Fərhad və Şirin (Əlişir Nəvai)/Sarayların tikilməsi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 16:
| commons_keçidi =
}}
 
<poem>Həmin karxananı qurub yaradan,
Ondan verir idi belə bir nişan:
həmin sarayları tikdirmək üçün
Şah, Mülk-aranı tə'yin edən gün.
Atına minmişdi özü də dərhal
Yandı dövlət kimi alnında iqbal.
Yanımda minlərlə alim kedirdi
Onu mühəndislər təҮib edirdi.
Şərab nəş'əsilə Çini kəzib xan
Seçdi ən nəhayət dörd gözəl məkan.
hər biri çənnətin bir kuşəsitək
Abü həvasından açılır ürək.
hər biri bir fəslə gəldi müvafiq.
İstirahət üçün Fərhada layiq.
Divar tikənləri tapdırdı əvvəl,
Verdi hər birinə Derd ədəd cədvəl.
Çəkildi bir ağac uzununda xətt,
Böldülər sonra da onu xətbəxətt.
Gördülər gözəldmr bağın sahmanı,
Yetişdi dörd saray tikmək zamanı.
Artıq əmr etməyçn zamanı yetdi,
Mülk-ara işlərə rəhbərlik etdi.
Vardı Çin mülkündə həm iki ustad,
O.nlarda bir idi hünər, iste'dad,
Banilə Manidi onların adı
Körüb tanıyanlar iki ustadı.
Fərq edə bilməzdi bir-birindən
Bani zonn edərdi Manini körən.
Me'marlıq işini Bani etmiş faş,
Mani Çin mülkündə ən gözəl nəqqaş.
Banidə məharət o qədər çoxdur,
Təsvir eyləməyə onu söz yoxdu.
O elə tez çəkdi nəqşəni körcək,
Bir divar nəqşəsi çəkən ustatək.
Uca qübbələri çatdırmaq sona,
Su içimi kimi asandı ona.
Bir evin binasın o qoysaydı həm,
Fələk sarayıtək olardı möhkəm.
Qranitdən möhkəm bina qurardı.
Kirəci dəmirdən sərt yoğurardı.
Elə nəğş edərdi, Mani, doğrudan
Çərxin iəqşbəndi əskikdi ondan.
Rəqəm dairəvi, istər olsun düz
ÇƏgərdi cədqaəldən, pərkardan təmiz.
Cansız lövhələri bəzəyən zaman
Onlara verərdi elə bil ki, can.
Onun çəkdiyinin əksini belə
Çəkə bilməmişdi yüz nəqqaş hələ.
O yatmışa tə'lim verərsə Əgər,
Ayılıb mahir bir ustaya dönər.
Var idi yenə də cəld bir sənətkar,
Sən'əti həm incə, həm də ahənkdar.
O idi sərt daşla yarışa kirən,
Ləqəbi Qarindi-qranit kəsən.
Tişəsinin ucu dəysə bir kərrə,
Min deşik açardı qranitlərə.
Oldu qələminə sənətkarlıq fən,
Bütün ömrü boyu oldu daş kəsən.
Çox ustalar vardı aqil, yekanə,
Beləsin körmədi, hələ zamanə.
Çağırtdı hamını o müdrik vəzir.
halı, vəziyyəti şərh etdi bir-bir
Ki: «Xaqanın bir çox əmrləri var,
Şahzadə üçündür bəllidir onlar.
Dörd bağ salınmalı cənnət bağı tək.
Bəzəyi külşəndən dörd saray gərək.
Şahzadə hər fosil birində olsun,
hər gün könül quşu bir bağa qonsun».
Sonra da rəngləri o, şərh eylədi,
Bu növ, bu növ olsun bünövrə, dedi.
Sözünü qurtarıb fikirləşmədən,
Qum kimi pul səpdi ortaya birdən.
İşə salmaq üçün biliyin, əvvəl
Öpüb köz üstünə onlar qoydu əl.
