Çırpınırdı Qara dəniz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Çırpınırdı Qara dəniz | müəllif = Əhməd Cavad | tərcüməçi = | bölmə = | əvvəlki = | növbəti =...' ilə yarat
(Fərq yoxdur)

13:33, 3 yanvar 2018 tarixindəki versiya

Çırpınırdı Qara dəniz (1914)
Müəllif: Əhməd Cavad


Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol vər Türkün bayrağına!

İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

"Həmidiyyə" o Türk qanı!
Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!!!