәndan.
Yaranal söylәdi üç yol "xaraşo", bir "malades",
Daxil oldu evinә, qıldı Şamo dadü fәğan:
--Nә qәlәtdir elәdim öz nәnә-babamla mәn,
Bilirәm Fatı yolur yalımı bişәkkü güman.
Müxtәsәr, kәndә gәlib, ta Fatı gördü әrini,
Üzü qara, әli boş, zurna çalır, hәm balaban.
Şamova söylәdi Fatı:--Çulu satdın neçәyә?
Hanı çul? Yağlığımız noldu mәgәr? Eylә bәyan!
Dedi әr:--Fatı, çula uç "xaraşo", bir "malades"
Yaranal verdi, әgәr sud ola, ya inki ziyan.
Eşidib Fatı, vurub kürdә ikiәlli qapaz.
Kürd salıb möhra tasa, çәşminә tar oldu cahan.
Durdu övrәt ayağa, geydi çarıq, sonra dolaq,
Şamovu götdü, minib yabını çün şiri-jәyan.
Girdi ta şәhrә, qubernat qapısın etdi tәlәb,
Dışra çıxdı yaranal, gördü gәlir dad, aman.
Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo?
Baş әyib övrәti-biçarә çәkib ahi-nihan.
Әrz qıldı yaranala:--Mәn Şamovun Fatısıyam,
Niyә zülm eylәyә bilmәm ümәnayi-divan?
Vermisәn o çula sәn üç "xaraşo", bir "malades",
Verirük hәr kәsә, vermәzlә bizә bircә soğan.
Ya pulu, ya çulu ver, istәmirik biz xaraşo,
Malades qarnımızı sir elәmәz, istәr nan.
Eşidib bu sözü çox güldü qubernat ol dәm.
Xoşuna gәldi, gәlib nitqә, deyib xәndәkönan:
--A patom, tı niboysya, istiroqa, istiraqa,
Lütfi-bihәd qılaram mәn sizә hәr saәtü an.
 
 
MӘNZUMӘ
 
Ey әzizim, sәnә ibrәtdi bu söz, eylә qәbul,
Xәlqdәn çәkmәgilәn gәrdәnә çox bari-giran.
Yox sәxavәt әsәri xәlqdә, yum çәşmi-tәmә,
Nәdi hәr lәhzә qubernat qapısı, xidmәti-xan.
Ey Fәqir, çәkmәgilәn çox da dәni minnәtini,
Söylәmә cifәdәn ötrü dәxi hәcvü hәdyan!
 
Fәqir bu kәlamda dәnitәblәrin minnәtinin bari-giran olmasını türfә timsali-әdibanә ilә nәzmә çәkib, sahibmәnsәblәrdәn vә ümәnayi-dövlәtdәn sәxavәt vә ehsanat dilәmәyin bihudә xәyal vә әbәs sәy olmasını göstәrir. Bundan әlavә ülumü mәrifәtdәn bibәhrә qalmış vә yarı insaniyyәt vә yarı vәhşiyyәt halәtindә güzәran edәn kürdlәrin mәişәtindәn bir parça nümunә göstәrir. Heyfa ki, Fәqirin sair әsәrlәrinә bәlәdiyyәt yetirә bilmәdik. "Moşt nomuneye-xәrvarәst" heysindәn bu mәcmuәyә daxil olanlar dәxi onun müqtәdir şair vә zәrif әdib olmasına dәlili-kafidir.