Elədi Mülk-ara onları xoşbəxt,
İşə başlamaqçın tə'yin oldu vaxt.
Əvvəlcə girişdi işə dörd sərkar,
İş üçün gərəkli nə var yığdılar.
hər işi tapşırdı yüz iş bilənə,
Verdi hər birinə min işçi yenə.
Çinin hər yerini abad-xaraba.
Tutdu daş, kərpiclə yüklü araba.
Doldu kurultuyla dağlar, dərələr
hətta səs çatırdı göylərə qədər.
Ustalar dağlara çıxdı durmadan,
İşlədi minlərlə qranit yonan.
Bu araba deyil, elə bil göydür
Qranit yükünün altında kedir.
Səhərdən axşama çəkilir birbaş
Ora, iş yerinə ağ, qırmızı daş.
Coşur dəniz kimi hər kanal çəkən,
Rübai oxurdu ustalar bərkdən.
Onların kücündən bu idi nişan,
Kəmilər hər yana olurdu rəvan.
Orda səndəl ilə ud elə çoxdu.
Tüccar dükanında bu qədər yoxdu.
Səndəl ağacından, hər anda mişar
Qışda kafur kimi tökdü qabıqlar.
hər bənnanın başı göyə ucaldı,
Palçıq verən isə yerlərdə qaldı.
Yer bu zərbələrdən elədi fəğan,
Qalxdı hər parçası asimanacan.
Uca tağ üstündə dayanıb bənna,
Yerdən kərpiç almaq etsə təmənna,
Çıxıb ay üzlülər meydana bütün,
Zühəl ulduzuna kələrdi üstün.
Kəlir ustalardan hər an bir fərman,El bu fərman ilə işlər durmadan.
Düşüb bəniadəm tamam həycana,
həycan salmışdılar bütün çahana.
Elə çalışırdı o dörd həvəskar,
Ona heyran qaldı bu yeddi pərkar,
Ustalar baxdıqca hər birisi nər
Bir an dincəlmədən işləyərdilər.
Elə ki, bu təhər başlandı işlər,
Gəlib şahzadəyə nəql eylədilər:
Ki, göylə bərabər dörd saray durur,
Edib yer üzündə dörd cənnat zühur.
Belə tağ kermzmiş heç zaman afaq,
Təkdir yer üzündə ordakı hər taq.
Үfüqdən ucadır orda qüllələr,
Dünyada onlara əvəz nə gəzər!
Çün tə'rif etdilər həddən ziyada,
Kerməkçün həvəsə düşdü şahzadə
Atını çəkdirib, tezcə keyindi,
Ay, sanki, göylərin atına mindi.
Yanında ay üzlü yüz atlı da var,
Sanki ay ətrafın tutmuş ulduzlar.
Şahzadə gerdü ki, çatınca ora,
Qiyamat qoqtmuşdur lap aşikara,
Təəccüb eyladi, coşur bir diyar,
Yemədən, yatmadan işləyir onlar.
Dörd saray çəkibdir orda göyə baş,
Köy ona tə'riflər yağdırır şabaş.
Orda göylər kimi ucadır tağlar,
Onların Zühəl tək bir körGəmi var.
hər bina uca bir tağ olsun deyə,
Devranın hökmilə ucalmış göyə.
İşə elə dalmış orda hər ustad,
Başqa hər cür işdən olmuşdur azad.
Şahzadə görüncə belə bir əhval,
Barmağın dişləyib, sanki oldu lal.
O hansı bir işə diqqət eylədi,
Ona heyran qalıb təhsinlər dedi.
Çox ustalar gördü, getdisə hara,
Rast gəldi yüzlərcə daş yonanlara.
Qranit dağlarda vuraraq dövrə,
Bölürlər dağları onlar min yerə.
Tişələr altında bölünür hər dağ,
Sanki bıçaq altda əriməkdə yağ.
Birisi mum kimi yoğurur daşı,
Ondan novca üçün edir şir başı.
