İnformasiya müharibəsində təmannasız xidmət göstərən tədqiqatçı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
 
Sətir 37:
 
'''– Vikipediyada mənbələrə istinadın vəziyyəti sizi qane edirmi? Bir-birini təkzib edən müxtəlif mənbələrdən istifadə zamanı hansı çətinliklərlə qarşılaşırsınız?'''
– Vikipediyanın öz prinsipləri, öz qaydaları var. Vikidə olan hər bir ensiklopedik məlumat hər hansı bir və ya bir neçə etibarlı mənbə ilə təsdiqlənməlidir. Azvikidə elə məqalələr var ki, mənbəsi azdı və ya heç yoxdu. Bunlar üzərində də istifadəçilər daim redaktə işləri aparır, mənbələr əlavə edirlər. Mənbə məsələsində Azərbaycan vikipediya¬çılarınınvikipediyaçılarının çətinlikləri var. Azərbaycanla bağlı olan digər dillərdəki mənbələrin əlçatanlığı qənaətbəxş deyil. Azərbaycan dilində mənbələrdən istifadə edə bilmək imkanlarımız da məhduddur. Kitabların, jurnalların, qəzetlərin və digər informasiya vasitələrinin canlı linkləri internetdə yox dərəcəsindədir. Vikidə mənbələrdən istifadə edərkən çalışmaq lazımdır ki, hamı tərəfindən yoxlanıla bilən mənbələrdən istifadə olunsun. Azərbaycanda elektronlaşdırılan bəzi kitablar isə geniş auditoriyaya açıq deyil. Onlardan yalnız kitabxanaların daxilində istifadə etmək mümkündür.
Bir-birini təkzib edən məlumatlar olduqda və hər bir fərqli məlumatın da etibarlı mənbəsi varsa, hər iki fərqli məlumat məqalədə öz əksini tapır. Bəzən belə məsələlər aktiv istifadəçilər tərəfindən geniş müzakirə edilir və yekun nəticə məqalədə öz əksini tapır.