Çocuq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: 22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul oldu...

kRedaktənin izahı yoxdur
Sətir 1:
22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.

Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki "doğru deyirsən", "yaxşı deyirsən", “qorxma", "tez bitir", deyə sözlərini başi ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.

Nəhayət, bütün qurultayı anlaşılmaz bir heyrət sarmışdı. Sözlərin düzülüşündə duyulan incə bir ahəng və tənasüb, sözlərin deyilişində hiss edilən qətiyyət və inam, ifadə etdiyi fikirlərdə çırpınan ciddiyyət və qüv¬vətqüvvət salonu o qədər cəzb etmişdi ki, dinləyənlər nəfəslərini belə çəkməyə tənbəllik edirdilər. Ara-sıra: "Bu çocuq kimdir? Kimdir? Kimdir?” - deyə hər kəs bir-birinə tələsik sorğular verir və cavab bəkləmədən yenə dinləməyə başlayirdi. Zatən kimsə cavab da vermirdi. Çocuğu kimsə tanımadığından yalnız umuzlar atılır, yenə salon dərin bir sükuta dalırdı.

Çocuq arıq, bükük vücudunu dikəltmiş, qaşlarını çatmiş, iri, sərt bir baxışlı gözləri ilə salonu süzərək danışırdı. Ara-sıra baxışları salonun ta uzaq bir bucağında oturmuş ağ ipək köynəkli gənc bir qadında saxlanır, sanki onun salonda olub-olmadığını, dinləyib-dinləmədiyini yoxlamaq, sözlərinin təsirini, vəziyyətini necə olduğunu onun gözlərində oxumaq, onun hərəkətlərindən anlamaq istəyirdi. Bir qirpim çəkmədən yenə gözlərini qaçinr, sözündə davam edirdi. Doğrudan da, gənc qız bütün varlığiı ilə bir diqqət kəsilmişdi - saralır, qızanr, natiqin sözündən bir iztirab, hər kəlməsindən bir vəziyyət alır, bir sözlə, natiqin həyəcanları ilə yaşayırdı. Bir qız natiqin öz çıxışına nə qədər əhəmiyyət verdiyini gözəl bilirdi. Məktəbə girdiyi ilk gündən etibarən öz işini öyrənməyə, axtarışlar, təcrübələr yapmağa, yeni yollar, üsullar aramağa başlamışdı. Təcrübələrdən bir yeni nəticələr çıxarmış gənc olduğundan və yürütdüyü fikirlər bir taqım böyük və tanınmış alimlərin fikirlərinə müxalif olduğundan kimsə onunla hesablaşmır, sözlərini dinləmək istəmirdi. Nəhayət, ümid bu qurultaya bağlanmışdı.

Burada öz sözlərini deyəcək, anladacaq və qurultaydan alacağı tədbir vasitəsilə öz doğruluğunu, onunla hesablaşmaq istəməyən əski müəllimlərə anladacaqdı. Ara-sıra özü istəmədən bir taqım fikirlər də başından keçirdi. Bu çıxış onu hər kəsə tanıdacaq, onu cəmiyyətə çıxaracaq, hər kəsə bəyəndirəcəkdi. Ağ köynəkli gənc qadının da salonda olması və onu, bəlkə də onun müvəffəqiyyətlərini görməsi əhəmiyyətsiz və bunu arzu etməsi də mənasız deyildi.