Birisi mərməri yonub vurhavur
Ondan sütuilarçün bünövrə qurur.
Orda sənətilə mahir sənəşar
Me'marlıq hünərin etdi aşikar.
Dəmir qələmini çəkib hər yana
Daş üstə torpaq tək qoydu nişana.
Çəkdi qələmilə yüz naxış dərhal
Belə bir ustadan Mani oldu lal.
Bə'zan küc kestərdi bə'zən də hünər',
Səs saldı dünyaya ancaq bu təhər.
Mahir sənətkarı gördüy.ü o an,
Şahzadə seyr etdi bir xeyli zaman.
Sonra da atından yerə düşən vaxt
Qranit üstündə quruldu'bir taxt,
Şahzadə oturdu burda bəxtiyar,
Dedi: - «Ey sənətdə böyük sənətkar?
Bir az sənətindən kəl bizə danış,
İşin əsli ilə bizi et tanış!
həm də, söylə körək, nədir bu peşə,
Yonur qraniti mum kimi tişə?
Nədən kerməmişik bu şeyləri bizq
Ağıl belə bundan qalmışdır aciz.
Ağa^ bir azacıq sərt olsa Əgər,
Bıçaq ona dəysə dərhal kütləşər:
Nəylə itilədin tişəni de bir?
Onu mərmərlər də kütləşdirməyir?
Sərt daşlar. üstündə bu əyilməyən
Qələmini, nədəi qayırmısan sən?»
Yerləri öpərək qabil sənətkar
Başladı, dilində xey.ir-dualar;
«Müşkülün Qaf kimi olea sıldırım
Qoy çaxsın üstündə onun ildırım.
Olsun qəm daşından asudə başın. .
Yarsın dərd başını atdığın daşın.
Düşmənin nəsibi qoy xarə olsui
Məşəqqət dağında avarə olsun.
Öncə sordun ad və şöhrətimi sən, >
Sonra sənətimin keyfiyyətindən.
Adım Qarin mənim işim aşikar.
Qranit yonmaq tək bir sənətim var.
Sorursan, nə üçün bu möhkəm tişə .
Sınmadan qranit yonur həmişə?
Bunun çox fəndləri, çox sirləri var,
Lakin eyləmirəm eli xəbərdar. •
Onlara çƏgərsə tişəni ustad,
Yüz il qranit yox, o yonar polad.
Usta rahat olar sınmaz o tişə,
Sınar o zaman ki, yaramaz işə.
Çin xalqı yaradıb elə bir sənət,
Sənətdə edilməz ona rəqabət.
Onlar da bilməyir mən bilənlərİl
Bu işə heç kəsin çatmaz hünəri»,
Bu incə fikrini həkim deyərkə^,
həvəsə düşərək şahzadə birdən,
Dedi ki: «Kvnlümə yatdı bu peşə,
Dayanma, qarşımda məşğul ol işə,
Qraniti gah yon, gah naxışla sən,
Mən də bu işləri keçirim közdən».
Sanki göyə dəydi ustanın başı,
Tez hazır eylədi aləti, daşı,
Gördü, Fərhad olub işlərinə bənd,
Qranit üstünə nəqş etdi peyvənd,
O, sərt qranitə vurçaq tişəsin, •
Şahzadə heyrətlə edərdi təhsin
O qədər dayandı şahzadə o gün,
Dağların dalında batıb getdi gün.
Şahzadd ayrılıb mərmərdən naçar,
0 mərmər dırnağa minərək təkrar,
Keçdi çölü, düzü o şəhər deyə,
Sanki gün dağlarda yüksəldi göyə.
Bir cami-rəngin ver kəl, saqa, mənə?
Qəm daşı kenlümü bərk əzir yenə.
Bu sel, qəm tozunu silsin oradan,
Toz demə, qranit silinsin aman.</poem>
 
[[Kateqoriya:Fərhad və Şirin (Əlişir Nəvai)]]