Elmi mübahisələr/Yalançı elmin iflası (İ.Kazımova və “İks” cənablarına cavab): Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 12:
}}
 
Yalan və iftira yazmağı özlərinə peşə etmiş, opponentlərinə qarşı böhtan və təhqirlər yağdıran adamlarla həqiqət uğrunda mübahisəyə girişməyin nə qədər çətin bir iş olduğunu, yəqin ki, hamı bilir və hər kəs belə adamlardan uzaq olmağa çalışır. Ancaq biz Azərbaycan elminin inkişafı və Azərbaycan xalqının gələcəyi naminə, təəssüf ki, yalançı elm nümayəndələri ilə yenidən mübahisəyə girişməyə məcburuq. Çünki hər bir xalqın gələcəyi ilk növbədə onun elminin və təhsilinin səviyyəsi ilə bağlıdır. Böyük Nizami demişkən: «Qüvvət elmdədir, elmsiz heç kəs, // Heç kəsə üstünlük eləyəedə bilməz».
 
Öz populist uydurmalarına saxta vətənpərvərlik donu geyindirən yalançı türkçülərlə mübahisə etməyin ən çətin cəhəti isə ondadır ki, özlərini «milli düşüncəli ziyalı», Sabirin, Mirzə Cəlilin davamçılarını isə «xalq düşməni», «antitürk», «qeyri-türk» kimi qələmə verməyə çalışan bu cığal adamlar özlərinin söyüş və təhqirlərlə dolu yazılarında nəinki elementar elmi mübahisə prinsiplərinə, hətta ən adi mənəviyyat normalarına belə riayət etmirlər. AMEA-nın müxbir üzvü, prof. Nizami Cəfərov tamamilə haqlı olaraq göstərir ki, mənasız mədhiyyəçiliklə məşğul olan yalançı türkçülər Vətən və dil tariximizi bütün sivil dünyada qəbul edilmiş elmi prinsiplər əsasında yazmağa çalışan savadlı alimlərə, həqiqi vətənpərvərlərə qarşı «ideoloji provokasiya ilə məşğul olurlar» və tariximizlə bağlı yazdıqları cəfəng uydurmalarla əslində «bütövlükdə Azərbaycan elmi ictimaiyyətinə hörmətsizlik edirlər». Onun savadsız və yalançı vətənpərvərlərə aşağıdakı iradı da tamamilə düzgündür. Professor yalançı türkçülərə müraciətlə yazır ki, həqiqəti söyləyən alimləri «antitürkçülükdə ittiham etmək əvəzinə, öz «tənqid metodologiyanıza» diqqət yetirib, onun nə qədər mürtəce, nə qədər antitürk və antielmi olduğunun fərqinə varsaydınız, daha yaxşı olmazdımı?».
Sətir 89:
Cənab «X», biz artıq demişik ki, Hacıyevin üslubu elmi üslüb olmadığına görə alim adı daşıyan adam üçün belə üslub ancaq mənfi hal kimi dəyərləndirilə bilər. Fikrimizcə, Hacıyevdə elmi-məntiqi təfəkkür çox zəif, savad səviyyəsi aşağı olduğuna görə o, elmi üslub üçün zəruri sayılan mürəkkəb cümlələrdən yayınmağa çalışır və sadə, bəsit cümlələrlə, adi danışıq dilində (loru dildə) yazmağa üstünlük verir. Hətta onun sadə cümlələri də çox vaxt anlaşıqsız, qrammatik və üslub baxımdan səhv olur. Məsələn, nümunə üçün onun «Kitabi-Dədə Qorqud» eposu haqqında «şah əsəri» sayılan, əslində isə xeyli hissəsi səhv, qalan hissəsi isə elmi ədəbiyyatda dəfələrlə yazılmış, çeynənilmiş köhnə, primitiv fikirlərdən və təsvirçilikdən ibarət «Dədə Qorqud: dilimiz, düşüncəmiz» (Bakı, 1999) kitabına müraciət edək. Həmin kitabın 96-cı səhifəsində deyilir: «Məsələn, oğuldan Dirsə xana böhtan atanda bir dəstə namərd Buğacın ata-anasını təhqir etdiyini söyləyir: «Ağsaqqallı qocanın ağzını sögdi, Ağbirçəkli (bu söz kiçik hərflə yazılmalıdır - K.H.) qarının saçın yoldı».
 
