Allahın qapısı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Allahın qapısı | müəllif = Molla Nəsrəddin | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcü...' ilə yarat
(Fərq yoxdur)

09:08, 26 may 2018 tarixindəki versiya

Allahın qapısı
Müəllif: Molla Nəsrəddin

Günlərin birində Mollanın həyətinin qapısını çıxarıb aparırlar. Molla nə qədər axtarırsa, oğrunu tapa bilmir. Axırda gedib məscidin qapısını çıxardır. Dalına alıb aparanda mücavir tutur yaxasından ki:
– Nə eləyirsən?
Molla deyir:
– Deyirsiniz ki, Allah hər şeydən xəbərdardı. Əgər doğrudursa, demək ki, mənim qapımı oğurlayandan da xəbəri var. Desin oğrumu, verim qapısını.