«Mister X», «oğuldan Dirsə xana böhtan atanda» ifadəsindən nə anlaya bilərsiniz? Cümlənin qalan hissəsi də məna və üslub buxımındanbaxımından düzgün deyildir. Yalnız məsələdən hali mütəxəsislər başa düşə bilərlər ki, burada Hacıyev belə demək istəyir: «Bir dəstə namərd Dirsə xanın oğluna böhtan ataraq, xana Buğacın öz ata-anasını təhqir etdiyini söyləyir». Göründüyü kimi, Hacıyev demək istədiyi fikri cümlədə düzgün ifadə edə bilmir. Buna görə də o, mümkün qədər sadə cümlələrdən istifadə edərək, danışıq dilində və ya ən yaxşı halda, publisist üslubda yazır. Elmi işlərdə belə üslubda yazmaq isə heç bakalavra da yaraşmaz. Ancaq məsələ təkcə üslubla bitmir: o, heç dastanın mətnini də düzgün anlaya bilmir. Belə ki, eposdan gətirdiyi həmin sitatdan göründüyü kimi, onun yuxarıdakı cümləsində verilən məlumat tamamilə səhvdir.
 
Məsələ burasındadır ki, «qoca» sözünü Hacıyev «ata», «qarı» sözünü isə «ana» kimi başa düşərək, onları Buğacın «ata-anası» kimi qələmə verir. Halbuki heç bir türk mətnində, həmçinin heç bir qədim türk sözlüyündə həmin sözlərin «ata» və «ana» mənasında işlənməsinə rast gəlinmir. «Qoca» sözü türk dilinə fars dilindən (xacə) keçmiş və həmişə yalnız «qoca» və «hörmətli adam» mənasında işlənmişdir. Elə «qarı» sözü də XII əsrədək türk dilində ancaq «qoca» mənasında (məsələn, «qarı dünya») işlənmiş və sonradan «qoca qadın» mənası almağa başlamışdır.
Sətir 152:
Bütün bu deyilənlərdən aydın olur ki, nəyə görə Hacıyev kimi savadsız alimlər yalançı elmdən əl çəkmək istəmirlər. Halbuki onlar heç vaxt öz sabitliyi və sadiqliyi ilə seçilmə¬miş¬lər və ictimai-siyasi vəziyyət dəyişdikcə, onlar da öz əqidələ¬rini konyekturaya uyğun dəyişmişlər. Məsələn, mərhum prezi¬dent Heydər Əliyevi indi «böyük, müdrik tarixçi» adlandıran Hacıyev vaxtilə (A.Mütəllibovun hakimiyyəti dövründə) onun əleyhinə aşağıdakı məzmunda bəyanatlar verirdi: «Biz… Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 8-də Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, eləcə də Naxçıvan Muxtar Respublikası Konstitu-siyasına zidd olan qərarını təəssüflə qarşıladıq. Nəyə görə bizim həmvətənlərimiz sözdə demokratiya uğrunda hay-küy salan, işdə isə totalitarizmin tarixin zibilliyinə atılmış element¬lərini dirildərək, qeyri-qanuni amirlik yoluna qədəm qoymuş Ali Məclis rəhbərliyinin Konstitusiyaya zidd qərarına tabe olub, öz hüquqlarından məhrum edilməlidirlər («Xalq qəzeti», 10 sentyabr 1991-ci il.)
 
1992-ci ildə Xalq Cəbhəsi A. Mütəllibovun hakimiyyətinə son qoyduqdan sonra isə Hacıyev dərhal «cəbhəçiyə» çevrilib, nazir vəzifəsini tutdu.
Göründüyü kimi, bu adamın yalançı türkçülüyü, saxta vətənpərvərliyi yalnız onun şəxsi məqsədlərinə xidmət edir. Yoxsa özü də gözəl bilir ki, onun Azərbaycan dilində nəşr edilən və Biləcəridən uzağa getməyən sayıqlamaları ilə ermənilərin beynəlxalq səviyyədə apardıqları anti-Azərbaycan təbliğatının camabını vermək olmaz. O, öz əsərlərini heç bir xarici dilə də tərcümə etdirmir, çünki yaxşı bilir ki, onun sayıqlamaları xaricdə dərhal gülüş və istehza hədəfinə çevriləcəkdir. O, yalnız bizim xalqı aldadaraq özünə yalançı imic qazanmaqla məşğuldur. Ermənilərin cavabını isə onun həmişə məhv etməyə çalışdığı savadlı və namuslu alimlərimiz verə bilərlər. Belə həqiqi türkçülərin və həqiqi vətənpərvərlərin öz türklüyünü sübut etməsi üçün onların (son dövrlərdə «türkləşmiş» bəzi adamlardan fərqli olaraq) şovinistlik və yalançı türkçülük etməyə heç bir ehtiyacı yoxdur. Çünki həqiqi türklər tarixən həmişə humanist və tolerant olmuşlar.
 
Azərbaycan elmini cəfəngiyyata çevirməyə çalışan savad-sızsavadsız alimlərə, yalançı vətənpərvərlərə gəlincə, bütün yuxarıda deyilənlərdən də göründüyü kimi, bunlar istər elm, savad, istərsə də mənəviyyat və mədəniyyət baxımından o qədər sə-viy¬yəsizsəviyyəsiz adamlardırlar ki, əslində bunlara heç baş qoşmağa da dəy¬məzdəyməz. Ancaq son 15-20 ildə onlar öz böhtan, iftira və təhqirləri ilə həqiqi alimləri qorxudaraq susdurub, elmi həyatda hege¬mon¬luq etdiklərinə və bununla da Azərbaycanda humanitar elmlərin dayaqlarını sarsıtdıqlarına görə, biz onların əsl mahiy-yətini və məqsədlərini açıb ictimaiyyətə göstərmək istədik. Artıq elmi ictimaiyyətə hər şey aydın oldu və daha yalançı alimlərin kələklərinə, uydurmalarına inanan yoxdur. Yuxarıda deyildiyi kimi, onlar elmi prinsiplər və mənbələr əsasında bi-zimlə elmi diskussiya aparmaq təklifindən qaçdılar və bununla da indiyədək yazdıqlarının hamısının yalan olduğunu boyun-larına almış oldular. Ayrı-ayrı savadsız, ancaq olduqca iddialı adamların şəxsi maraqlarına xidmət edən yalançı, populist el¬min öz-özlüyündə nə qədər gülünc, həqiqi elmin inkişafı və xalq mənafeyi baxımından isə nə qədər zərərli olduğunu artıq hamı başa düşür. Bütün bunlara görə biz bu sahədə xalqımız və elmimiz qarşısında öz borcumuzu əsasən yerinə yetirilmiş he¬sab edirik və bundan sonra yalançı alimlərin böhtan və iftira¬la¬rına cavab yazmaq niyyətində deyilik. Onların yazdıqları söyüş və təhqirlər də, sözsüz ki, özlərinə çatır. Çünki bizim yazılarda tənqid üçün heç bir şey tapa bilməyən bu «milli təfəkkürlü ziya-lılar» özlərindən böhtanlar uyduraraq, onları bizim adımızdan yazır (bu barədə biz əvvəlki məqalələrimizdə çoxlu kon¬kret faktlar göstərmişik), sonra isə həmin böhtanlar əsasın¬da söyüş söyməyə başlayırdılar. Sözsüz ki, belə söyüşlər həmin böhtanlarda deyilən fikirlərin müəlliflərinə çatır. Həmin fikir-lərin müəllifləri isə yalançı «milli ziyalıların» özləridir. Ona görə də bundan sonra biz özlərini söyən «alimlərə» baş qoşa¬raq, onlara yeni cavablar yazmaq niyyətində deyilik. Yaxşı olar ki, yalançı professorlar da bizimlə mübahisə zəmnində indiyə¬dək yazdıqlarından nəticə çıxarsınlar: onlar nə qədər çox «Böhtannamələr» yazırlarsa, o qədər də çox öz savadsız¬lıqlarını və mənəviyyatsızlıqlarını nümayiş etdirmiş olurlar.
 
[[Kateqoriya:Elmi mübahisələr (K.Allahyarov)|4]]